Rəbbimiz inananları Quranı oxuyub anlamağa çağırır. Quran, əslində, çox asan anlaşılan kitab olmasına baxmayaraq, (Qəmər surəsi, 17….) müəyyən bölümünün, yəni mütəşabeh ayələrinin anlaşılması üçün ağır, sistemli iş və analiz tələb edir. Quranda bir çox qissədə mütəşabeh ayələr vardır və bu ayələr haqqında yetərli bilgiyə sahib olmadan tam qənaətə gəlməməyimiz tövsiyə olunur. (Ta ha surəsi, 114)
Quranın əksər hissəsi isə möhkəm ayələrdən ibarətdir. Möhkəm ayələr rahat anlaşılır, ilk mənası ilə anlaşılan ayələrdir və açıqdır. Mütəşabeh ayələr isə bir-birinə bənzəyən ayələrdir, bir çox mənalarda anlaşıla bilər və mütəşabeh ayələri də imkan daxilində anlamaq olar. Ali İmran surəsinin 7-ci ayəsində “möhkəm ayə” deyildiyi halda, Hud surəsinin 1-2-ci ayələrində “mükəmməlləşdirilmiş ayələr”dən bəhs edilir. Bu isə o deməkdir ki, möhkəm ayələr öz-özlüyündə anlaşıldığı halda; bütöv Quranda eyni mövzu ilə bağlı endirilmiş digər ayələrlə mükəmməlləşdirilmiş mütəşabeh ayələr tək başına mənası aydın olmayan ayələrdir.
Mütəşabeh ayələri dəyərləndirərkən diqqət etməli olduğumuz ən vacib məqam mövzunun Quranın ümumi məntiqinə, təbiət qanunlarına və ağıla uyğun olmasıdır. Allah Quranda anlaşılmayan heç bir şey bildirməmişdir. Hz. Musa qissələri də belədir və Rəbbimiz ümumi məntiq çərçivəsində qissələri dəyərləndirməyimizi istəyir.
Bu qısa açıqlamadan sonra hz. Musa qissələrinin bəhs edildiyi mütəşabeh/bir-birinə bənzəyən bəzi ayələri necə anlamalı olduğumuz barədə bir az düşünək.
Hz. Musanın həyatının bəhs edildiyi bir-birinə bənzəyən/mütəşabeh ayələri lazımınca təfəkkür edə bilməyən bəzi Quran əleyhdarı şəxslər “Hz. Musanın əsasının ilana çevrilərək əvvəlcə Fironu dəstəkləyən sehrbazların ilanlarını yediyi ilə bağlı ifadələrin (Allahı tənzih edirik) hekayə olduğunu” söyləyərək Allahın sonuncu xəbərdarlığını səthi və səmimiyyətsiz şəkildə tənqid edirlər.
İndi mövzu ilə bağlı ayələri xatırlayaq:
7:115 – (Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı birinci) at, ya da biz (əlimizdəkiləri) ataq!”
7:116 – (Musa) dedi: “Siz (əvvəl) atın!” Onlar (əllərindəkiləri) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.
7:117 – Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu.
7:118 – Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.
7:119 (Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər.
7:120 – Sehrbazlar səcdəyə qapandılar.
7:121 – Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik!
7:122 – Musa və Harunun Rəbbinə!”
Yuxarıda qeyd olunan ayələri təhlil etdikdə Fironun təmsil etdiyi inkarçı və zalım zehniyyəti dəstəkləmək məqsədi ilə əvvəlcədən qərarlaşdırılmış Həcc (hüccət-mübahisə) günündə ilk olaraq yaradılışı inkar edənlər dəlillərini göstərmişlər. Daha sonra isə hz. Musa bu fikirlərə qarşı tək Allahın olduğunu sübut edən dəlilləri təqdim etmişdir. Darvinizmi dəstəkləyənlər də insanların elmi mövzulardakı bilgisizliklərindən istifadə edir və savadsız kütlələrə darvinizmi qəbul etdirməyə çalışırlar. Bunun üçün isə mövzunu tez-tez təkrarlayaraq kütləyə hipnoz etmək və cadu təsiri yaratmaq metodundan istifadə edirlər.
Bugün bütün dünya bu kütlə hipnozunun təsiri altında qalıb. Beləcə, insanların böyük əksəriyyəti, əslində, haqqında heç bir şey bilmədikləri “təkamül” nəzəriyyəsinin güclü müdafiəçisinə çevrilib. Əslində, bir çoxu nəyi müdafiə etdiyini belə bilmir. Onlar yalnızca gündəlik qəzetlərdə dərc olunan xəyali meymun-insan rəsimlərinin və ya “atalarımız soxulcan imiş” kimi xəbərlərin təsirində qalıblar. Kütlə hipnozu bu cür təlqinlərlə uğur qazanmışdır. Bu saxta uğurlara görə də heç kim “dəlil vardırmı?” deyə soruşmağı heç düşünməmişdir.
Hz. Musa yaradılış dəlillərini göstərdikdən sonra hər şeyin təsadüfən yarandığına inanan inkarçı zehniyyətin fikirlərini müdafiə edənlər belə yaradılış həqiqəti qarşısında qarşılaşdıqları fikri məğlubiyyəti görərək dərhal iman gətirmişlər. Bu izahlar bütün kainatın Yaradıcısı Allahın varlığının elmi dəlillərini təmiz ağıl sahiblərinin gördüyünü göstərir.
“De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
Hz. Musanın əsasının ilana çevrilərək digər ilanları yediyi ilə bağlı mövzunun izahı belədir.
Doğrusunu Allah bilir.