Peyğəmbərlik hz.İbrahimin nəslindənmi gəlir ?

Peyğəmbərlik hz.İbrahimin nəslindənmi gəlirAyələrdə bir-biri ilə qohumluq əlaqələri olan peyğəmbərlər haqqında məlumat verilir. Məsələn, bu mövzu ilə bağlı bir ayə belədir:

Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır! (Ənkəbut surəsi, 27)

Başqa ayədə isə hər bir qövmə elçi göndərildiyi bildirilmişdir:
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu! (Nəhl surəsi, 36)

Yuxarıdakı ifadələri diqqətə alaraq peyğəmbərlərin hamısının eyni ailədən gəldiyi düşünülərsə hər qövmə bir elçi göndərilməsi necə mümkündür, iddiası ziddiyət olaraq ortaya atılmışdı. Əslində isə Ənkəbut surəsinin 27-ci ayəsində bildirilən, İbrahim peyğəmbərin nəslinə peyğəmbərlik verilməsidir. Ancaq “bütün peyğəmbərlər İbrahiminin nəslindən gəlir” deyə bir iddia yoxdur. İbrahimin nəslindən başqa da peyğəmbərlər göndərilmişdir. Nəhl surəsinin 36-cı ayəsində bu barədə xəbər verilir. Allah hər qövmə öz əmrlərini çatdıracaq bir elçi göndərmişdir. Qısaca bu iki ayədə keçən ifadələr arasında heç bir ziddiyət yoxdur.