Allah insanları gözəl əxlaq sahibi etmək üçün Haqq Kitabı ol2 Quranı nazil etmişdir. Bu əxlaqın əsasını sevgi, mərhəmət, xoş xasiyyət və ən gözəl söz təşkil edir. “İslam”sözü ərəb dilində “sülh” sözündən gəlib. Allah insanların “sevgi və sülh “içində yaşaması üçün İslam dinini göndərmişdir.
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki, o, sizin açıq düşməninizdir! ( ” Bəqərə surəsi, 208 ) Allah insanlara inanc seçimində azadlıq verib. “Dində məcburiyyət yoxdur..” ( “Bəqərə “surəsi / 256 ).Hər kəs istədiyini seçə bilər.Müsəlmanın vəzifəsi mülayim olmaq və gözəl sözlə insanlara “yaxşılığa əmr edib, pislikdən çəkindirmək”dir.Hətta, Firavun kimi azğına da ” Onunla yumşaq danışın! Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! ” ( “Taha “surəsi/ 44 ) deyilir.Quranda hər zaman mülayim xasiyyətli olmaq, kobud və sərt olmaqdan çəkinmək və yaxşılıq etmək tövsiyə olunur. Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin.Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.. ( “Ali-İmran surəsi/ 159 ).Mülayim və xoş xasiyyətli olmaq birləşdirici, sərt və kobud olmaq isə birliyi pozan davranışdır.
Kitab əhlinə sevgi Müsəlmanlar, Quranda “Kitab əhli ” olaraq adlandırılan Musəvi və Isəvilərə qarşı dərin sevgi bəsləyir, mərhəmətli və ədalətli davranırlar. “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir.Şübhəsiz ki, Allah insaflı olanları sevir.” ( “Mumtəhənə “surəsi/ 8 ).Bu ayədə də aydın olduğu kimi, dini mövzuda müsəlmanlarla mübarizə aparmayanlarla gözəl və ədalətli rəftar edilir.Allah başqa bir ayədə isə belə buyurur: ” ..Biz xaçpərəstik! – deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən..” ( ” Maidə ” surəsi, 82 )
Həyat yoldaşları arasındakı sevgi Allah Cənnətdə həyat yoldaşlarının bir-birinə sevgi ilə bağlandığından bəhs edir.Ərlərini sevən, həmyaşıdlar.. ( “Vaqiə “surəsi / 37 ).Cənnət əxlaqını dünyada yaşamağa çalışan möminlər dünyadakı həyat yoldaşlarına da sevgi və mərhəmət hissi bəsləyərlər. ” Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması ds Onun dəlillərindəndir.” ( “Rum “surəsi / 21 ).Həqiqi sevgi Quran əxlaqı ilə əldə edilir.Mərhəmət sevginin bir hissəsidir. İnsan sevdiyinə mərhəmət göstərər, mərhəmət göstərdiyinə isə sevgi bəsləyər.
Peyğəmbərlərin və iman gətirənlərin sevgidə həssas olmaları
Hz . Məhəmmədin (səv) mərhəməti, möminlərə qarşı olan sevgisi və şəfqəti, müsəlmanlar üçün çox gözəl nümunədir.Allah Quranda Hz . Məhəmmədin (səv) bu üstün əxlaqından belə bəhs edir : Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir.O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. ( “Tövbə “surəsi / 128 ) Allah Quranda Hz.Yəhya üçün belə buyurur. Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik.O, müttəqi idi. ( “Məryəm “surəsi/ 13 ).Şəfqət və paklıq mömin xüsusiyyətidir. İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. ( “Məryəm” surəsi/ 96 ).Ayədə olduğu kimi, Allah iman gətirənlərin qəlbində sevgi yaradır.
Gözəl söz, yaxşılıq, səbr və mərhəmət sevgiyə vəsilə olur.
İslamın gözəl əxlaqını bütün insanlara təbliğ etməyə çalışan insan, özü də o əxlaqa sahib olmalıdır.Çünki, ən gözəl təbliğ nümunə olmaqdır. ” Yaxşılıqla pislik eyni ola bilməz.Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki, yacın bir dostdur.” ( “Fussilət “surəsi / 34 ).Ayədən də aydın olduğu kimi pisliyi yaxşılıqla dəf etmək, yaxşılığı əsas götürmək düşməninlə sənin aranda sevgi yaranmasına vəsilə olur. Allah belə deyir: “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar.Çünki, şeytan onların arasına ədavət sala bilər” ( “İsra”surəsi/ 53 ) Ayədə yalnız gözəl söz söyləmək əmr edilir.Ən gözəlini söyləsin deyilir. Bu da namaz kimi bir ibadətdir.Möminlər də ayrı-seçkilik etmədən ateistə, buddistə, Kitab əhlinə, zənginə, kasıba və digərlərinə sözün ən gözəlini söyləməlidirlər.Bu əvvəlcə fərdlər, sonra isə cəmiyyətlər arasında sevgi bağının güclənməsinə vəsilə olacaq. Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. ( ” İbrahim “surəsi/ 24 ) Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağac kimidir. ( ” Ibrahim” surəsi / 26 ) İman gətirənlər üçün…” bir – birimə səbir və mərhəmət tövsiyə edənlərdən olmaq…” ( ” Bələd ” surəsi, 17 ) əhəmiyyətlidir.
