İslam dünyasında, xüsusilə yaxın sünni coğrafiyada Quranın günümüzə qədər necə gəldiyiylə əlaqədar məşhur qənaət belədir. Uca Allah’dan aldığı vəhyini Hz.Muhamməd güvəndiyi səhabələrə əzbərlətmiş, sümük, dəri və perqament parçalarında dağınıq halda yazılı olaraq mühafizə etdirmişdir.
Elçinin vəfatından sonra əvvəl Əbubəkr tərəfindən müxtəlif səhabələrin evlərində parçalar halında olan bu materiallar yığılaraq kitab şəklinə gətirilmiş sonra isə Ömər tərəfindən çoxaldılaraq yeni müsəlman olmuş ərazilərdə yaşayan insanlara nüsxələr halında çatdırılmışdır…
Bu proses ətrafında da yüzlərlə rəvayət və ziddiyyətli hadisələrin izahının ən kritik nöqtəsi, Quranın Allah’ın rəsulu Hz.Muhammədin vəfatından əvvəl kitab halına gətirilmədiyi iddiasıdır.
Bəs dinin yeganə səhih qaynağı Quranda bu necə izah edilir. Quran həqiqətən hz.Peygamberin vəfatından sonra kitab şəklinə gətirilib?
Peyğəmbərimiz Allah’ın köməyi və himayəsi sayəsində, Quranın bəşəriyyətə ötürməsində əskiklik və ya səhv etməyi mümkünsüzdür. Çünkü bu hal Quranda bildirildiyi kimi, Allah’ın üzərinə götürdüyü böyük işdir.
(Cəbrail sənə Quranı nazil etdikdə )onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir. (Qiyamət surəsi 16 -19)
Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi.(Həqqə surəsi 44-46)
Biz sənə (Quranı) (elə) oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. (Əla surəsi / 6)
Rəvayətlər bu andan sonra dövrəyə girir. Quranın bir çox ayəsində Allah’dan aldığı vəhyi şəxsən Hz.Muhammədin kitab halına gətirdiyinə dair məlumatlar var. Bu məsələ ilə əlaqədar ayələrdən biri belədir.
Müzəmmil Surəsi, 4.ayet:
Ev zid “aleyhi və rettil-il-kurane tertiylen
Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
Rettil: Nizamlamaq, tənzimləmək, yoluna qoymaq, hazırlamaq, düzəltmək, həll etmək, planlaşdırmaq, qərarlaşdırmaq, sıralamaq, sıraya qoymaq, musiqi tərtib etmək
Re-te-lə birlikdə himn oxuyan ordu üçün istifadə edilir. Ordu rütbə sırasına görə tənzimlənir. Bu kəlmə gözəl düzülmüş dişlər üçün də istifadə edilir.
Tertiylən: Düzgün tənzimləmə, düzgün nəzarət, düzgün düzülüş, yaxşı quruluş, tərtib, zaman, sıralama, hazırlıq, aranjeman, müqavilə, plan
Ayədən göründüyü kimi hz.Peygamber sağkən və şəxsən onun nəzarəti ilə ayə və surələrin tənzimlənib. Rəvayətlərə güvənib Quranın peyğəmbərin vəfatından sonra kitab şəkilinə gətirildiyini söyləmək səhvdir.
Hz.Muhammədin bu tənzimləməni yerinə yetirməyərək səhabələrinin bu işi başa vurduğunu söyləmək böyük yanlışlıqdır…….
Bu barədə keçmişə istinad edilən bəhanələrin də əhəmiyyəti yoxdur. Elçi üçün vəhyi (Quranı) kitab şəklinə gətirib, təbliğ etmək ən önəmli işlərdən biridir. Bunu edərkən dövrün imkanlarının bəhanə edilməsi doğru deyil. Başlanğıcda ola bilər, lakin daha sonra müsəlmanlar maddi rifah əldə ediblər və Misirdən papirus, Çindən kağız satış üçün gətiriblər. Beynəlxalq ticarətlə məşğul olan insanların bu materiallardan istifadə etməyərək, ayələri sümük və ya budaq parçalara yazdığını söyləmək ancaq rəvayət ola bilər. Məkkədə Kəbə divarlarına ərəb şairlərinin şeirləri yazılmış kağızları nümayiş etdirdikləri eyni mənbələrdə bildirilir…
Tur surəsi 2-ci ayə:
And olsun yazılmış Kitaba
nazik dəri üzərində (olan Kitaba)!
