Bəzi Quran ayələrində “Biz” sözünün olmasıyla razılaşmayanlarda bu mövzu barəsində bir çox suallar meydana çıxır. Bu mövzu belə ola bilər. Quranda Allah özü üçün birinci şəxsin cəmi olan “Biz” sözünü də, birinci şəxsin təki olan “Mən” sözünü də istifadə edir. Bu ərəb dilinin dil xüsusiyyətindən qaynaqlanır.
Ərəb və başqa bəzi dillərdə əzəmət, izzət ifadəsi olaraq bəzən bir adam özü üçün birinci şəxsin cəmi olan “Biz” sözünü işlədir. İstər türk dilində, istərsə də başqa dillərdə şəxsə ucalıq, hörmət ifadəsi olaraq ikinci şəxsin təki olan “Sən” yerinə “Siz” deyirik. Türk dilində bəzən etdiklərimiz üçün də birinci şəxsin cəmində “Biz” sözünü istifadə edirik, lakin bu qarşımızdakı tək şəxs üçün çoxluq olan “Siz” sözünü o qədərdə də istifadə etmirik…
Qısacası, Allah təvazökarlıq etməz, təvazö insanlara yaraşır. Allah əzəmətini, ucalığını, möhtərəmliyini ifadə etmək üçün bu ifadədən istifadə edir. Quran ərəb dilində enmiş bir kitabdır, buna görə Quranda ərəb dilinin xüsusiyyətləri, ərəb deyimləri var. Allah’ın təkliyi bütün Quranın əsas mesajıdır və Quranın yüzlərlə ayəsində qeyd olunub.
Bir məsələni də ifadə etmək faydalı olardı. Quranda Allah özündən birinci şəxsin təki olaraq bəhs edərkən həm “Mən” sözünü, həm əzəmət, izzət, hörmət əlaməti olaraq cəm olan “Biz” sözünü işlədir. Lakin Allah’dan ikinci şəxsdə bəhs edərkən həmişə ikinci şəxsin təkində olan “Sən” sözü işlədilir, heç bir zaman ikinci şəxsin cəmində olan “Siz” sözü işlədilmir və ya Allah’dan üçüncü şəxs olaraq bəhs etmək həmişə üçüncü şəxsin təki olaraq “O” sözü işlədilir, heç bir zaman üçüncü şəxsin cəmi olan “Onlar ” sözü istifadə edilmir. Halbuki Quranda dəfələrlə Allah’dan ikinci və ya üçüncü şəxs olaraq bəhs edilmişdir, bunların biri belə ikinci şəxsin cəmi və ya üçüncü şəxsin cəmi deyil. Bu da dediyimiz kimi ərəb dilinin dil xüsusiyyətindən olduğunu göstərir.