Həzrəti Aişənin yaşını bəhanə edərək peyğəmbərimizə iftira atan və Quranda uşaq yaşında evliliyin olduğunu iddia edən insanlara xatırladılan ilk mövzu, hökmlərin yalnız Qurandan öyrəniləcəyi və Qurana uyğun olmayan mənbələrə etibar etməmələri tövsiyyə olunur. Allah, ” Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq …” ( Ənam surəsi, 38 ) deyə buyurur. Quranda, evlilik kimi əhəmiyyətli bir mövzunun vaxtına da işarə edilmişdir.
Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. ( Nisa surəsi, 6 ) ” Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! …”(Ənam surəsi, 152 ) ayələri diqqətlə oxusanız, yetimləri “nigah yaşına çatana qədər” himayə edin deyilir.
Əgər onlarda “yetkinlik” əlamətləri görsəniz onlara mallarını verin deyilir. İkinci ayədə də yetimin malına, “o malını nəzarət edə biləcək yaşına çatana qədər” toxunmayın deyilir. Uşaq pul anlayışını bilmir. Qənaət etməyi, hesablı alver etməyi, bir sözlə pulunu necə dəyərləndirəcəyini bilmir. Uşağın əlinə pul versəniz şirniyat və ya şokolad alacaq.
Buna görə də malına nəzarət edəcəyi dövr fiziki deyil, zehni yetkinlik dövrüdür. Nigah yaşının da həmçinin fiziki yetkinliyə çatdığı yetkinlik dövrü olmadığı, malına nəzarət edə biləcəyi, zehni kamilliyə çatdığı gənclik və yetkinlik dövrü olduğudur.
Ayədə “ruşden” sözü keçir. Qadın və kişinin “Rəşid” olduğu mənasındadır.
Rüşd : Doğru yolu tapa bilmə qabliyyətidir
Rəşid : Doğru yolu başqalarına göstərən insan.
Raşid : Doğru yola gələ bilən insan.
Mürşid : İrşad edən, öyrədən, işıqlandıran ”
Mehir, İslam huququnda kişinin evlənərkən qadına verdiyi pul və ya maldır. Mehir qadının ailəsinə deyil, birbaşa qadına verilir. Yuxarıdakı ayələrə əsasən malların sahibinə təslim etmə vaxtı, o adamın malına nəzarət edə biləcək yaşıdır. Buna görə mehir alan qadının malı və ya puluna nəzarət edə biləcəyi yaşda olması lazımdır. Hz. Ayşənin 6-9 yaşında evləndiyinə dair iddialar, Qurandakı evlilik üçün göstərilən yaş ilə uyğunluq göstərmir. Quranda bildirilən evlilik yaşı, indiki dövürdə ailə qayda-qanunumuzda olan yaş həddi ilə uyğundur. Həmçinin hz. Ayşənin yaşının rəvayət edildiyi hədislərədən olan Buxari, peyğəmbərimizdən 238 il sonra, Müslim 243 il, Tirmizi 260 il, Əbu Davud 256 il, Nəsai 238 il, İbn-i Macə 263 il sonra yaşayıblar.
Hz. Ayşənin yaşı bəzi mənbələrdə 6, bəzisində 9, digərində isə 18 olaraq rəvayət edilmişdir. Ümumi olaraq evlilik yaşı mövzusunda istinad Qurandır. Quran, nikah üçün zehni yetkinlik çağını işarə edir. Ancaq bu dəqiq dəlili görməməzlikdən gələn bəzi ateistlər, Talaq surəsi 4-cü ayədə, “heyz (aybaşı) görməmiş” sözlərinin kiçik uşağa işarə etdiyini iddia edirlər. ” Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar. (Talaq surəsi, 4) Heyzdən (aybaşı) kəsilmiş, yəni menopoz dövrünə girmiş qadınların gözləmə müddətinə 3 ay deyilir. Niyə 3 ay gözlənilir? Hamilə olub olmadığının aydın olması üçün heyz görməyən uşaq hamilə qala bilər mi? Xeyr. O zaman 3 ay gözləməsinə ehtiyac da yoxdur. Hamilə qalan qadın heyz görmür.
Qadının hamilə olub olmadığının bilinməsi vaxt tələb edir. Bu vəziyyətdə olan qadınlar üçün gözləmə müddəti 3 aydır. Hamiləliyi olanlar isə mütləq doğuma qədər gözləməlidirlər. Nəticə etibatıyla Quran uşaq evliliyinə icazə vermir. Bu tip səhv ancaq Qurandan uzaq cəmiyyətdə tətbiq oluna bilər. Yanlış və bilərək edilən tərcümələr ucbatından ateist və fanatiklər islamın uşaq evliliyinə icazə verdiyini iddia edirlər. Uşaqlar şəfqət göstəriləcək varlıqlardır, kimsə pozğun fikirlərinə Qurandan dəlil tapmasın!