Oryantalistlərin səmimi olmayan iddialarına düzgün cavablar – 1
Bu yazı Allahın kəlamı olan Quran üzərində fikir müxtəlifliyi yaratmaq üçün hazırlanmış bəzi paylaşım və şərhlərə qarşı qələmə alındı.
Son vaxtlar, xüsusən də, bəzi oryantalistlər Quranın 7-ci əsrdə deyil, daha gec, 10-cu və 11-ci əsrlərdə bəzi xristian dua kitabçalarından istifadə edilərək hazırlandığı kimi bir qisim xəyali iddiaları müdafiə etməyə başladılar. Hətta daha da irəli gedərək, insanlığa nümunə olaraq göndərilən hz. Məhəmmədin (səv) heç yaşamadığı kimi absurd bir iddianı belə çarəsizcə müdafiə etməyə başladılar…
Bəs həqiqətən də Quranın ilk nüsxələri elmi olaraq hansı tarixə aiddir və bununla bağlı elmi tədqiqatlar hansılardır? Hz. Məhəmmədin (səv) adı ilk olaraq hansı mənbədə elmi olaraq keçir? Bunların cavablarını, suallar və iddialar nə qədər gülünc və xoş niyyətli olmasa da, cavablandıraq.
Almaniyanın Tuebingen Universiteti tərəfindən təsnif və elmi tədqiqatlar aparılmış, içində 4 surə (İsra, Saffat, Hadid və Yasin) və 160 səhifə halındakı Quranın hz. Peyğəmbərin (səv) məlum olan vəfat tarixindən yanlızca 20 il sonra, yəni 649-675-ci illər arasında yaşının müəyyən edildiyi sübut edilmişdir. İsveçrədə müstəqil bir institutda bu səhifələrin həmin tarixə aid olduqlarının aydınlaşması ilə Quranın mövcud formasının 10-cu əsrin sonunda ortaya çıxdığını söyləyən oryantalist bəzi tədqiqatçılar bu müqəddəs kitabın tam olmadığı və onsuz da mövcud surətlər arasında hz. Məhəmməd (səv) adının keçmədiyini müdafiə edərək bu iddiama qarşı çıxdılar.
Daha sonra Almaniya Dövlət Kitabxanasında və hətta hz. Məhəmmədin (səv) yaşadığı dövrə aid Quran hissələrinin tapılmasını da gözdən qaçırıb, bu gülünc iddialarına davam etmək üzsüzlüyünü də göstərdilər…
İndi də Alahın kəlamı olan Quranın 10-cu əsrin sonlarında yığıldığı və insanlığa nümunə olan elçi hz. Məhəmmədin (səv) heç vaxt yaşamadığı kimi gülünc iddiaların artıq qiyamətə qədər sona çatacağı bir elmi məlumatdan bəhs etmək istəyirəm.
Sana Musxafı
Yəmənin Sana şəhərində, eyni adlı Sana məscidinin tarixi anbarında 1972-ci ildə tapılan bu Quran, bu cür iddiaları artıq tarixdə qoyacaq qədər qətiyyətlə bunu sübut etdi.
1) Allahın kəlamı olan Quran oryantalistlərin müşriklərin dediyi kimi 10-cu əsrin sonunda yazılmış haşa yığılma bir kitab deyil. Çünki Sana musxafını araşdıran Qred R. Puin National Geographic kanalındakı müsahibəsinin 2-ci dəqiqəsində qəbul etməyə məcbur olduğu kimi bu musxaf 705-715-ci illərə aiddir. Halbuki Karl-Heynz Oliq və Hans Kasper Qraf von Bromerlə birlikdə yazdıqları “Quran Tədqiqatlarının yeni yolları” kitabında isə C14 karbon testi ilə əldə edilən nəticənin musxafın 657-690-cı illərə işarə etdiyini qəbul etməyə məcbur olmuşdular.
2) Əvvəllər tapılan Quran hissələrində adının çəkilməməsinə görə hz. Məhəmmədin (səv) heç vaxt yaşamadığı, haşa xəyali bir insan olduğu kimi iddialara da artıq davam etmək imkanı qalmamışdır. Allaha şükürlər olsun ki, Sana musxafında hz. Məhəmmədin (səv) adının olduğu bütün surələr vardır. Onsuz da Sana musxafı bütün Quranın 86%-ini əhatə edir.
Bilindiyi kimi Quranın 4 yerində hz. Məhəmmədin (səv) şanlı adı çəkilir. Bu surələr və əlaqəli ayələr belədi. Ali İmran surəsi 144-cü ayə, Əhzab surəsi 40-cı ayə, Fəth surəsi 29-cu ayə və Məhəmməd surəsi 2-ci ayə…
Sana musxafı üzərində tədqiqat aparan və yeganə müsəlman olan cənab prof. Tayyar Altıkulaç bəyin İKÖ-yə aid İRCİCA yayımlarında çıxan və Sana musxafının səhifələrlə şəkillərinin də olduğu çox dəyərli çalışmasında göründüyü kimi hz. Məhəmmədin (səv) adının yazıldığı surə və ayələr originalında çox açıq şəkildə görünür. Kufi yazı ilə və o dövr hərəkəsiz olmasına baxmayaraq mən və mənə yardım edən yoldaşlarım bu məqamı çox aydın bir şəkildə müşahidə etdik və şəkillər üzərində həm original ayə içindəki Məhəmməd yazısını, həm də hal-hazırki kompyuter yazı tərtibi ərəbcə yazı üzərində bu vəziyyəti çərçivə içinə alaraq müəyyən etdik… Yazının sonunda bu müəyyən edilmiş vəziyyəti ilə çəkilmiş şəkillərin sürətini çıxartdıq. İstəyən yoldaşlar kompyuterinə yükləyə bilərlər…
Bu iki vəziyyətin elmi sübutu, artıq kim iddia edirsə etsin, Quranın 10-cu əsrin sonlarında (haşa) yığıldığı və hz. Məhəmmədin (səv) heç vaxt yaşamadığı cəfəngiyatını tarixə gömür.
Heç kim Quranın Allahın kəlamı olduğu həqiqətinə, yüzlərlə və minlərlə möcüzəsinə baxmayaraq (bu mövzuya da daha sonra davam ediləcək), inanmağa məcbur deyil. Hətta bütün elmi dəlillərinə də baxmayaraq yaradılış həqiqətinə də şübhə və ya inkarla baxa bilər. Bu hər kəsin təbii haqqıdır. Bu dünyada inanmayanlar və ya dindən dönənlər üçün Quran dünyəvi bir cəza da bildirməz. Amma… Elmə və ağla zidd olan yalan şeylər söyləmək hər dövr və coğrafiyada ayıbdır və sahibini sonda çox xəcalətli edər…
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi / 54)