NUH TUFANI REGİONAL FƏLAKƏT İDİ?

NUHUN TUFANI MƏHƏLLİ FƏLAKƏT IDIMI“Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.” ( Ənkəbut surəsi 14).

Nuh peyğəmbərin qövmünün başına gələn tufanın hekayəsi praktiki olaraq bütün dünya millətlərinin mədəni irslərində əsas yer tutur.

Bu süjet Qurani-kərim ayələrində də xüsusi qeyd edilir. Bir çox ayədə Nuh peyğəmbərin öyüdlərinə və xəbərdarlıqlarına baxmayan qövmündən, qövmünün peyğəmbərin gəlişinə reaksiyasından, həmçinin sonralar bu xalqın başına gəlmiş hadisələrin gedişatından ətraflı bəhs edilir.

 

Uca Allah yeganə yaradana inanmayan, özünə yeni tanrılar seçən xalqı qorumaq, səhvlərini dərk edib tək Allah’a səcdə etməsi üçün Nuh peyğəmbəri göndərdi. Nuhun onları gözləyən cəza haqda dəfələrlə xəbərdarlıq etməsinə və həqiqi dinin ardınca getmək çağırışlarına baxmayaraq insanlar öz günahlarında israrlı idilər. Bu haqda Qurani-kərimdə belə şərh edilir:

 

“Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allah‘a ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?” Qövmünün kafir başçıları dedilər: “Bu, sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!”. Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” (Muminun surəsi, 23-26).

 

Bu ayədə adı çəkilən qövüm Nuhu tamahkarlıqda, cəmiyyətdə tanınmaqda və zənginləşməkdə günahlandırıb onu “ağılsız” damğasıyla ləkələyərək xalqın arasından qovmağa çalışmışdır. Bundan sonra Allah belə buyurmuşdur: “Biz Nuha belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir”… (“Muminun” surəsi, 27). Allah Nuh peyğəmbərə bildirdi ki, onun xalqının bədəməl, cinayətkar və zülmkarları su altında qalaraq cəzalandırılacaq, ona inananlar isə xilas olacaqlar.

 

Son xəbərdarlıqdan və xalq tövbə etməkdən imtina edəndən sonra tezliklə hesab saatı yetişdi, yer su püskürdü, şiddətli yağışlarla birlikdə irimiqyaslı sel gəldi. Allah Nuh peyğəmbərə buyurdu: “Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar” (Muminun surəsi, 27).

 

Nuhun gəmisinə qalxanlardan savayı hamı, o cümlədən atasını atıb dağda gizlənərək xilas olmağı güman edən Nuhun oğlu da sel sularında boğuldular. Qurana görə, “sular çəkildikdə” tufandan sonra “əmr icra olundu”, gəmi əl-Cudi dağına endi.

 

Aparılmış geoloji, tarixi və arxeoloji tədqiqatlar bu hadisələrin bu cür – məhz Quranda xəbər verildiyi kimi baş verdiyini sübut edir. İnsanlar və coğrafi adlardakı müəyyən fərqlərə baxmayaraq qədim mədəniyyətin tarixi sənədləri tufandan “yolunu azmış xalqın başına gələnlər” olaraq müasirlərinə nəsihət olaraq göstərilir.

 

Bu tufan haqqında İncil və Tövratla yanaşı Şumer, Assuriya, Babil yazılarında, qədim yunan əfsanələrində, Satapath Brahmanın, Mahabharatanın qədim hind eposlarında, Qalle vilayətinin (Böyük Britaniyada) bəzi əfsanələrində, skandinavya xalqlarının Eddesində, Litvanın xalq dastanlarında və hətta Çin mənşəli mənbələrdə də bəhs edilir.

Bir-birindən və tufanın güman edildiyi coğrafi ərazidən bu qədər uzaq olan şifahi və yazılı mədəni abidələrdə tufan haqda bu cür qəribə, oxşar təfsilatlar necə əmələ gələ bilər?

Bu sualın cavabı aydındır: eyni hadisənin heç bir əlaqəsi olmayan müxtəlif mədəni abidələrdə qeyd edilməsi onu sübut edir ki, insanlar bu bilgiləri ilahi mənbələrdən alırdılar. Uca Allah’ın əksər xalqlara göndərdiyi peyğəmbərlər Nuh peyğəmbərin xalqının tarixini və onun qorxulu taleyini ibrətamiz nümunə kimi söyləyirdilər, tufan haqda xəbər bu mədəniyyətlərə məhz bu yolla çatdı.

