Qurana əsasən Cəhənnəmliklər zəqqum, darı tikanı, yoxsa irinmi yeyəcəklər?

Qurana əsasən Cəhənnəmliklər zəqqum, darı tikanı, yoxsa irinmi yeyəcəklərQurana əsasən Cəhənnəmliklər zəqqum, darı tikanı, yoxsa irinmi yeyəcəklər?

Onlara darı tikanından başqa bir yemək verilməyəcəkdir. (Ğaşiyə surəsi 6)

Qanlı irindən başqa yeməyi də yoxdur. (Haqqə surəsi / 36)

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. (Duxan surəsi / 43-44)

Üç müxtəlif ayədə üç müxtəlif yeməkdən bəhs edilir. Bu ayələrdə ziddiyət yoxdurmu?

Ateistlerin iddiası:

Cəhənnəmdəkilər zəqqummu, darı tikanımı (bu ikisi tamamilə fərqli bitkilərdir), yoxsa irinmi yeyəcəklər? Quranda eyni yerə gedən insanlar üçün üç müxtəlif yeməkdən başqa heç bir yemək olmadığından bəhs edildiyinə görə, bu vəziyyət ayələr arasındakı ziddiyəti göstərir.

Cavab:

Yenə də Quranda çarəsiz bir şəkildə ziddiyyət axtaran insanların bir yalanı… Bu cür iddialar əksik bilgidən yaranmırsa, bu səmimiyyətsiz bir ağlın təzahürüdür. Bu ayələrdə qətiyyən ziddiyyət yoxdur. Bir şeyin ziddiyyət təşkil etməsi üçün şərtlər tamamilə eyni olmalıdır. Bəs bu üç müxtəlif yeməyin eyni insanlar üçün olduğu deyilirmi?

Allah Hicr surəsinin 44-cü ayəsində belə buyurur: “Cəhənnəmin yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.”

Hər cəhənnəmlik olan Cəhənnəmin eyni yerinə getməz. Hər kəs işlədiyi günaha görə Cəhənnəmin müəyyən təbəqəsinə gedər. Məsələn, münafiqlər Cəhənnəmin ən alt təbəqəsinə gedərlər.

“Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar…” (Nisa surəsi / 145)

Təbəqələri bir-birindən ayıran nədir? Cəzalardır. Fərqli cəza fərqli bir “yemək” deməkdir. Cəhənnəmin bütün təbəqələrinin cəzaları eyni olmadığı halda, bu ayələrdə ziddiyyət olduğu necə iddia edilə bilər?

Hər Cəhənnəmə gedənə eyni cəza tətbiq edilərdisə, əlbəttə yanlış bir nəticə əldə edilərdi. Bu vəziyyət Quran ayələrində açıq-aşkar olduğu halda, bu cür ziddiyyət iddialarını səsləndirmək, əsasən səmimi olmayan, çarəsiz bir şəkildə böhtan atmaq cəhdləridir… Çünki Quranın Allah kəlamı olduğu açıq-aşkardır.