Nə Üçün Şahidlik Edərkən Bir Kişi İki Qadın Olmalıdır?

Şahidlikdə Bir Kişiyə İki Qadın Olması Niyə

Quranda borc alarkən edilən şahidlikdə bir kişi və iki qadın olması, bəzi ateistlər tərəfindən İslamda qadının dəyərsiz olduğu şəklində göstərilmişdir. Deyilənlərin əksinə olaraq bu mövzu ilə bağlı ayədə qadınların rahatlığı qorunur. Ayəni araşdıraq.

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allah’ın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allah’dan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun (etibarlı) yaxın adamı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, (qadınlardan) biri unutduqda, o birisi onun yadına salsın. (Bəqərə surəsi / 282)

Ayənin əvvəlində müddətli borc götürdükdə, yəni bir insandan möhlətli borc aldıqda bu borcu yazmağımız, harasa qeyd etməyimiz əmr olunur. Əgər borc alan adam ağıldan zəif və ya acizdirsə, borcu vəlisi, yaxın adamı qeyd etsin və bu hadisəyə iki kişi şahid olsun deyilir. Eynilə bankdan kredit götürəndə bir yaxınınızın borcunuza şahid və zamin olması kimi. Əgər iki kişi yoxdursa, o halda bir kişi və iki qadını şahid tutun deyilir. İndi də ayənin ikinci hissəsinə nəzər salaq.

Katib Allah’ın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. (Bəqərə surəsi / 282)

Allah, borcun ödənilmədiyi və tərəflər arasında problem meydana gəldiyində, vəziyyəti həll etmək üçün şahidlər çağırıldıqları zaman, çəkinməsinlər, məsuliyyətlərini yerinə yetirsinlər deyir. Ayənin son hissəsinə baxaq;

Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. (Bəqərə surəsi / 282)

Ayədə borcu yazana və şahidlik edənlərə zərər verilməsin deyilir. Ayəyə bütövlükdə baxdıqda ortaya fərqli nəticə çıxır. Son hissədən anlayırıq ki, şahidlik edənlər üçün riskli, zərər görə biləcəkləri vəziyyətlər ola bilər. Məsələn,bankda zamin olduğunuz adam borcunu ödəməzsə siz bu borcdan məsul olursunuz. Ya da borc mövzusunda tərəflər arasında gərginlik olsa, şahidə təzyiq edilə bilər, təhdid də edilə bilər. Allah riskli olan bu vəziyyət üçün məsuliyyəti ilk növbədə kişiyə vermişdir. Ancaq iki kişi olmayanda bir kişi və iki qadın bu məsuliyyəti paylaşdıraraq, qadınların üzərlərindəki məsuliyyət və gərginliyi də azaldır. Məsələn, insanlar bir hadisəyə şahid olsa, polisə “şahidlik edə bilərsinizmi” dediyində bir çox adam buna yanaşmaz. Kimsə belə bir vəziyyətdə qızının, anasının ya da arvadının şahidlik etməsini də istəməz. Çünki şahidlik güc tələb edən və riskli olan işdir.

Pelin Çiftin Haber Türkdəki proqramına qatılan iki alim, kişilər və qadınlar üzərində təcrübə keçirirlər. Elm adamları kişi və qadınlara, kədərini hiss etdirən fotoşəkil göstərirlər. Fotoşəkilə baxan qadınların, beyninin orta hissəsində rəng dəyişikliyi meydana gəldiyini, ancaq kişilərdə hər hansı bir rəng dəyişikliyinin olmadığı təsbit edilmişdir. Bu təcrübə, qadın və kişinin emosionallıqlarının fərqli olmasının ispatıdır .

Quranda, vaxt tələb edən və bu müddət ərzində zərər görmə riski olan şahidlərin, o cümlədən qadınların rahatlığı təmin edilir. Şahidliyin gətirdiyi gərginlik və məsuliyyət iki qadın arasında paylaşdırılmışdır. Ateistlər, Quranda olan bütün şahidlik tələb edən mövzularda bir kişi və iki qadının şahidliyinin olmasını zənn edə bilərlər. Ancaq bu yalnız borc mövzusu üçün etibarlıdır. Məsələn, ayədə fahişəlik edildiyinə dair 4 şahid gətirin deyilir. Burada cinsiyyət ifadə edilmir. Əgər qadın ağılsız ya da ikinci planda olsaydı, 4 kişi, 8 qadın olmalıdır deyilərdi. Ancaq belə bir ayrı-seçkilik yoxdur. Cinsiyyətindən aslı olmayaraq yalnız 4 şahid olmalıdır.

Bir başqa ayədə kişi, yoldaşını zina ilə günahlandırığında, yoldaşının bu hərəkəti etdiyinə dair 4 dəfə and içir. “…beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” – deməsidir. (Nur surəsi / 7)

Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allah’ı şahid tutması cəzanı ondan dəf edər. (Nur surəsi / 8) ayəsindən göründüyü kimi, kişinin 4 dəfə and içməsinə qarşı qadın da 4 dəfə and içir. Ancaq bu ayədə, qadının andı kişiyə nisbətən üstündür.

Nəticə olaraq Quranda kişi və qadın əməl baxımından tam bərabərdir. Quranda qadınlar çiçəyə bənzədilmişdir. O çiçəyi solduracak, yoracaq hər detal ortadan qaldırılmışdır. Qadın həmişə əl üzərində tutulub, güc tələb edən çətin işlər isə kişiyə yüklənmişdir. Bu da Allah’ın qadınlar üzərindəki mərhəmətinin göstəricisidir.