” Quran və digər səmavi kitablar nə üçün həmişə Yaxın Şərq coğrafiyasına göndərilmişdir? ” iddiasına cavab

Quran və digər səmavi kitablar nə üçün həmişə Yaxın Şərq coğrafiyasına göndərilmişdir iddiasına cavab.Yaxın Şərq coğrafiyasında hazırki insanların inanclarının əsası olan dinlərin göndərdiyi, lakin dünyanın digər bölgələrində bu təbliğin aparılmadığı iddiası, bəlkə də edilən ən böyük səhvlərdən biridir.Allah Quranda bütün ümmətlərə ” tövhid dini “ni təbliğ edən elçilər göndərdiyini bildirir:

Biz hər ümmətə: ” Allaha ibadət edin, tağutdan uzaq olun ” – deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisini də azmaq nəsib etmişdir.Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu ! ( ” Nəhl ” surəsi / 36 )

Bu, onu göstərir ki, yalnız Yaxın Şərqə deyil, digər bölgələrə də elçilər göndərilmiş və din təbliğ edilmişdir.Lakin əsasən mədəniyyətin başladığı, inkişaf etdiyi və dünya əhalisinin ən çox yaşadığı bu bölgəyə daha tez-tez elçi göndərilməsi sosioloji məsələdir.Bu, digər yerlərə heç təbliğ edilmədiyi mənasını vermir.Quranda adları keçən, təxminən 25 peyğəmbər, həqiqətən də, bu bölgədə və ətrafında təbliğ aparmışdılar.Lakin Quranda adı çəkilməyən peyğəmbərlərin olduğunu da Allah bizə bildirmişdir:

Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik….( ” Nisa “surəsi / 164 )

Demək ki, Quranda adı çəkilməyən bir çox elçi Allah tərəfindən vəzifələndirilmişdir.Bu elçilərin yaşadıqları yerlər və qövmlər məlum deyil. Onlar Yaxın Şərqdən kənarda da yaşaya bilərlər.Quranda verilməyən bu məlumatları yalnız arxeoloji tədqiqatlar apararaq əldə edə bilərik.

Bir çox tədqiqatçılar hal-hazırda digər coğrafi bölgələrdəki inanc və düşüncə formalarının kökündə ” tövhid dini ” olduğunu söyləyirlər.Xüsusilə də Buddizmin əvvəlcə tövhid dini olduğu, Buddanın ölümündən sonra isə degenerasiya keçirərək ” haqq din ” xüsusiyyətini itirdiyi bildirilir.Bu fikirlərə isə Allahın kəlamlarından bu ayəni nümunə göstərə bilərik:
And olsun əncirə və zeytuna!
And olsun Sinay dağına!
And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə ) ! ( “Tin ” surəsi / 1-2-3 )

Bu ayədə zeytun Hz. İsaya, Sinay dağı Hz.Musaya, təhlükəsiz şəhər isə Hz . Məhəmmədə işarə edir. Əncir isə buddist mənbələrində, ” əncir ağacı altında” doğruya vaqif olduğu bildirilən Buddaya işarədir.Eyni zamanda önə sürdükləri fikirlər və yaşadıqları cəmiyyətlərdə etdikləri dəyişiklikləri nəzərə alaraq Sokratesi və Aztek kralı Kukulkanın Allahın tövhid dinini təbliğ edən rəsullar olduğu ilə bağlı fikirlər də vardır. ( Ən doğrusunu Allah bilir.)

Lakin bu cür olmasa belə, Allah Quranın bir çox ayəsində təbliğ olunmayan insanlara əzab verilməyəcəyi bildirilir.

Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi.Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. ( ” Qəsas ” surəsi / 59 )

Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik. ( ” İsra ” surəsi / 15 )