Qurana əsasən qadınlar kişilərin tarlasıdırmı?

Qurana əsasən qadınlar kişilərin tarlasıdırmıAllahın kəlamı olan Quranda həyatla və insanın vicdanı ilə ziddiyyət təşkil edən heç bir izah və bənzətmə yoxdur. Çünki Quran bütün kainatı və bizi yaradan Allahın göndərdiyi mesajdır. İçindəki ayələrlə zidd olmadığı kimi, başqa bir ziddiyyət də təşkil etməz. Bəzi ateist platformalarda Bəqərə surəsinin 223-cü ayəsi ilə bağlı, ayədə qadınların təhqir edildiyi, sosial həyatda ikinci və passiv bir mövqedə göstərildiyi kimi mülahizələrə yer verildiyi görünür. Bu mövzuya da cavab verilməli olduğunu düşünərək bu məqalə qələmə alınmışdır.
Bu mövzuya bildirilən fikirlərin altında, təbii ki, Qurandan kənar mənbələrin təsiri ilə formalaşmış “qadın” modeli də vardır. Ayədə tarla olaraq tərcümə olunan حرث sözünün klassik lüğətlərdəki (Müfredat və Lisan-ül ərəb dili kimi) əsas mənası mədəniyyətdir. Yəni klassik olaraq ayənin tərcüməsi bu şəkildə olduğu halda:

Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ. (Bəqərə surəsi / 223)
Ayədəki Hars sözünün əsas mənası olan mədəniyyət istifadə edildikdə isə məna belə olur:

Qadınlar cəmiyyətin mədəniyyəti və yaşıllıq yeridir. O zaman qadınlarınıza “özünüzü görəcəyinizi bilərək” yaxınlaşın. Özünüz üçün gələcəyə hazırlaşın. (Bəqərə surəsi / 223)

“Qadınlar sizin tarlanızdır” məalında tərcümə edilən Bəqərə surəsi 223-cü ayədə keçən “siz” ifadəsi kişilərə işarə etməz. “Siz” bütün cəmiyyət deməkdir. Kişi mərkəzli mənalandırmalarda bu şəkildə düşünülmədiyinə görə bu ayə cinsəllik olaraq izah edilməyə çalışılmış və mühüm bir xətaya yol verilmişdir. Halbuki hər bir cəmiyyətdə o cəmiyyətin ümumi, inkişaf və mədəni səviyyəsini ən sadə şəkildə müşahidə etməyin yolu o cəmiyyətdə qadınların necə yaşadığına baxmaqdır. Aşağıdakı çox sevdiyim bir cümlə bunu çox gözəl şəkildə izah edir.

Götürülmüş: Bir məmləkətdəki azadlıq qadınların vəziyyətindən məlum olur. Qadınlar azad deyilmi? Bitti. Ağzı ilə quş tutsun o rejim. Bitmişdir artıq. Amma qadınlar azaddırsa tamamdır. Dekolte xanımlar da olacaq, başı açıq xanımlar da, çarşablı da, peçeli də, hamısı olacaq. Bikini ilə gəzən də olsun, peçe ilə gəzən də olsun. Hamısına hörmət göstərilsin.
Quranda gözəl bir bitkiyə bənzədilən qadınlar, həqiqətən sosial həyatda da o cəmiyyətin mədəniyyətinə maddi olaraq fayda verirlər, həm də ayədə “hars” sözünün digər bir mənası olan tarla kimi gələcək nəsillərin yetişməsi üçün çox böyük vəzifələr yerinə yetirirlər. Cəmiyyətdən kənarlaşdırılmış, iş və sosial həyatda yeri olmayan qadının bu vəzifəni lazımi qədər yerinə yetirə bilməyəcəyi açıq-aşkardır. Eyni zamanda lazımi təhsil və mədəniyyət payını ala bilməyən qadının öz uşaqları üçün ilk və ən vacib mədəniyyət və əxlaq müəlliməsi vəzifəsini görə bilməyəcəyi də aydındır. Qısası qadın gələcək nəsilləri yetişdirən bir tarla və cəmiyyətin mədəniyyətidir.

Eyni zamanda tarla ifadə olaraq ərəb dilində nəyi bildirir? Onu da düşünmək lazımdır. Bir çox bölgəsi ucsuz-bucaqsız səhra olan bir çoğrafiyada yaşayan insanlar üçün tarla kəlməsi xəyallarda belə canlandırılması çətin, çox dəyərli mənasını ifadə edir.

Bir çox dildə sözlərin cinsiyyəti vardır. Məsələn, qadın və kişi cinsində olan sözlər. Sözlərin qadın və ya kişi cinsində olması ibarət olduğu səsli və səssiz hərflərlə və ya əlavələrlə əlaqədardır. Ayədə də tərcümə olunan kəlmə, yəni “tarla” sərt bir kəlmə olaraq tərcümə olunduğu üçün qadınlar haqqında istifadə edilməsi qulağa xoş gəlmir.
Qadınlar əkindir; tarladır, mədəniyyətdir

Ayədəki “qadınlar sizin üçün bir əkindir, mədəniyyətdir” əmri üzərində dayanmalı olduğumuz bir ifadədir. حرث – hars kəlməsi həm “tarla, əkin”, həm də “mədəniyyət” mənasını verir. Bilindiyi kimi mədəniyyət “Tarixi, cəmiyyətin inkişaf müddəti ərzində yaradılan bütün maddi və mənəvi dəyərlərlə bunları yaratmada, gələcək nəsillərə ötürülməsində istifadə edilən, insanın təbii və ətrafındakı cəmiyyətə suverenliyinin ölçüsünü göstərən vasitələr bütünüdür” deməkdir. Buna “bioloji və sosioloji mədəniyyət” də deyə bilərik. Necə ki, qadın bioloji bir tarla kimidir. Eynilə bir orqanizmin biokimya laboratoriyasında müxtəlif mərhələlərdən keçirilərək məqsədə uyğun hala gətirilməsi kimi, qadında da yumurta və sperma əvvəlcə embrion, sonra ət parçası, sonra sümüklər və onlara ət geydirilir, sonra da körpə yaranır. Uşağın dünyaya gəlməsindən sonra da qadınlar sosioloji mədəniyyət, tarla olma funksiyası başlayar, uşaqlarına cəmiyyətin mənəvi dəyərlərini (dini inanc və qanunlarını, davranış və düşüncə formalarını, elm və sənət varlıqlarını) yavaş-yavaş öyrədir və gələcək nəsillərə ötürür. Qısacası qadın maddi baxımdan ana olduğu kimi, sosioloji baxımından da anadır.