Bəzi çirkin düşüncəli insanlar Quranda dəlil axtarıb saxta hökmlər çıxararaq insanların fikirlərini qarışdırmışlar. Əlbəttə ki , səhvən belə edənlər istisnadır. Diqqət yetirsəniz görərsiniz ki , bütün təfsirçilər kişilərdir. Hamilə qadının çölə çıxmasını tərbiyəsizlik hesab edən zehniyyətin hazırladığı məallarda qadın arxa plana atılmış , mənanı tamamilə dəyişdirən kiçik əlavələrlə kişi hakimiyyəti qurulmuşdur.Allah hər bir şeyi Quranda bildirmiş və “Ali – İmran “surəsinin 78 -ci ayəsində bu düşüncədə olan insanlara qarşı müsəlmanları xəbərdar etmişdir.
Onlardan elə bir dəstə də vardır ki , oxuduqlarını Kitabdan hesab edəsiniz deyə , Kitabı oxuyarkən dillərini əyib bükürlər.Halbuki , bu Kitabdan deyildir.Onlar : ” Bu , Allah tərəfindəndir ! ” – deyirlər. Halbuki, danışırlar. ( “Ali -İmran “surəsi , /78 )
Bu düşüncəyə xidmət edən və yalnış başa düşülməsinə səbəb olan ifadələrin qəsdən və ya bilməyərək əlavə olunaraq, fikirlərin qarışmasına səbəb olan ayələrdən biri də “Talaq “surəsinin 4 -cü ayəsidir. Əvvəlcə bu ayənin ənənəvi tərcüməsinə baxaq :
Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddası barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti 3 aydır.Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir.Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar. ( “Talaq “surəsi , 4 )
Necə bir hikmətdirsə, ayədə olmayan “hələ” kəlməsi ayəyə sıfırdan əlavə olunmuş bu kiçik əlavə də mənanı dəyişmişdir.” Hələ heyz görməmiş “dedikdə ağıla bircə şey gəlir.Yetkinlik yaşına çatmadığına görə hələ hetz görməmiş uşaqlar! Halbuki, bu elə deyil.
Hələ heyz görməmiş demək üçün ayədə “əllaaii ləmma yahidnə ” ifadəsi bildirilməli idi.Lakin ayədə “ləm yahidnə “ifadəsi keçir.
Ləm:Heç vaxt olmayacaq və ya olmayıb mənasını verir.
Lənnə :Hələ olmayıb , lakin olacaq mənasını verir.
Bu düşüncə sahibləri həqiqətlərin aşkara çıxmasının qarşısını almaq üçün insanları Qurandan uzaqlaşdıracaq hər cür tədbiri də gördülər.”Quranı siz başa düşməzsiniz , alimlər başa düşər .Quranı Azərbaycan dilində oxumayın . Quran ərəb dilində nazil olub , həmin dildə də oxusanız Quran oxumuş hesab edilərsiniz ” – dedilər. Quranı dəstəmazsız oxuya bilməzsiniz. Belinizin üstündə tutmslısınız.Quran oxuyarkən başınızı örtməlisiniz …….deyərək heç bir dəlili olmadan insanların Quran oxumalarına mane oldular.Hörmət əlaməti olaraü Quranı örtük içində və yüksək yerlərdə saxlayıb əlçatmaz hala saldılar.Qurandan uzaqlaşan insanlar isə məsul olduqları və üzərində düşünmələri əmr olunan bu Kitabdan bixəbər, müəyyən xocaların din adı altında təqdim etdikləri xurafatları İslam zənn edərək şirkə girdilər…..Bu təlqini görən insanlara ayənin həqiqi hökmünü söylədikdə isə ayəyə etibar etməyərək xoclardan , atalarından öyrəndiklərinin üzərində israr etdilər. Allah bu insanların vəziyyətini “Bəqərə “surəsinin 170 -ci ayəsində belə bildirir.
Onlara “Allahın nazil etdiyinə tabe olun ! ” – deyildikdə , onlar : ” Xeyr, biz ataıarımızın tutduğu yolu tutacağıq! ” – deyirlər.Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? ( “Bəqərə “surəsi / 170 )
Bu kiçik əlavədən sonra “Talaq” surəsinin 4-cü ayəsini araşdırmağa davam edək. Ayədə bildirilir ki, heyzdən kəsilmiş , yəni, menopauza dövrünə girmiş qadınların gözləmə müddəti üç aydır.Üç ay gözləməyin səbəbo nədir? Qadının hamilə olub olmadığının məlum olmasıdır.Heyz görməyən uşaq hamilə qala bilərmi? Xeyr. O zaman üç ay gözləməsinə də ehtiyac yoxdur. Hamilə qalan qadın heyz görməz .Lakin hamilə olduğunun məlum olması vaxt aparır. Bu vəziyyətdə olan qadınlar üçün də gözləmə müddəti üç aydır. Hamilə olduğu dəqiq olanlar isə doğuma qədər gözləyirlər.
Tərcümələrdə “heyz görməmiş” qızlar olaraq tərcümə edilən “vəllai ləm yahidnə ” ifadəsi tibbi olaraq “sekonder amenore”adlanan vəziyyətdədir. Yəni , heyz nizamı pozulduğu üçün heyz görməyən (heyz gördüyü halda müxtəlif səbəblərlə 3ay və ya daha çox müddətdə heyz görməyən) qadınlar bildirir. Eyni zamanda ayədə keçən “Nisa “kəlməsi də Quranda yetkin qadınlar üçün istifadə edilmiş ifadədir. Əgər heyz görməyən şəxs uşaq olsaydı , o zaman “Vildan, Vələd, Bənat …” kəlmələri yazılmalı idi. Lakin ayədə yetkin qadınları bildirən “Nisa” kəlməsi ifadə edilir və düzgün tərcümə də aşağıdakı kimi olmalıdır.
Heyzdən kəsilmiş (menopauza dövrünə girmiş) qadınlarınızın iddiası barəsində şübhəniz varsa , onların , eləcə də heyz görməyənlərin gözləmə müddəti üç aydır.Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir.Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırır. (“Talaq “surəsi / 4 )
Nəticə:Quranda nigah yaşı “Nisa “surəsinin 6-cı ayəsində bildirilmişdir.”Yetimləri nigah yaşına çatana qədər imtahana çəkin. Əgər onların yetkinliyə (rüşd) çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın… ( “Nisa”surəsi / 6) Ayəni diqqətlə oxusaq görərik ki, yetimləri “nigah yaşına çatana qədər”sınayın, əgər onıarın “yetkinliyə” çatdıqlarını görsəniz, mallarını özlərinə verin deyilir.
İslam qanununda “mehr” evlənərkən kişinin qadına verdiyi pul və ya maldır. Mehr qadının ailəsinə deyil, birbaşa özünə verilir.Ayəyə əsasən malların sahibinə verildiyi dövr o insanın malını nəzarət edə biləcəyi yaş həddidir. Qısası, mehr alan qadın bu malı və ya pulu idarə edə biləcəyi yaşda olmalıdır.Eyni zamanda ayədə qadın üçün də , kişi üçün də “rüşd” ifadəsi bildirilir.Bu da “doğru yolu tapmaq bacarığı” mənasını verir. Kiçik bir uşaq bəzən evin yolunu da çətin tapır. Qısası, Qurandakı nigah yaşı ilə mədəni qanundakı nigah yaşı bir-birinə uyğundur.Əksink iddia etmək çirkinlikdir. Heç kim öz azğınlığına Qurandan dəlil axtarmasın!