Mərcanlar şirin suda yaşaya bilir?

Mərcanlar şirin suda yaşaya bilirQuranda digər bir ziddiyyət iddiası isə “Rəhman” surəsi 19-ci ayədə iki fərqli dənizin xüsusiyyətlərinin bildirildiyinə dairdir..

 

Bis sıra Quran tərcümələrində  “acı və şirin” sözləri mötərizə daxilində verilməsinə baxmayaraq şirin suyu olan dənizdə mərcan yetişdiyi qeyd edilir. Şirin suda hətta süni yola olsa belə mərcan yetişdirilsə yenə də çoxalib inkişaf etmir. Bu məsələ Qurandakı iki ayə arasında elmi ziddiyətin olmasına yol açmışıdır. Halbuki,  ayənin əslində olmayan mötərizə daxilində verilən məlumat, “Furqan” surəsi 53-ci ayədəki hadisənin izah ilə qarışdırılır.

 

 

Bu səhvi ayənin orijinalını tədqiq edərək görə bilərik.

 

“Rəhman” surəsi 19

 

Mərəcəl bəhreyni yeltekiyn (yeltəkiyni).

 

1-ci mərəcə: Axıtdı

2-ci əl bəhreyni: İki dəniz

3-ci yeltekiyni: İkisi qarşılaşacaq, bir-birinə qovuşacaq

 

Mötərizə daxilində olan sözlərlə birlikdə ayələr aşağıdakı kimidir.

 

19.(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).

20.Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar

21.Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

22.Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.

23.Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

 

Mötərizəsiz olan ayələr isə aşağıdakə kimi olacaq.

19.İki dənizi O qovuşdurdu.

20.Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar

21.Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

22.Onlardan inci və mərcan çıxar.

23.Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!

 

İki dənizin qovuşmaması kimi bildirlən mayelərdə səthi gərilməsi müasir dövrdə kəşf edilib. Hətta o dövürdə ayədə bildirilən məlumatın insanlar tərəfindən bilminməməsi Quran möcüzəsidir.

 

“Furqan” surəsi 53-ci ayə başqa hadisənin izahıdır. Ayədə şirin suda mirvari və mərcan yetişməsi ilə bağlı hər hansı məlumat yoxdur.

 

Allahın kəlamı Quranda ziddiyyət olmaz.

 

“Furqan” surəsi 53.ayə aşağıdakı kimidir.

 

Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.