Quranda qadınlara deyil sadəcə kişilərəmi xitab edilir?

Quranda Sadəcə Kişi Cinsinə xitab Edilir

Ateistlərin Quran barəsindəki tənqidlərindən biri də ayələrdə sadəcə kişi cinsindən olanlara müraciət edilməsidir. Əllərində buna aid dəlil olmadığı halda deyirlər ki, Quranda həmişə kişilərə müraciət edilir, qadınlar isə insan yerinə qoyulmur. (Quranı tənzih edirik)

 

Halbuki Quranda “ey iman gətirənlər”, “ey insanlar”, “mömin qadınlara və mömin kişilərə de” kimi müraciətlərdən də başa düşdüyümüz kimi hər iki cinsə də bərabər şəkildə xitab olunur. “Ey iman gətirənlər” xitabı təxminən 90 ayədə, “ey insanlar” xitabı təxminən 20 ayədə keçir. Qadınlara aid bir mövzu varsa, sadəcə qadına, eyni şəkildə kişilərə aid bir mövzu varsa, onda da sadəcə kişilərə müraciət edilir.

 

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allah‘ı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

 

Ayədən də gördüyümüz kimi qadına da kişiyə də bərabər şəkildə xitab edilir və kişilərin də qadınların da sonu əməllərinə uyğun olaraq ya cənnət ya da cəhənnəm olacaq. Bu barədə heç bir ayrıseçkiliyə yol verilməmişdir:

 

Qadının zəif yaradıldığını, ağlının yarımçıq olduğunu iddia edən xurafatçı düşüncədir. Allah ayrıseçkilik etmədən “…insan zəif  yaradılmışdır.” (Nisa Surəsi, 28) deyə buyurub.