Ateist forumlarında və müzakirələrində Quranın köləliyi qadağan etmədiyi, hətta köləliklə bağlı ayələrin İslamın köləliyi məqbul saymasına dəlil olduğu iddialarına tez-tez rast gəlirik.Bəs, həqiqətən, bu belədirmi?
Quranda köləliklə və ya bu vəziyyətdə olan insanlarla bağlı ayələri tək-tək təhlil etdiyimiz zaman Allahın Quran yolu ilə insanlara köləliyi təbliğ etmədiyini görürük.Bunu aşağıdakı ayələri təhlil etdikcə daha aydın başa düşəcəyik.Əvvəlcə bu fikrin formalaşmasının əsas səbəblərini araşdırmaq lazımdır.Çünki Quranda olmadığı halda, dövrümüzə qədər ən mədəni ölkələrdə belə mövcud olan köləlik İslamın tətbiqində necə özünə yer edib.
Bu sualın cavabını da yenə Qurandan kənar mənbələrin Qurandan öndə tutularaq ərəb ənənəvi məktəblərinin müstəqilliyini elan etmələrində tapa bilərik.Bu saytda açıqlanan bir çox yanlışda olduğu kimi, bu vəziyyət də həqiqətin bunun tam əksi olmasına baxmayaraq, sanki Quran köləliyə ən azından qarşı çıxmır hissinin yerləşməsinə şərait yaratmışdır.
Quran əxlaqı büt, tağut, ağa məfhumlarına qarşıdır.İnsanları fitrətə uyğun və şərəfli yaşamağa təşviq edən, sevgini, mərhəməti və sülhü aşılayan Quran əxlaqının köləliyi qəbul edilməsi mümkün deyil. Köləliklə bağlı ayələrə nəzər yetirək:
Ateistlər İslamda köləliyin qadağan olunmadığı ilə bağlı iddialarına, adətən, “Nəhl” surəsinin 75-ci ayəsini dəlil göstərirlər. Bu ayənin iki müxtəlif tərcüməsinə baxaq:
Əlixan Musayev: “Allah heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir”.
Ziya Bünyadov: “Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tərif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!”
Gördüyünüz kimi, ayə açıqdır və burada nə köləlik məqbul sayılır, nə də məqbul sayılmasına işarə edən hər hansı bir ifadə var. Quran əleyhdarları bunusəhv bir məntiqlə dəyərləndirirlər.Quranda hansısa mövzudan bəhs edilməsi o mövzunu bir mənalı qəbul edib tətbiq etməli olduğumuz mənasına gəlmir.Hətta, Quran istənilən şəraitdə müsəlman olmayanların sahib olduğu kölələr üçün müxtəlif şəraitin yaradılmasına möminləri təşviq edir.
Tez-tez vurğulanan digər ayə isə “Bəqərə” surəsinin 221-ci ayəsidir:
“Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir.Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin.Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir.Onlar Oda çağırırlar.Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar”.
Ayədəki “iman gətirən kəniz” ifadəsinə əsaslanıb İslamda kənizliyin və köləliyin məqbul sayıldığı ilə bağlı saysız-hesabsız yazılar yazılır. Bu iddianın çox böyük səhv olduğunu ayəni incələdiyimiz zaman anlayacağıq:
“Kölələr müşrik kişilərdən xeyirlidir”
Ayədə keçən “əmə cariyə və abd/kölə” ifadələri “və” bağlayıcısı ilə “müşrikatun və müşrikiyin” ifadələrinə bağlanır. Müqayisə etdikdə həmin “kəniz və kölələrin” müşriklərin əlindəki cariyə və kölələr olduğu aydın olur.Bunun düzgün variantı isə belədir.
Müşrik qadınlarla müqayisədə “əllərindəki kəniz və kölələrdən” iman gətirən “əsirlər” daha xeyirlidir…
Köləliyi məqbul saymaq bir tərəfə, əllərindəki kölələri öz ağalarından daha xeyirli hesab edən bu ayə bir çox ateist forumunda köləliyə təşviq edən ayə kimi göstərilir. Bu barədə iki ayəni təhlil edək:
Əlixan Musayev: “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir.Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin.Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir.Onlar Oda çağırırlar.Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar”.
Ziya Bünyadov: “Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır”.
Gördüyümüz kimi, bu ayələrdə də qətiyyən köləliyi məqbul sayan və ya Quran əleyhdarlarının düşündüyü kimi, buna göz yuman ifadə yoxdur. Ayədə evlilikdən əvvəl möminlərin həyat yoldaşı seçəndə müqayisə etmələri barədə izahlar verilir…
Uca Allah qüsursuz Kitabında insanlara göndərdiyi elçisinə başqalarını qul etməməyi əmr etdiyi halda, Quranda köləliyin əmr edildiyini demək ağılsızlıqdır.
“Ali-İmran” surəsini 79-cu ayəsinə nəzər yetirək:
“Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: Allaha yox, mənə qul olun!– desin. Əksinə, (o deyər): Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”
Yəni ayədə bildirildiyi kimi, peyğəmbər də daxil olmaqla, heç kimə quldarlığa izin verilmədiyi halda, İslamda köləliyin məqbul hesab edildiyini demək böyük səhvdir.
Köləliyə tamamilə qarşı olan Quran insanlar arasındakı üstünlüyün ancaq təqva ilə olduğunu bildirir.Buna görə insanlar irq, rəng və ya başqa xüsusiyyətlərinə görə yox, ancaq təqvalarına görə dəyərləndirilir.
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq.Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır.Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Hücurat surəsi, 13)
Quranda köləliyin məqbul sayılması ilə bağlı səhv fikirlərin formalaşmasının əsas səbəblərindən biri də ərəb Yaxın Şərq mədəniyyətinin təsiridir.Bu köhnə fikirlərdən təsirlənən təfsirçilər Quranın orijinal variantında olmayan bəzi sözləri kölə və yaxud cariyə kimi dəyişdirərək, əslində, çox böyük səhvə yol veriblər.Quranı əsas götürərək hadisələri və digər mənbələri dəyərləndirməkəvəzinə, əsassız mənbələrdəki məlumatları Qurana yerləşdiriblər.Məsələn, Quranda azyaşlı qızlarla nikah və ya qadını döymək əmri olmadığı halda, məqbul göstərilməsi bunun nümunələrindəndir. Belə səhvlərin ən “məşhurlarından” biri də “Nur” surəsinin 32-ci ayəsidir:
Əlixan Musayev: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!”
Ziya Bünyadov: “(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”
Bu ayədə də orijinal mətndə olmayan kölə və cariyə kəlimələri əlavə edilib.Bir sözlə, Quran insanlar arasında qul-ağa münasibətini qətiyyən məqbul hesab etmir.Bütün insanlar sadəcə Allaha abddır (kölə).İnsanlar arasında qul-ağa münasibəti qəti şəkildə olmaz.Quran hətta mömin olmayan insanları və ya onların kölələrini azad etməyə möminləri təşviq edib cəsarətləndirir.“Bələd” surəsinin 12-13-cü ayələrində buyurulur:
“Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir”.
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır.Müttəqi olanlar da elə məhz onlardır”. (Bəqərə surəsi, 177)