Quranda keçən “Elçinin sözü” sözü ifadəsi ziddiyyət deyil

Quranda keçən Elçinin sözü sözü ifadəsi ziddiyyət deyilQuranda səhv tapmaq istəyənlərin qeyri-peşəkar iddialarından biri də Qurandakı “elçinin sözü” ifadəsinə verilən yalnış şərhdir.Ayə bu şəkildədir:

Bu, möhtərəm bir Elçinin sözüdür. ( “Haqqə” surəsi / 40 )

İlk baxışdan ayədən belə başa düşülür ki, Quran “elçi” tərəfindən yazılmışdır.Lakin ayənin ardına baxaq:

O, şair sözü deyildir! Necə də  az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir! ( “Haqqə” surəsi / 41-42-43 )

Ayənin ardına nəzər saldıqda Allahın nəyi vurğuladığını başa düşmək olur.40,41və 42-ci ayələrində Quranı insanlara bildirən şəxsin şair və ya kahin deyil, şərəfli bir Elçi olduğu və Onun sözü ilə insanlara çatdırıldığı izah edilir.43-cü ayəsində isə o sözləri Allahın vəhy etdiyi bildirilir.Yəni, ayələri açıqlayan insan Elçidir, şair və kahin deyildir.Bütün sözlərin mənbəyi isə Allahdır.

Ateist yoldaşların gecə-gündüz istifadə etdikləri dəlillərin bu qədər əsassız olması onlar üçün çox pis haldır.Əslində, bunun səbəbi budur ki, İncil və Tövrat insanlar tərəfindən təhrif olunmuşdur. Xaricdə yaşayan ateistlər də bu təhrifləri taparaq məntiqli şəkildə hər iki kitabı tənqid edirlər.Lakin müsəlman ölkələrindəki ateistlər Quranda tənqid ediləsi hər hansı bir şey tapmadıqlarına görə bu “arzularını”ayələrə şərhlər verərək və ya tək başına dəyərləndirərək həyata keçirməyə çalışırlar.Əlbəttə ki,  bu iddialarında da heç bir əsası yoxdur.