“Möminləri döyüşə təşviq et” ayəsi müharibə qızışdırıcılığı deyildir

İslam sülh mənşəli sözdür. Təməlində sülh olan İslamı müharibə və vəhşilik dini kimi göstərməyə çalışanların Quran ayələrindən xəbərsiz olduqları aşkardır. İslamda müharibə yalnız və yalnız hücum olduqda qəbul ediləndir. Təbii ki, hücum olduqda müdafiə məqsədilə bütün tədbirlər görülməlidir. İslamda müharibə və qisas xaricində bir canın alınması bütün bəşəriyyəti öldürməyə bərabər tutulur və ən böyük günahlardandır. Əsas mövzumuza başlamazdan əvvəl Quranda müharibəyə başlamaq şərtlərini izah edən bir neçə ayə bildirək.

“(Kafirlərin) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.” (Həcc surəsi, 39)

Zülm məruz qalan və müharibə elan edilən müsəlmanlara döyüşmək icazəsi verildi. Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

“Sizinlə vuruşanlarla”“Həddi aşmayın”

Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onlarla vuruşun. Kafirlərin cəzası belədir. (Bəqərə surəsi, 191)

“Onlar sizinlə vuruşmayınca, siz də onlarla orada vuruşmayın”, “sizinlə vuruşsalar, siz də onlarla vuruşun”
Ayələrdən də aydın olduğu kimi müsəlmanlar əsla birdən-birə müharibə etmir. Onlar müharibəni sadəcə onlara qarşı müharibə edildikdə; can, mal və namusları təhdid altında qaldıqda müdafiə məqsədi ilə edirlər. İndi bu ayələri nəzərə alaraq, ateistlərin davamlı gündəmə gətirdiyi “möminləri döyüşə təşviq et” ayəsini araşdıraq.

Bir ayənin bir hissəsini götürüb çox fərqli əlavə mənalar çıxara bilərsiniz. Məsələn, Nisa surəsinin 43-cü ayəsində “sərxoşkən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın” deyir. Siz bu ayənin yalnız “namaza yaxınlaşmayın” qismini götürsəniz, tam fərqli bir məna çıxar qarşınıza. Ənfal surəsinin 65-ci ayəsində də belə bir vəziyyət vardır.

Ayənin əvvəlinə baxdıqda Ənfal surəsinin 56-cı ayəsində müqaviləni pozan küfr əhlindən bəhs edilir. Həmin surənin 58-ci ayəsinə baxdıqda “Əgər bir qövmün (əhdi pozacağı ilə) xəyanət etməsindən qorxsan, (döyüş zamanı) sən də onlara onu pozduğunu bildir” deyilir və ayənin sonunda “Allah xəyanət edənləri sevməz” deyilərək, qarşı tərəfin xəyanəti  qınanılmışdır. Ənfal surəsinin 60-cı ayəsində müqaviləni pozan və xainlik edən küfr əhlinin xainlik və hücumlarına qarşı tədbir almağı və çəkindirici olması baxımından maddi hazırlıq aparılmalı olduğu bildirilir. ” …bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın” deyilir. Ənfal surəsinin 61-ci ayəsində isə bu hazırlıq prosesində “onlar sülhə meyil etsələr, sən də ona meyil et” deyilir. Yəni müharibə deyil, sülh hər zaman ön plandadır. Amma qarşı tərəf müharibəyə israr edirsə, o zaman vəziyyət qaçılmaz olur. Əgər müharibə şəraiti meydana gələrsə, komandirin edəcəyi şey əsgərlərini döyüşə maddi və mənəvi hazırlayıb təşviq etməkdir.

Dövrümüzü düşünək; hər hansı bir müharibənin içində olmayan ölkələr də hər hansı bir müharibə riskinə qarşı tədbir olaraq əsgər və döyüş sürsatları hazırlayır və bir çox təlimlər keçirirlər. Bu, hər ölkədə təşviq edilir. İstiqlal müharibəsində Mustafa Kamal Atatürk də əsgərlərini döyüşə maddi və mənəvi yöndən hazırlayıb təşviq etmiş, onları bu çətin mühitə psixoloji olaraq motivasiya etmişdir.

“Ordular, ilk hədəfimiz Aralıq dənizidir” cümləsi düşməni vətən torpaqlarından uzaqlaşdırmaq qərarlılığının simvoludur. Döyüşə təşviq edən bu sözün təməlində işğal altına alınmış torpaqları düşmənə qarşı müdafiə etməkdən bəhs edilir. Atatürk “Əgər vətənin müdafiəsi üçün deyilsə, müharibə bir cinayətdir”- deyərək, Maidə surəsinin 32-ci ayəsinə sədaqətini göstərmişdir. Ard-arda zəfərlər qazanan, ölkə torpaqlarını düşmən işğalından qurtarmağa qərarlı olan bir komandir olaraq əsgərlərinə “Sizə hücumu deyil, ölməyi əmr edirəm” demişdir. Müharibə şəraiti yarandıqda komandir strategiyasını müəyyən edir, müdafiə edəcəyi taktikalar axtarır və bunları tətbiq etmək mövzusunda əsgərlərini təşviq edir. Hz. Muhəmməd (səv) də müharibə başladıqda komandir olaraq əsgərlərini bu istiqamətdə ruhlandırmış və təşviq etmişdir. Edilməli olan da budur.

Nəticə: Quranda döyüş və ölümdən bəhs edən ayələrin ön planındakı səbəb müsəlmanlara hücum və yurdlarından çıxarılma cəhdidir. Bu hərəkətə qarşılıq müsəlmanların özlərini müdafiə etməsi haqq olmuş olur. Müharibə başladıqda isə insanlar ölməmək üçün öldürürlər. Komandir isə döyüşdə məğlub olmamaq üçün əsgərlərini ruhlandırır.

“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mumtəhənə surəsi, 8) buyuraraq müsəlmanı yurdundan çıxarmağa çalışmayan və müharibə etməyənə ədalətli davranılmasını və yaxşılıq edilməsini əmr edir.