 

Nuh peyğəmbər və tufan haqda rəvayətlərə bir çox kulturoloji və dini mənbələrdə rast gəlinir, ancaq zaman keçdikcə süjet ya səhv rəvayət edildiyindən, ya da kafir və mürtəd xalqın ölüm şəraitinin bilərəkdən təhrif edilməsi ucbatından öz orijinallığını itirdi. Arxeoloji tədqiqatlar göstərir ki, əslində eyni hadisədən bəhs edən bütün rəvayətlərdən yeganə elmi inandırıcı və müasir faktlara uyğun olan hekayə yalnız Qurani-kərimin bəhs etdiyidir.

 

QURAN HZ.NUH PEYĞƏMBƏR VƏ TUFANI HAQQINDA

 

Ümumdünya daşqınından Quranın bir çox ayələrində bəhs edilir. Hadisəni təsvir edən ayələr aşağıda xronoloji ardıcıllıqla verilir.

 

NUH ÖZ XALQINI DINƏ ÇAĞIRIR

 

“Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. O dedi: “Ey camaatım! Allah’a ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!” ( Əraf surəsi, 59).

 

“Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allah’dan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Artıq Allah’dan qorxun və mənə itaət edin!” (Şuara” surəsi, 107-110).

 

“Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allah’a ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?” (Muminun surəsi, 23).

 

NUH PEYĞƏMBƏR ÖZ XALQINI ALLAH’IN

YAXINLAŞMAQDA OLAN CƏZASI HAQDA XƏBƏRDAR EDİR

 

“Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik” ( Nuh surəsi, 1).

 

“Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud surəsi, 39).

 

“Allah’dan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!” (Hud surəsi, 26).

 

XALQIN NUH PEYĞƏMBƏRİN ÖYÜDÜNÜ RƏDD ETMƏSİ

 

“Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük!, – deyə cavab verdilər (Əraf surəsi, 60)

Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!” (Hud surəsi, 32)

 

“Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq” (Hud surəsi, 38)

 

“Nuh qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!” (Muminun surəsi, 24-25)

 

“Bunlardan əvvəl Nuh qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: “Divanədir!” – demişdilər. Ona qadağan edilmişdi” (Qəmər surəsi, 9)

 

HZ.NUHA TABE OLANLARIN TƏHQİR EDİLMƏSİ

 

“Tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!” (Hud surəsi, 27)

 

“Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər. Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm! Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir! Və mən iman gətirənləri qovan da deyiləm! Mən yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (Şuəra surəsi, 111-115)

 

ALLAH NUH PEYĞƏMBƏRİ ÜMİDSİZLİK VƏ MÜSİBƏTDƏN QORUYUR

 

“Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!” (Hud surəsi, 36)

 

HZ.NUHUN DUALARI

 

“Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!” (Şuəra surəsi, 118).

“Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi” (Qəmər surəsi, 10)

 

“O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı” (Nuh surəsi, 5-6).

 

“Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” (Muminun surəsi, 26).

 

“Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!” (Saffat surəsi, 75).

 

NUHUN GƏMİSİNİN TİKİLMƏSİ

 

“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barədə mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!” (Hud surəsi, 37).

 

NUH PEYĞƏMBƏRİN XALQININ CƏZASI

 

“Buna görə onlar yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrmizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər” (“Əraf” surəsi, 64).

 

“Sonra yerdə qalanları suda boğduq!” (Şuəra surəsi, 120).

 

“Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı” (Ənkəbut surəsi, 14).

 

HZ.NUHUN OĞLUNUN CƏZASI

 

“Gəmi onları dağlar kimi yüksək dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” Belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allah’ın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (Hud surəsi, 42-43).

 

MÖMİNLƏRİN XİLAS EDİLMƏSİ

 

“Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik” (Şuəra surəsi, 119).

 

“Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik” (Ənkəbut surəsi, 15).

 

TUFANIN FİZİKİ XÜSUSİYYƏTLƏRİ HAQDA

 

“Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik” (Qəmər surəsi, 11-13).

 

“Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi” (Hud surəsi, 40).

 

“Gəmi onları dağlar kimi yüksək dalğaların içi ilə apardığı zaman Nuh gəmidən aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Hud surəsi, 42).

 

“Biz belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar” (Muminun surəsi, 27).

 

TUFANIN BAŞA ÇATMASI VƏ DAĞA ENMİŞ NUHUN GƏMİSİ HAQDA

 

“Ey yer! Suyunu ud! Ey göy! Saxla!” – deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalimlər məhv olsun!” – deyildi” (Hud surəsi, 44).

 

TUFANIN İBRƏTAMİZLİYİ

 

“Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq. Ona görə ki, bunu sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlasın!” (Haqqə surəsi, 11-12).

 

ALLAH’IN NUHU TƏRİFLƏMƏSİ

 

“Bütün aləmlər içərisində Nuha salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (Saffat s