Quranda Qadın Döyməyə İcazə Varmı?

Qadın Kişinin Qabırğasından YaradılıbBir çox hallarda Qurandan kənar qaynaqların təsiriylə edilən tərcümələrdə qadınların döyülməsiylə əlaqədar dəlillər olduğu zənn edilir, ancaq bu həqiqətən belə ola bilərmi? Sözü gedən ayəyə baxaq.

 

Kişilər qadınları qorumağa borcludur. Çünki Allah, hər birinə fərqli qabiliyyətlər və xüsusiyyətlər vermişdir. Necə ki, kişi evin dolanışığından məsuldur.

 

…Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın…(Nisa surəsi, 34)

 

Kişi despotluğunun hakim olduğu  dövrdə bu ayenin dörd yerdə mənası dəyişdirilmişdir.

 

BİRİNCİ SƏHV: Ayədə keçən “erricalü kavvamune alennisai” ifadəsi, “kişilər qadınları qoruyar “ ya da “kişilər qadınların dolanışıqlarından məsuldur” mənasında tərcümə edilməli idi, lakin, bütün tərcümələrdə kişinin qadın üzərində söz sahibi olduğu şəklində tərcümə edilmişdir .

 

Bütün meal yazarları “kavvam” sözünü “idarəçi, hakim” olaraq tərcümə ediblər. Amma eyni sözün keçdiyi 4-135-də, 5-8-də bu sözü, qoruyan, yerinə yetirən, ayaqda tutan kimi tərcümə ediblər.

 

İKİNCİ SƏHV: Nisa 34-də “feddelellahu badehum ala BADIN” ifadəsinin mənası “hər birinə fərqli qabiliyyət və xüsusiyyətlər verdik” – dir. Ancaq tərcümələrdə nədənsə “Allah bəzilərini (kişiləri), bəzilərindən (qadınlardan) üstün etmişdir” şəklindədir.

 

Quranda olan mötərizə içindəki izahlar bütpərəst orta əsrlər Ərəb mədəniyyətini əks etdirən hədis kitablarının təsirindən qaynaqlanır. Ayədə “Allah kişiləri qadınlardan üstün etmişdir” yazılsaydı belə olardı; faddalellahur Rica alen nisai.

 

Ayədə keçən “badehum” (bəziləri) sözündəki “hum” əvəzliyini yalnız kişilər sözünə istiqamətləndirdikdə məna belə olur: Allah kişilərin bəzisini digərindən üstün etmişdir. Bu da ayədə olan mətnə uyqun gəlmir.

 

Hum əvəzliyini kişi və qadınlardan ibarət qarışıq bir qrupa istiqamətləndirdikdə isə məna belə olur: Allah kişilərin və qadınların bəzisini digərindən üstün etmişdir.

 

4-32 və 13-4-də eyni sözlər keçir. Ancaq burada birinizi digərinizdən üstün etmişdir şəklində tərcümə olunub. Ayənin mənası, “Allah hər birinə fərqli qabiliyyət və xüsusiyyətlər vermişdir” şəklindədir. Cinsiyyət ayrı-seçkiliyi yoxdur.

 

ÜÇÜNCÜ SƏHV: Nisa 34-də “idribuhunne” sözü bir neçəsi istisna olmaqla, bütün türkcə tərcümələrdə “o qadınları döyün, yüngülcə vurun” deyə tərcümə edilmişdir.

 

30-21-də “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir.” deyilir. Göründüyü kimi evliliyin məqsədi sevgi və mərhəmətə əsaslanan rahatlıqdır. Kişinin qadını döyərək bu dincliyi nə qədər təmin edəcəyini müzakirə edək .

 

“Onları döyün” deyə tərcümə edilən “idribuhunne” sözünün kökü “DaRaBa” sözüdür. Hər hansı ərəb lüğətinə baxsanız, bu sözün onlarla mənasını görərsiniz. Bu söz, ərəb dilində ən zəngin mənalara malik sözdür.

 

Səyahət etmək mənasının keçdiyi ayələr: 2-273, 3-156, 4-101

Vurmaq mənasının keçdiyi ayələr: 8-50, 47-27

Ortaya qoymaq mənasının keçdiyi ayələr: 43-58, 47-27

Nümunə vermək mənasının keçdiyi ayələr: 14-24 / 45, 16-75 / 76, 16-112, 18-32 / 45

Azad tutmaq: 43-5,

Məhkum olmaq: 2-61,

Bağlanmaq, vurmaq: 18-11,

Açıqlamaq: 13-17

 

Gördüyünüz kimi Quranda bu söz bir çox mənalarda istifadə edilir. Quranda keçməyən mənaları da var. Məsələn ərəbcədə pulu “DaRaBa” edirsən. Yəni istehsal edirsən.

 

Türkcə oğurlamaq sözünün fərqli mənaları var. Radio oğurladım dediyinizdə radionu istifadə mənasından başqa, oğurlamaq mənası da var. Ərəpcədəki darabə sözü də buna oxşar xüsusiyyətdədir. Ayədə keçən idribuhunne sözündəki “idrib”, çölə çıx mənasını verir. “İdribuhunne” isə çıxarmaq, göndərmək deməkdir. Döymək deyil.

DÖRDÜNCÜ SƏHV: Nisa surəsi 34-də “nuşuz” sözü, bütün tərcümələrdə “ədəbsizlik, itaətsizlik” olaraq tərcümə edilib. Halbuki bu söz, flörtdən başlayaraq qeyri qanuni cinsi əlaqəyə qədər uzanan sədaqətsizlik və iffətsizlik mənasını verir.

 

Məsələn 4-128-də eyni söz, sadəqətatsizlik edən ər üçün istifadə edilir. Amma nədənsə o ayədə, itaətsizlik edən ər olaraq tərcümə olunub.

 

Nisa surəsi 34-də, sədaqətsiz və iffətsiz davranan qadına, kişinin nə etməsi lazım olduğu izah edilir. Əvvəl xəbərdar et, sonra yatağını ayır, davam edərsə evdən çıxar deyilir.

 

Ərinə xəyanət edən bir qadını döymək onsuz da həll yolu deyil. Qadını evdən çıxartdıqdan boşanana qədər yenə kişinin məsuliyyəti altındadır. Hətta boşandıqdan sonra belə kişi, qadını qoruyar.

 

Quranın ən gözəl ayələrini şiddətə çevirənlər və buna inananaraq davam edənlər düşünsün. Sizin yoldaşınız sizi aldatsa dözə bilərsinizmi? Davam edərsə yatağınızı ayıra bilərsinizmi? Yenə davam edərsə anasının evinə göndərə bilərsinizmi? Düşünmürəm. Aldatdığını öyrəndiyiniz anda təpik yumruqla pərişan edərsiniz.