Allah’ın kəlamı olan Quranın ərəb yarımadasına endirildiyi və təkcə ərəbləri maraqlandıran və onların məsuliyyət daşıdığı Kitab olduğuna dair bəzi iddialar mövcuddur…
Belə məntiqsiz iddia irəli sürənlər xüsusilə Şura surəsinin 7-ci ayəsini və Ənam surəsinin 92-ci ayəsini dəlil gətirirlər. Ənənə düşüncəli insanlar tərcümələrində ayələri sadəcə Məkkə və ətraf ərazilərdəkilər üçün endirildiyini qeyd edirlər. Bu isə çox mühüm xətadır.
Bu iki ayənin ərəbcə orijinal versiyasından sözlərin əsl mənasını araşdıranda görürük ki, mətndə qətiyyən olmadığı halda Məkkə sözü meallarda sonradan əlavə edilib və beləliklə əslində bütün dünya üçün nazil edilən Kitab sadəcə bir ərazi ilə məhdudlaşdırılır.
1) Əvvəlcə Şura surəsi 7-ci ayəyə nəzər yetirək:
Ve kezâlike evhaynâ ileyke kur’ânen arabiyyen li tunzire ummel kurâ ve men havlehâ ve tunzire yevmel cem’i lâ reybe fîh(fîhi), ferîkun fîl cenneti ve ferîkun fîs saîr(saîri).
- və kəzalikə: və belə ki,
- əvhayna: biz vəhy etdik
- iləykə: sənə
- kur’ânen: Quran
- arabiyyen: Ərəb
- li tunzire: qorxutmaq üçün
- Ümme əl Quran: şəhərlərin anası olmamamlı…..
Ummul Qura = şəhərlərin hamısı
Aşağıdakı nümunələrdə olduğu kimi ,
Ummul nucum = samanyolu (ulduzların hamısı)
Ummul Quran = Quranın hamısı
Ummul şər = dünyadakı bütün pisliklər
Ummul heyr = dünyadakı bütün yaxşılıqlar
- və mən: və kimsə (lər)
- havle-Ha: onun ətrafında
- və tunzire: və qorxudub xəbərdar edirsən
- yəvmə əl cəmi: toplanma günü
- la reybə: şübhə yoxdur
- fi-hi: onun haqqında
- ferîkun: bir qisim, bir qrup
- fi əl cənnəti: cənnətdə
- və ferîkun: və bir qisim, bir qrup
- fi es şair: alovlu atəş içində, cəhənnəmdə
Klassik ənənəçi meallarda ayədə keçən umme el kurâ sözü səhv tərcümə olunaraq Məkkə şəhəri və ətrafı kimi qeyd edilərək ayənin mənası dəyişdirilib. Bu yanlış meallarda əsasən belə deyilir:
- a) Dəyanət Vəqfi: Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır.
Ancaq ayənin doğru versiyası belədir:
Yaşar Nuri Öztürk : Bax belə! Biz sənə ərəbcə bir Quran vəhy etdik ki, ölkə və mədəniyyətlərin anasını və ətrafındakıları xəbərdar edəsən. Toplanma günü barədə xəbərdarlıq edəsən. Heç şübhə yox ki, o gün bir qisim insan cənnətdədir, bir qismi cəhənnəmdə.
2) İndi də Ənam surəsi 92-ci ayəyə baxaq:
Ve hâzâ kitâbun enzelnâhu mubârakun musaddıkullezî beyne yedeyhi ve li tunzire ummel kurâ ve men havlehâ, vellezîne yu’minûne bil âhirati yu’minûne bihî ve hum alâ salâtihim yuhâfizûn(yuhâfizûne).
- və həzzə: və bu
- Kitabın: bir kitab
- ənzəlna-hu: onu nazil etdik
- mubârakun: müqəddəs, mübarək
- musaddıku ellezî: onları təsdiq edən, təsdiq edən
- beynə: arasında
- yedeyye-hi (beynə yedeyye-hi): onun iki əli: (əlləri arasında (önlərində))
- və li tunzire: və qorxutmaq üçün
- Ümme əl Quran: şəhərlərin anası olmamalı…
Ummul Qura = şəhərlərin hamısı
Aşağıdakı nümunələrdə olduğu kimi,
Ummul nucum = samanyolu (ulduzların hamısı)
Ummul Quran = Quranın hamısı
Ummul şər = dünyadakı bütün pisliklər
Ummul heyr = dünyadakı bütün yaxşılıqlar
- və mən havle-Ha: və onun ətrafındakılar
- və Əlləzinə: və onlar
- yumununa: iman edərlər
- bi əl âhırati: axirətə
- yumununa: iman edərlər
- bi-hi: ona
- və hum: və onlar
- alə salatı-him: namazlarını
- yuhâfizûne: mühafizə edərlər
Açıq-aşkar gördüyümüz kimi yenə əvvəlki ayədə də keçən umme el kurâ sözü Məkkə kimi yanlış tərcümə edilir və mealı da belədir:
Diyanət İşləri (köhnə) : “Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.”
Məkkə sözünün ayəyə daxil edilməyən doğru mealı isə belədir:
Yaşar Nuri Öztürk : Bu da bizim, şəhərlərin/mədəniyyətlərin anasını xatırlatmağın üçün endirdiyimiz bir Kitabdır. Müqəddəs-bərəkətli, özündən əvvəlkini doğrulayan. Axirətə inananlar ona da inanırlar və onlar namazlarında qərarlıdırlar.
Allah`ın sözü olan Quranın bütün dövrlər üçün keçərli olan və bütün bəşər üçün göndərilən şəfa olduğu Quranda açıq-aşar bildirildiyi halda bu qədər yanlış şərhlər verərək onu sadəcə ərəb qövmünə aid etmək həqiqətən çox böyük səhvdir.
Sadəcə Ənam surəsinin 19-cu ayəsi belə Quranın bütün insanlara xitab etdiyinə dəlildir. Quran irqə, rəngə, etnik mənşəyinə, dilinə, cinsiyyətinə baxmadan ona gerçəklərin çatdırıldığı və iki dünyada da gerçək rahatlıq və xoşbəxtliyin yaşanmasına vəsilə olan hökmlərin verildiyi Kitabdır.
Ənam surəsi 19-cu ayə:
Yaşar Nuri Öztürk : “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allah`la yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.