Nə üçün Quranda bəzi insan xarakterləri heyvan davranışlarına bənzədilmişdir ? Bunu təhqir olaraq qəbul etmək olarmı ?

Nə üçün Quranda bəzi insan xarakterləri heyvan davranışlarına bənzədilmişdir Bunu təhqir olaraq qəbul etmək olarmıQuranda bəzi insan xarakterləri heyvanların hərəkətlərinə bənzədilərək ifadə edilmişdir. Ateistlər bunu təhqir olaraq qəbul edir və tənqidlər irəli sürürlər. Bəs, həqiqətən də bu belədirmi? Bununla bağlı ayələri birlikdə həll edək.İ nsan xarakterlərini anlamağın bir yolu da heyvanların davranışlarını araşdırmaqdır.İnsanların bəzi mənfi xüsusiyyətləri və ya davranışları heyvanlara bənzədərək izah etməyə çalışırlar. İnsanların bu effektli ifadə şəkli Uca Allah tərəfindən Quranda da istifadə edilmişdir. İnsanın meymuna çevrildiyini izah edən ayələri alçaqlıq kompleksi , üstünlük istəyi və xəsislik xüsusiyyəti , insan davranışlarının eşşəyə bənzədildiyi ayələri anlayışsızlıq, bilgi, davranış uyğunsuzluğu və ünsiyyətdə həddi bilməmək , insan davranışlarının itə bənzədildiyi ayəni isə insanın acgözlüyü və bununla əlaqədar meydana gələn sıxıntı olaraq ələ alacağıq.

Allah Quranda halal və harama diqqət yetirməyən , verilən nemətləri düzgün və bərabər paylaşmayanları tənqid edir. Mal hərislərini , mülkü məzara aparacaqmış kimi davrananları , pulla güc toplayıb hegemonluq quranları, pulla üstünlük əldə edənləri , mal və pulla öyünənləri , pulla özünü dəyərli zənn edənləri , pula qul olanları acgöz , alçaq meymunlara və donuzlara bənzədir. ( “Bəqərə “65 , “Əraf ” 166 , “Maidə ” 60 )

Qurandakı bütün qadağalar insanların nəfslərinə hakim olması üçün ruhi tərbiyədir.Bununla bağlı ayələrdə bəhs edilən insanlar hərislik , tamahkarlıq və acgözlüklərinə görə heç cür doğru yola gəlmədilər.Mal – mülk hərisliyi xarakterlərini pozdu, ağılları tutuldu , vicdanları paslandı , qəlbləri qaraldı və verdikləri sözdən döndülər.Onlara sərf etməyəndə şəriətlərini ayaqladılar. Arzu və iştahlarına son qoya bilməyən bu tiplər ” meymun iştahlı “olduqlarına görə pərişan oldular.Çünki, eynilə meymun kimi davrandılar.Heç bir şeydə xeyirləri yox idi.Mənfəətlərinə görə şəriəti ilk dəfə tapdalayan da özləri idi.

Gördüyünüz kimi meymunluq , donuzluq və tağutluq dünya malına aldanmaq , doymağın nə olduğunu bilməyib daha çoxunu istəmək , günah ,təcavüzkarlıq , haram yemək və əlibağlı olmaqla (xəsislik) bağlıdır.Bu cür acgöz və həris insanlara da ” alçaq meymunlar və donuzlar “adı verilmişdir.Bu ifadə də təhqir deyil , əksinə , təsirli ifadə şəklidir.Quran , hər hansı bir vəzifə sahibinə qulluq edən , hər deyiləni qəbul edən xarakterləri ” dilini çıxardıb ləhləyən ” köpəyə bənzədir. ( Əraf surəsi / 176 )

Hz.Peyğəmbər mal , sərvət , nüfuz sahibi olan məkkəli müşriklərə ” mülk Allahındır ! Yəni , təbiətdəki hər şey bütün insanların ortaq malıdır.Sizə yalnız əməyinizin əvəzində bir pay vardır. ( ” Nisa “surəsi / 32 ), qalanını ehtiyacı olanlarla bölüşməlisiniz deyirdi. Allah ” Fussilət “sirəsinin 10 – cu ayəsində belə buyurur :

O , yerin üstündə möhkəm duran dağlar yerləşdirdi , onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada BƏRABƏR OLMAQLA yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi . ( ” Fussilət ” surəsi / 10 )

Məkkəli müşriklər peyğəmbərdən istəyirdilər ki , Allahdan öxlərinə aid xüsusi səhifələr endirilsin . (İsra surəsi / 91 -93). Xəbərdarlıqdan üz döndərdilər.Lakin Peyğəmbər və yoldaşları bunların etdikləri zülm və haqsızlıqları ifşa edib, qarşılarında haqq ilə dayandıqda vəziyyət dəyişdi.Sanki onları gözləri ilə devircəkləri kimi baxır və möminlərin ” qınayanın qınamasından qorxmayan ” duruşları qarşısında qorxu hiss edirdilər. Quran məhz, bu cür xarakterlər üçün də “aslandan qaçan hürkmüş vəhşi uzunqulaq “ifadəsini ifadə edir. ( “Muddəssir “surəsi / 50 – 51 )

Quranda həmçinin, elmi ilə hərəkət etməyənlər , başqalarına nəsihət verib öz nəfslərini unudanlar “kitab yüklü eşşəyə” bənzədilir. ( ” Cümə ” surəsi / 5 ).Bu yazımızda bəhs etdiyimiz məsələlərlə yanaşı , Quranın yenidən diriliş bənzətməsi üçün “çəyirtkələr kimi “ifadəsindən istifadə etməsi də diqqətçəkicidir.

Onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərdən çıxacaqlar. (” Qamər ” surəsi / 7 )

Quran yenidən diriliş günündə insanların məzarlardan çıxışını çəyirtkələrə bənzədir.Bəs nə üçün çəyirtkə ?. Son əsrdə böcəklər üzərində mikro kameralar və xüsusi müşahidələrlə aparılan tədqiqatlar ,nə üçün çəyirtkələrin nümunə göstərildiyini anlamamıza yardım edəcəkdir.Çəyirtkələr yumurtalarını torpağın içinə toxum kimi yerləşdirirlər bə çəyirtkə sürfələri uzun müddət torpağın altında qaldıqdan sonra yer səthinə çıxırlar.Hardan çıxırlar ? Torpağın altından …yəni , çəyirtkələr və insanlar oxşar şəkildə….

Quranda öyüd – nəsihət almağımız üçün nümunələr verilir.Bu nümunələr üzərində düşünmək , həm Allahın verdiyi nümunələrin gözəlliyini , həm də bu nümunələrlə nəzərdə tutulan mənaları başa düşməyimizi təmin edir.
Biz insanlar üçün belə məsəllər çəkirik.Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar. ( “Ənkəbut “surəsi / 43 )

Bu kainatın bir Sahibi var və əgər bu dünyada birlikdə yaşayırıqsa , o zaman bir -birimizə qarşı olan məsuliyyətlərimizin fərqində olmalıyıq. İnsanlığın əsasında olan ” paylaşmağı , yardımlaşmağı , hörməti və sevgini”ön planda tutmalıyıq. Allaha inanmaya bilərsiz, lakin özünüzü üstün hesab edərək kiməsə ” xəsislik , kibir və s.bu kimi “heyvani xüsusiyyətlərlə zülm və haqsızlıq edə bilməzsiniz.Bu dünyada hər kəs bərabərdir.