Bağışlamaq sevgiyə vəsilə olur.
Hər bir problem sevgi, mərhəmət, səbir və ağılla həll olunur.Allah Quranda insanlara bağışlayıcı olmağı belə tövsiyə edir: Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər Qoy əfv edib bağışlasınlar.Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhimlidir. ( ” Nur ” surəsi/ 22) …İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən.Onları əfv et və təqsirlərindən keç.Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. ( ” Maidə “surəsi / 13 )
Təbliğin əvəzində ” Sevgi “dən başqa mükafat alınmaması
İslamın gözəl əxlaqını insanlara təbliğ etmək, yaxşılığa əmr edib pislikdən çəkindirmək, ədaləti, səbri və mərhəməti tövsiyə etmək, yoxsulu yedirməyi təşviq etmək ibadətdir.Bu ibadətin qarşılığı Allah Qatındadır.İnsandan gözlənilən yalnız sevgidir. De : ” Mən sizdən bunun əvəzində sevgidən başqa bir şey istəmirəm”.Kim bir yaxşılıq etsə, onun savabını artırarıq.Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir. ( ” Şura “surəsi/ 23 )
Var-dövlətə bəslənən sevgi
Allah “Bəqərə”surəsinin 177-ci ayəsində iman gətirənlərin ” ….sevdiyi malı qohum-əqrabaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən”…insan olduqlarını bildirir.Başqa bir ayədə isə belə deyilir: ” Onlar özlərinin istədikləri şeylərdən kasıblara, yetimə və əsirə də verərlər. ( ” İnsan “surəsi/ 8 ).Bu ayədə sevgi və mərhəmətin üstün olduğu əxlaq modeli göstərilir.Mömin öz istəyinə baxmayaraq yeməyi, bir az öncə onu öldürmək istəyən əsirə verir. Zənginlik də yoxsulluq kimi imtahandır.Mülkün sahibi “Allah isyədiyinin ruzisini bol edər, istədiyinikinidə azaldar.Onlar dünya həyatı ilə sevinirlər.Halbuki, dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. ( “Rad surəsi/ 26).Əgər Hz Süleymanın “Həqiqətən, mən mal-mülk (və ya at) sevgisini Rəbbimi zikr etmək üçün seçdim”..sözləri nümunə götürülərsə və dünya zənginliyi Allahın göstərdiyi kimi istifadə edilərsə, insanlar arasında sevgi, məhəbbət və mərhəmət də artacaqdır. Nəticə
Həqiqi sevginin yaşanması üçün hər kəs əvvəlcə Allahı dərin bir sevgi ilə sevməli, eşqlə bağlanmalı və Allahın sevgisini qazanmaq üçün bu əxlaqı göstərməlidir. Allah sevdiyi qullarının qəlbinə sevgisini yerləşdirər və digər insanların qəlbində də onlara qarşı sevgi yaradar.Sevginin mənbəyi və sahibi yalnız Allahdır. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər.İman gətirənlərin və Allaha olan sevgisi daha güclüdür. ( “Bəqərə “surəsi/ 165 ) Allah insaflı olanları sevir. ( ” Mumtəhənə”surəsi/ 8) Allah təmizlənənləri sevir. ( ” Tövbə “surəsi / 108 ) Allah müttəqiləri sevir. ( “Tövbə ” surəsi/ 7) Allah yaxşı iş görənləri sevir. ( ” Maidə “surəsi/ 93 ) Allah ədalətli olanları sevir. ( ” Maidə” surəsi / 42 ) Allah təvəkkül edənləri sevir. ( ” Ali-İmran “surəsi / 159 ) Allah səbir edənləri sevir. ( ” Ali-İmran ” surəsi/ 146 ) Allah tövbə edənləri sevir, pak olanları da. ( ” Bəqərə “surəsi / 222) Allah qorxanları sevir. ( ” Ali-İmran surəsi / 76 )