(Döyüşdə) kafirlərlə qarşı -qarşıya gəldiyiniz zaman boyunlarını vurun.Nəhayət , onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız ) kəndirləri bərk çəkin.Sonra da onlara ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin.Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin )… ( “Məhəmməd “surəsi / 4 )
Bir çox ateist bu ayəyə istinad edərək İŞİD düşüncəsində olanların həqiqi müsəlman olduğunu və onların ayənin hökmünə tabe olduqlarını söyləyirlər.Eyni zamanda İslamı inkar edənlərin boynunu vurmağı əmr edən “vəhşilik dini ” olduğunu iddia edirlər. Halbuki , həqiqət bunun tamamilə əksidir.Ayədəki ifadələri dəlilləri ilə sübut etdikdə, oxuduqlarınıza təəccüblənəcək və əgər vicdanlısınızsa , bu ayənin mənasını dəyişdirməyəcəksiniz.
İndi isə ayədə ” boyun “olaraq tərcümə edilən ” rikab ” kəlməsinə baxaq. “Rikab ” ərəb dilində “müşahidə etmək, müşahidə altında saxlama “mənasını verir.Allahın adlarından biri də “Ər Rakib” dir Bu kəlmə RKB kökündən gəlir və müşahidə etmək, nəzarət etmək, qorumaq, mühafizə etmək kimi mənaları vardır.Allahın öz qullarından bir anda olsa qafil olmadığını , hər zaman müşahidə etdiyini, qoruduğunu və nəzəri altında saxladığını ifadə edir. Bu kiçik məlumatdan sonra sizə “rakabe “kəlməsinin olduğu digər surə və ayələrin nömrələrini vermək istəyirəm. ( ilk nömrə surə, ikinci isə ayədir.)
“Rakabe”ifadəsinin olduğu ayələr (28-18), ( 28-21), ( 44- 59 ), (11-93 ), (5-117 ), (50-18 ), (4-1 ).
Internetdə qısa araşdırma aparsanız görəcəksiniz ki , digər bütün ayələrdə “Rakabe “kəlməsi “müşahidə edən “mənasında tərcümə edilmişdir.Yalnız “Məhəmməd “surəsinin 4-cü ayəsində eyni kəlmə “boyun”kimi tərcümə edilib.Bir çox tərcüməçi də bir -birindən təsirlənərək ayədə olan “rikabe “kəlməsinə “boyunlar mənasını vermişlər.Halbuki , ərəb dilində “boyun “sözü “A’nak”kəlməsi ilə ifadə edilir.Bu ifadənin olduğu surə və ayə nömrələri belədir:( 17-29 ), (17-13 ), (8-12 ), (34-33), (38-33), (13-5), (26-4 ), (36-8 ), (40-17 ).Bu məlumatlardan sonra ayədəki ifadənin necə olduğuna baxaq:(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman müşahidə- komanda məntəqələrini vurun.Nəhayət, onları zəiflətdikdə əsir alın.Sonra da onlara ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin.Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin)… “Məhəmməd”surəsi / 4)
Bir ayənin əvvəlini və axırını eyni zamanda oxumaq lazımdır ki, məna dəyişməsin.Bu ayənin ilk cümləsində müharibə şəraitində kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman onların komanda- müşahidə mərkəzlərini vurun deyilir.Sonra onları zəiflətdikdə əsir alın və müharibə bitdikdən sonra da əsirləri fidyə ilə , ya da fidyəsiz azad edin deyilir.
Indi isə sual verirəm ; Müharibədə iştirak edənlərin boyunlarını vursanız hansı ki, orada bu ifadə heç də yoxdur.Boynunu kəsərək öldürdüyünüz adamı necə əsir alacaqsınız? O insan onsuz da ölməyibmi? Ayədə boyunların kəsilməsi ilə bağll heç bir izah yoxdur. Bütün bu dəlillərə baxmayaraq ayənin mənasını dəyişdirməyə davam edənlər İslamı deyil, öz səmimiyyətlərini və vicdanlarını sorğu-sual etməlidir. (Ən doğrusunu Allah bilir)
Nəticə:Ayədə də bildirildiyi kimi İslamda müharibə yalnız hücum olarsa , müdafiə məqsədli ola bilər.
Kafirlərin vuruşa başladığı insanlara , o kafirlə vuruşmağa icazə verilmişdir.Çünki, onlar zülmə məruz qalmışlar. ( “Həcc “surəsi / 39 )
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. ( “Bəqərə “surəsi/190 ) ayələrində bildirildiyi kimi müsəlmanlarla mübarizə aparanlara qarşı döyüşmək haqdır.Amma həddi aşmaq qadağandır. Müharibə şəraitində tərəflər ölməmək üçün bir -birilərini öldürürlər.Düşməni öldürmədən zərərsizləşdirməyə isə ” əsir almaq “deyilir.Müharibədən sonra əsirlər fidyə və ya fidyəsiz azad edilirlər.
İŞİD – in törətdiyi qətliamın mənbəyi Quran deyil , saxta hədislərdir.İŞİD ,” müsəlmanam ” deyənlərin başını kəsib . Halbuki, Allah ayədə belə buyurur:
Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir.Allah ona qəzəblənər , onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. ( “Nisa “surəsi / 93 )
“İŞİD həqiqi müsəlmandır” – deyənlər , bir də bu ayələrə baxaraq qərar versinlər.