Quranda ərəb irqçiliyinin olması iddiası ilə çox tez-tez rastlaşırıq. Xüsusilə avropalı şərqşünasların dedikləri bu əsassız iddianı araşdıraq ….
Əvvəlcə bu iddianın etimologiyasını bilmək üçün ‘irqçilik’ nə deməkdir , ona baxmalıyıq. İrqçilik anlayışının tərcüməsi:
* İnsanların ictimai, bioloji, irqi xüsusiyyətlərinin bərabərsizliyi:rasizm
İşlək türk lüğəti
* İnsanın aid olduğu xalq və ya irqin üstünlüyünə inanaraq başqa cəmiyyətlərin aşağı və xor baxılmasına söykənən davranış. .. Cəmiyyəti özününkülər və digərləri deyə iki hissəyə ayıraraq öz qrupunun ali və dominantlığı, digərlərinin isə aşağı və vətəndaşlıq mövqeyini mənimsəməsi.
Psixoloji terminologiya lüğəti 1974
Lüğətlərdən də aydın olur ki, bir irqin xüsusiyyətləri digər irq nəzərə alınmadan aliləşdirilir. … Belə qeyri sağlam bir fikrin Allah’ın kitabında olduğu iddiasını ortaya atanlara dəlillər soruşulduqda isə cavab gəlmir. Halbuki Quranda ərəblərin və ya başqa bir irqin ucaldılması və ya alçaldılmasına dair heç bir dəlil tapılmayıb, əksinə üstünlüyün ancaq Allah’a yaxınlıq dərəcəsi (təqva) olduğu çox dəqiq izah edilmişdir …
(Hucurat surəsi / 13) …
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
Bundan əvvəlki ayədə, “Ey iman gətirənlər” buyurulur.Ancaq bu ayədə “Ey insanlar” şəklində xitab edilir. Xitab yalnız inananlara deyil, bütün insanlaradır. Bütün insanlar, eyni ana-atadan, yəni həzrəti Adəm ilə həzrəti-i Həvvadan meydana gəliblər. Bu baxımdan bir irqin digərinə üstünlük göstərməyə haqqı yoxdur.
Yeri gəlmişkən səhv olan başqa bir mövzuya da toxunaq, bu mövzunu Quran möcüzəsi olaraq da düşünə bilərik ……. Qurana baxsaq görərəik ki, ərəb qövmünün adı hardasa 9 yerdə qövm ,millət olaraq keçir.
… Şərqşünasların və digər inancsız insanların iddiasına görə Quranı peyğəmbər yazsaydı, öz qövmünü tərifləyən və ucaldan sözlərlə onların könlünü alar və inanmalarını təmin edərdi. Halbuki Quranda ərəb sözünün keçdiyi ayələrə baxdığımızda Allah, kitabında ərəb qövmünə bir çox ayədə çox sərt ifadələrlə xəbərdarlıqlar edir…. Bu ayələr belədir:
QURANDA TƏXMİNƏN 9 YERDƏ ƏRƏB SÖZÜ VAR.
(Tövbə surəsi / 90)
Ərəblər üzrlü olduqlarını iddia edənlər evdə qalmaq üçün onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə evdə oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.
(Tövbə surəsi / 97)
Ərəblər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir.
(Tövbə surəsi / 98)
Ərəblərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir.
(Tövbə surəsi / 99)
Ərəblərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah yanında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
(Tövbə surəsi / 101)
Çevrənizdəki Ərəblərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.
(Tövbə surəsi / 120)
Mədinə əhalisinə və onların ətrafındakı ərəblərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
(Əhzab surəsi / 20)
Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar ərəblər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.
(Fəth surəsi / 11)
Geri qalan ərəblər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.
(Fəth surəsi / 16)
Geri qalan ərəblərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.
Burada diqət çəkən nöqtə, klassik mealda ‘ərəb’ sözü keçməsinə baxmayaraq bu söz ‘bədəvi’ şəklində yumuşadılmağa çalışılıb.Bu da Qurandan kənar qaynaqların dini anlamada verdiyi zərərlərdən yalnız biridir …….
Qısaca heç kim Allah’ın kəlamı olan Quranda əsla irqçiliyə aid bir ayə belə tapa bilməz. İrqçilik kimi bir düşüncə Quranda yoxdur. Quran şəfa təqdim edən sevgi və sülh Kitabıdır …… Qurandan kənar qaynaqlarda, xüsusilə yalan hədis, dastan və tarixi şəkillərdə bəzi şeylərin olması Qurana ziddir. İnsanlar arasındakı üstünlük mənsub olduğu irqə görə deyil Allah’a yaxınlıq dərəcəsi təqvaya görədir ……
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! (Rum surəsi / 22)