Bəzi insanlar tərəfindən səmimi olaraq soruşulsa da, əslində İslamda axtarış məqsədi ilə soruşulan bu sual bir neçə texniki məlumat çatışmazlığından qaynaqlanır. Allah ayələrində namaz və orucla bağlı vaxtların başa düşülməsi üçün Günəşin hərəkət istiqamətindən zamanın müəyyən olunmasına diqqət çəkmişdir.
Qütblərlə bağlı 6 ay gündüz, 6 ay gecə fikri əslində yalnışdır.Əslində, 6 ay qaranlıq, 6 ay işıqlı günlərdir. Hətta bu yalnış fikir səbəbindən bəzi insanlar qütblərdə Günəşin 6 ay eyni yerdə durduğunu, növbəti 6 ay isə başqa bir istiqamətdə sabit dayandığını və Günəşin hərəkətsiz olduğunu güman edirlər. Bu tamamilə yalnış fikirdir.
Şəkildə də qütblərdə Günəşin hərəkət istiqamətləri göstərilib. Mühit aydınlıq olmasına baxmayaraq, Günəş davamlı hərəkət halındadır və axşam və sabahı göstərən zaman çox rahat başa düşülür. Günəşin ən aşağı olduğu yer gecə, ən yüksəkdə olduğu yer isə gündüz olaraq qəbul edilir. 6ay qaranlıq zamanı da Günəşin 24 saat ərzindəki hərəkətləri çox rahat görülür. Buna görə də həm namaz, həm oruc vaxtları çox rahat müəyyən olunur. Hətta orada yaşayan minlərlə müsəlman Günəşin bu hərəkət istiqamətlərinə görə namazlarını qılıb, oruclarını tuturlar.
Ancaq əsl önəmli olan Quranda Allahın bizdən istədiyi şeyin təqva, səmimiyyət olmasıdır. Məsələn, Quranda qurban ibadəti ilə bağlı ayədə Allah belə buyurulur:
Onların nə əti, nə də qanı Allaha çatmaz.Ona yalnız sizin təqvanız çatar. (Həcc surəsi, 37)
Yəni Allah ibadətlərin maddi qisminə deyil, təqva qisminə diqqət çəkir.
Onlar namazlarında mütidirlər (Möminin surəsi, 2)
Bu səbəbdən Quranda hər hansı bir əksiklik axtarmaq boş zaman itkisidir.Quranda heç bir əksiklik və nöqsan yoxdur.
Quran tamamilə aydın və nöqsansızdır.