İddia: Qurana qarşı olan səmimiyyətsiz insanların iddiasına görə “Nisa” surəsinin 23-cü ayəsində bir kişinin kimlərlə evlənə bilmədiyi tək-tək bildirilmişdir. O qədər ətraflı izah edilib ki, bir kişinin onsuz da evlənməyəcəyi anası və bacısı da siyahıya daxil edilmişdir. Lakin bunların içində nəvələrin və nənələrin qeyd edilməməsi təəccüblüdür.Bu da Quranın ya əksik, ya da əxlaqa zidd olan sərbəstlik verdiyinin dəlilidir. (Haşa)
Cavab:Bu, Allahın dünya və axirətimiz üçün göndərdiyi Quranda səhv tapmağa çalışan insanların, xüsusilə də, ərəb dilini bilməyən gənclər arasında fikir ayrılığı yaratmaq məqsədilə ortaya atdıqları mənasız iddialardan biridir.
Əslində bu iddia o qədər məntiqsiz və pis niyyətlidir ki, cavab verməyə də dəyməz. Lakin bu cür yalanlarla insanların aldadılmasının qarşısını almaq üçün cavab verəcəyik.
Əvvəlcə mövzuya aid olan ayəni yazaq: Sizə analarımız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları,-yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir,-öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi.Olub-keçənlər isə artıq keçmişdir.Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. ( ” Nisa “surəsi/ 23 )
Gördüyünüz kimi irəli sürülən iddia yalnız təhrifdir. Bu fikri səsləndirənlər fə çox yaxşı bilirlər ki, Quranda “analarınız və qızlarınız ” ifadəsi insanın həm öz anası və qızı, həm də onların anaları və qızları, yəni, bütün üst nəsli bildirir.
” Nisa ” surəsinin 22-ci ayəsində də :
“…atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! ” – deyə bildirilmişdir.
Bu, kişinin öz atasının evləndiyi qadınlar kimi, babasının da evləndiyi qadınları ifadə edir. Buna görə də babasının evləndiyi nənəsi də onun üçün evlənilməsi haram olan qadınlar siyahısındadır.
Aydındır ki, bu cür iddialarla ərəb dilinin xüsusiyyətlərini bilməyənlərin fikirlərini qarışdırmağa çalışanlar səmimi deyillər və bunu Qurana düşmən olduqlarına görə edirlər.