Quranda “de və de ki” ifadələrinin keçmədiyi ayələr ziddiyyətlidirmi?

Talk the talkQuranın bəzi ayələrdə “De ki” ifadəsinin işlənməməsini arqument kimi göstərən insanlar araşdırma aparmadan onu kor-koranə tənqid edirlər. Məsələn: “Ənam” surəsinin 104-cü və “Nəml” surəsinin 91-ci ayələrində, həmçinin digərlərində “De ki” ifadəsi örtülü şəkildə mövcuddur. Bu, Qurana aid xüsusiyyətdir. Ərəb dilini bilən insanlar bu mətnlərdə heç vaxt çatışmazlıq görməzlər. Sözün təbii axarından ifadənin Allahın kəlamı olduğunu başa düşərlər. İstər qərb dillərinə, istərsə də digər dillərə tərcümə olunan Quranda “De ki” ifadəsi mötərizə içində göstərilib.

“De ki” əmri ilə başlayan ayələrdə Allah öz quluna xitab edir. Əgər sözlərin bu cür düzülüşü Allahın kəlamı olduğunu sübut edirsə, bu məqamı Quran təxminən üç yüz dəfə nümayiş etdirir. Əgər bu xüsusiyyət Quranın Allah kəlamı olub-olmadığı baxımından əhəmiyyətlidirsə, (Quranın həzrəti Muhəmmədin sözü olduğu iddiasına görə (!)) hz.Muhəmməd bunun fərqində olub və buna təxminən üç yüz yerdə nəzər yetirib. Elə isə bir neçə yerdə niyə diqqətsizlik etsin? Beləliklə, unutmaq iddiası da əsassızdır. Çünki o, daim oxuyub təbliğ etdiyi Qurandakı bu çatışmazlığı (!) görərdi.

Ərəb müşrikləri Qurana qarşı düşmənçiliklərinə baxmayaraq, heç vaxt belə bir etiraz etməyiblər. İstər Qurana oxşar bir kitab, istər bir surə, istərsə də bir ayə olsun göstərə bilməyiblər. Quran peyğəmbərin sözü olsaydı, onunla eyni tayfanı, eyni cəmiyyəti və mühiti paylaşan, eyni dildə danışan, sosial zümrəyə görə ondan daha yaxşı olan ərəb müşrikləri də belə bir kitab ortaya qoyardılar. Amma bunu bacarmayıblar. Çünki “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.” [Nəcm surəsi, 3-4]

Əgər Quranın söz quruluşunda ədəbi zövqə və məntiqə zidd məqam olsaydı, bu dəyişiklikləri şəxsən Quranın ilk dinləyiciləri olan ərəb müşrikləri edərdi. Onlar əcdadlarının dinini ortadan qaldıran belə bir kitabı xalqın gözündən salmaq üçün ondakı çatışmazlıqları sadalayıb, tənqid edərdilər. Amma ədəbi zövqün zirvəsini yaşayan ərəblər belə bir şey etməyiblər. Hətta Quranın ədəbi üstünlüyünə heyran qalaraq, bu heyranlıqlarını “…Bu, yalnız açıq-aydın bir sehrdir…” şəklində [Səba surəsi, 43] dilə gətiriblər. Quranın peyğəmbərin sözü olduğunu iddia edənlər isə “…onu özü uydurmuşdur; xeyr, o, bir şairdir… ” deyərək heyranlıqlarını büruzə veriblər.