Quranda Bildirilən Məsciduləqasa Qüdsdəki Məsciddirmi?

Quranda bildirilən məsciduləqasa qüdsdəki məsciddirmiBəzən ateist form və müzakirə qruplarında yalnış məlumata əsaslanan iddialarla qarşılaşırıq. Bu iddiaya görə, “İsra” surəsinin 1-ci ayəsində bildirilən “Məsciduləqsa” Quranın vəhyindən sonra tikilmiş ibadət yeridir.Buna görə də iddia edirlər ki, Quran Hz, Məhəmmədin (səv) vəfatından sonra yazılmışdır. Bəs həqiqət necədir? İndi isə bunu araşdıraq… Həmin ayənin kəlimə açılışına baxaq: Subhânellezî esrâ bi abdihî leylen minel məscidil harâmi ilel məscidil aksallezî bâraknâ havlehu li nuriyehu min âyâtinâ, innehu huves semîul bâsir (basîru). 1.Subhâne:O sübhandır, bütün nöqsanlardan uzaqdır 2. ellezî: ki o 3. esrâ bi:gecə yürütdü 4.abdi-hî: qulunu 5.leylen:gecə vaxtı 6.min el məscidil el hârami:Məscidulharamdan 7.ilâ el məscidi el aksa: Məsciduləqsaya ən uzaq səcdə yerinə 8 . ellezî :ki o, ki onu 9 bâraknâ: xeyirli, mübarək, bərəkətləndirdik 10.havle-hu:Onun ətrafını 11.li nuriye-hu:oba göstərmək üçün 12.min âyâti-nâ:dəlillərimizdən 13.inne-hu:həqiqətən O 14.huve es semîu el basîru:O, ən yaxşı eşidəndir, ən yaxşı görəndir. (“İsra” surəsi /1)

Ədib Yüksək məalı Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı (Məkkədəki) Müqəddəs Məsciddən ətrafına xeyir-bərəkət verdiyimiz ən uzaq məscidə (səcdə yerinə) aparan Allah pak və müqəddəsdir.Həqiqətən , O eşidəndir, görəndir. ( “İsra” surəsi / 1)

Mustafa Sağ məalı Böyük gücə sahib Ucalardan Uca olan Allah, sonsuz gücünün dəlillərini göstərmək üçün bir gecə qulunu / Məhəmmədi Müqəddəs məscid Kəbənin yanındakı evindən, ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya / ən uzaq səcdə edilən yerə apardı.Şübhəsiz, Allah hər şeyi eşidir və görür. Bəzi Qurana uyğun olmayan mənbələrin təsiri ilə yazılmış məallar da vardır ki, ayədə “Məsciduləqsa”olaraq keçən ifadənin mənasını “Ən uzaq səcdə yeri / ən uzaq məscid” kimi deyil, “Məsciduləqsa məscidi “və ya “Məsciduləqsa bölgəsi ” kimi ifadə ediblər. Ayədəki kəlməni “məna”olaraq deyil, ” ad ” olaraq yazıblar.Halbuki, bu çox yalnış üsuldur. Ərəb dilində “aksa” kəlməsi “uzaq” deməkdir.Necə ki, “Rum ” surəsinin 3-cü ayəsində “edna” kəlməsi “yaxın mənasını verdiyi kimi, bu ayədə də həmin bölgədən bəhs edilir.Bu ifadə də “ad” olaraq deyil, “söz” olaraq dəyərləndirilməlidir. Bir ayədə eyni bölgə üçün yaxın deyildiyi halda, başqa ayədə bu bölgədəki bir yer üçün uzaq məscid deyilə bilməz.Demək ki, ayə Qüdsdən və Məsciduləqsa məscidinin olduğu bölgədən bəhs etmir. Bu şəkildə tərcümə edilən məallar öz yöntəmləri baxımından da səhvə yol verirlər.Yaxın bölgədə uzaq məscid ola bilməz. Deməli, “İsra ” surəsinin 1-ci ayəsində bildirilən yer Məsciduləqsa (Qüds) deyil. İsraya, yəni, gecə yürüşünə çıxarılan Elçi, Qüdsə aparılmamış, maddi və ya mənəvi bir şəkildə Quranda bildirildiyi kimi ən uzaq səcdə yerinə gedib, orada bəzi möcüzələrə şahid olmuşdur. “Nəcm” surəsinin 17 və 18-ci ayələrində də bildirilən budur. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü. ( “Nəcm ” surəsi / 17-18 ) Demək ki, bəzi Quran muxaliflərinin iddia etdiyi kimi Quranda heç bir ziddiyyət və tarixi səhv yoxdur.

Kiçik tarixi məlumat: Quranda ” Məsciduləqsa” sözünün mənasını bildik.Bəs hal-hazırda Qüdsdə olan Məsciduləqsa məscidinin tarixi necədir? Hansı məqsədlə burada məscid tikilib və adı da Qurandakı kəlmədən götürülüb? Əslində bu sualın cavabı ateist iddialarındakı məntiqi də anlamamıza kömək edəcək.Hicri 90-cı illərdə (Miladi 709-714) Mədinədə xəlifə olan Abdullah bin Zübeyrə qarşı Əməvi əsilli Abdulməlik bin Mərvan öz xəlifəliyini elan etdi.Öz tərəfdaşlarının həccə gedib bu mübarək insandan təsirlənməməsi üçün yaşadığı Qüds şəhərində, əvvəllər muallak daşı olaraq tanınan qayanı da içində saxlayan dəbdəbəli məscid tikdirdi.Hətta, əmri altında olan insanlara həcc üçün Məkkə və Mədinəyə getməyi qadağan edib, “Məsciduləqsa”olaraq adlandırdığımız bu bölgədə olan Qübbətüs-Səhranı alternativ olaraq Kəbə kimi hazırlatdı və təvaf etmələrini əmr etdi. Yəni, Qüdsdə “Məsciduləqsa”adlı məscid Quranın hökmünə müxalif olanların alternativi idi.Buna görə də Hz . Məhəmmədin (səv) vəfatından sonra tikilmiş məscidə görə Quranda ziddiyyət axtarmaq yalnışdır. Quranda bildirilən “Məsciduləqsa” hal-hazırda orada olan məscid deyil, əvvəlki vəziyyəti ilə o bölgədə olan məscid kimi də düşünmək olar.Bu fikri də nəzərdən qaçırmamalıyıq.Çünki, ağlama divarına yaxın yerdə əvvəllər də Məsciduləqsa məscidinin olduğu ilə bağlı arxeoloji tapıntılar mövcuddur. Amma hər iki mənası ilə də Quranda ziddiyyət və tarixi səhv olmadığı dəqiqdir. Ən doğrusunu ALLAH bilir…