Qurana uyğun olmayan yanlış inanclardan biri də qadının kişinin qabırğasından yaradıldığı düşüncəsidir. Mifologiyaya əsaslanan bu yanlış düşüncəni yalan hədis və dastanlarda guya dini həqiqət kimi göstərməyə çalışırlar. Halbuki Quranda hər iki cinsin tək bir nəfsdən yaradıldığı çox açıq şəkildə izah edilir.
Qurandan kənar mənbələrə əsaslanaraq edilən təfsirlər də düzəldilməlidir. Qadın kişinin qabırğasından yaradılmayıb. İkisi də eyni nəfsdən yaradılıb. Ayədə belə deyilir:
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!…” (Nisa surəsi, 1)
- yâ eyyuhâ : ey
- en nâsu : insanlar
- ittekû : təqvalı olun 4. rabbe-kum(u) : Rəbbinizə qarşı
- ellezî : o ki
- halaka-kum : sizi yaratdı
- min : … dan, …dən
- nefsin : bir nəfs
- vâhidetin : bir tək
- ve halaka : yaratdı
- min-hâ : ondan
- zevce-hâ : onun xanımını, zövcəsini
- ve besse : yaydı, törətdi
- min-humâ : onlardan
- ricâlen : kişilər
- kesîran : çoxlu
- ve nisâen : qadınlar
Burada diqqət etməli olduğumuz iki söz var.
Biri – minhâ : ondan
Digəri- minhumâ : onlardan
Qeyd edilən bu sözlərlə (ondan və onlardan) ilk yaradılışdakı NƏFSƏ diqqət çəkilir.
Bəs ilk yaradılışdakı bu nəfs nədir?
Allah Quranda insanı sudan, torpaqdan və palçıqdan yaratdığını bildirir. İlk yaradılışdakı nəfs su və torpaqdakı mineralların birləşmiş halıdır. Bundan NƏFS yaranır.
Məsələn, palçıqdan 90 kiloluq bir insan yaratdığımızı düşünək. Təxminən 70 lt su götürüb sonra da insan bədənindəki minerallardan əlavə edək. Qabdakı su və torpaqdakı mineralların birləşməsindən ibarət məhlul palçığa çevriləcək.
İndi bu nəfsi yaratdıq və Adəmi yaradırıq və (minhâ: ondan) da, yəni eyni nəfsdən də onun zövcəsini yaradırıq. Bəs sonra nə edirik? ( minhumâ : onlardan), yəni eyni nəfsin maddəsindən bir çox kişi və qadın törətdik. Yəni ilk kişi və qadın eyni maddədən yaradıldı. Digər kişi və qadınlar da həmin maddədən yaradıldılar.
min : -dan, -dən
nefsin : bir nəfs
vâhidetin : bir tək
Ayədə keçən Nəfsi Vahidə ilk can, ilk canlı, ilk cövhər mənasındadır. Burada cinsiyyət nəzərdə tutulmur. Ancaq adətən Nəfsi Vahidə birləşməsini “Adəm” kimi tərcümə edirlər. Əgər elə olsaydı, Allah açıq şəkildə Adəmi və ondan da zövcəsini yaratdım deyərdi. Halbuki burada konkret olaraq ad çəkilmir. Beləliklə bu düşüncənin yaranmasının qarşısı alınıb. Adəm necə yaradılıbsa, zövcəsi də eyni şəkildə, eyni maddədən yaradılıb.