Bu ayədən də Quranın kitaplaştırılmış olduğu aydındır
Nun. And olsun qələmə və qələmə alınanlara! (Qələm Surəsi 1)
And olsun dağa! And olsun yazılmış Kitaba, nazik dəri üzərində (olan Kitaba)! (Tur surəsi 1-3)
Nə üçün hədislərdə sümük parçalarından bəhs edən ayələr yoxdur?
Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. yüksək və pak (səhifələrdədir). (Əbəsə surəsi 11,14)
Həmçinin Allah vəhyi bitirmədən hz.Muhammədi vəfat etdirməyəcəyi açıqdır, elçinin vəhyi davam etdiyi vaxt Quranı kitab şəklinə gətirməməsi də düşünülə bilməz….
…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.… (Maidə surəsi / 3)
Qısaca desək Quranda yüzlərlə ayələrdə bildirildiyi kimi “KİTAB” olaraq yanaşsaq çox aydın görürük ki, Allah’ın kəlamı Quran Hz.Muhammədin vəfatından əvvəl şəxsən peyğəmbər tərəfindən kitaplaştırılmış və son nöqtəsi qoyulmuş ilahi mesajdır. Quran bunun ən böyük şahididir. Rəvayətlərə inanmaq məcburiyyətində deyilik. Biz ən doğru məlumata şəxsən Allah’ın kəlamından çatmaqla cavabdehik…
Əlavə arxeoloji məlumat:
Bəzi şərqşünas və tarixçilərin müdafiə etdiyi, elçinin ölümündən yüz il sonra Quranın kitap şəklinə salınması elmi mənada da böyük yara aldı. Bu vaxta qədər olan ən qədim Quran, hz.Peygamberin ölümündən 20-40 il sonraya [649-675] aid və Almaniyada Tuebingen şəhərinin Universitet kitabxanasında saxlanılır. 649-675-ci illər arasında həzrəti Əliyə aid olduğu ehtimal edilir. Hz.Muhammədin vəfatından 20 il sonra bir nüsxə tapılıb. Bu əlyazmada İsra, Yasin, Saffat və Hədid surələri var. Bu dəqiq məlumat, Quranın peyğəmbər zamanında kitaplaştırıldığı iddiasına daha yaxın bir tapıntıdı.
Yükləmək istəyən dostlar üçün: http://idb.ub.uni-tuebingen.de/diglit/MaVI165/0001
Əlavə arxeoloji Məlumat 2
Peyğəmbər dövrünə aid Quran tapıldı
Almaniyanın paytaxtı Berlindəki Dövlət Kitabxanasında, Peyğəmbərimiz dövründə yazıldığı güman edilən Quran səhifələri var. Yeddi yarpaq perqamentdə yazılmış Quran nüsxələrinin 606 ilə 652 illəri arasında illərdən qaldığı ehtimal edilir. Quranın ilk yazılı nüsxəsi Berlində olub. Berlin Dövlət Kitabxanasında saxlanan və uzun müddətdən bəri Peyğəmbərimiz yaşadığı dövürdə yazıldığı təxmin edilən nüsxələrin o dövrə aid olduğu elmi olaraq sübut edildi. Sürixdə bir laboratoriyada araşdırılan, yeddi yarpaq perqament üzərində yazılmış Quran nüsxələrinin 606 ilə 652 illəri arasında illərdən qaldığı müəyyənləşdirilib. “Maerkische Allgemeine Zeitung adlı qəzetin xəbərinə görə, Dövlət Kitabxanası mətbuat katibi Jeanette Lamble, nüsxələrin “Corpus Coranicusm adlı geniş miqyaslı və uzun müddətli bir araşdırma layihəsi çərçivəsində, Sürixdəki bir laboratoriyada təhlil olunduğunu bildirdi. Bu layihə, bütün Avropada olan Quran nüsxələrini elmi olaraq araşdırır. Berlində bu Quran nüsxələrinin təxminən yüz ildən bəri Dövlət Kitabxanasında olduğu bildirilir. Misirin paytaxtı Qahirədə yaşayan bir elm adamına miras qalan nüsxələrin, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Almaniyaya gətirildiyi ehtimal edilir.
http://staatsbibliothek-berlin.de/…/article/2015-04-07-9177
http://digital.staatsbibliothek-berlin.de/werkansicht/…