Kitab əhli (xristian və yəhudilər) ilə dost ola bilmərik? Bununla bağlı ayələr ziddiyyətlidirmi?

Kitab Əhli (Xristian və Yəhudilər) ilə dost ola bilmərik

Kitap Əhliylə Dostluq Etmək Olmaz? Kitap Əhlinin Qadınlarıyla Evlənmək Olar Amma Dost Olmaq olmaz?

Bəzi insanların iddia etdiyi kimi kitab əhli ilə dost deyil düşmən olmaq və onlarla həmsöhbət olmamaq Qurana və adetullaha qarşı davranışdır. Bu insanların iddialarını əsaslandırdıqları Maidə surəsinin 51-ci ayəsində Rəbbimiz “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” buyurur…

 

Ayədə keçən dostlar sözü iki dəfə keçir. Biri “evliyau” sözü, “qoruyucular, cavabdehlər, övliyalar, əfəndilər, sahiblər, maliki” mənasındadır. Digəri isə “Yetevellehum” dur. Bu da “baxımını üzərinə götürən, hakim vəziyyətə keçən, rəhbərliyi ələ alan” mənasındadır. Bu ayədə keçən “dost, vəli” sözü “rəhbərlik” mənasındadır. Allah müsəlmanlara, xristian və yəhudilərin rəhbərliyinə girməyin şəklində bildirir. Yəni, bəzi insanların söylədiyi kimi bu ayədə musəvilərlə və ya xristianlarla yaxşı əlaqələr qurmamaq, onlarla düşmənçilik etmək mənası yoxdur.

 

Rəbbimizin kitab əhlinin hamısı eyni olmadığı barədə açıq ayələri vardır. Müsəlman olmayan hər kəsi düşmən etməmiz lazım olsaydı Allah bu ayələri bizə bildirməzdi. Həmçinin yenə Müsəlman olmayanların hamısı düşmənimiz olsaydı, Allah onların yeməklərini və qadınlarını evlənmək üçün halal qılmazdı. Çünki Peyğəmbərimizin şəxsən özü də kitab əhlindən bir qadınla evlənmişdir.Əhli Kitabın toyuna, cənazəsinə gedilər, yeməkləri yeyilir, ticarət edilər, iç-içə, dostca, qardaşca bir həyat yaşanar . Peyğəmbərimizin idarəçiliyində bu açıqca görsənir. Bu birlik dünya qardaşlığı, dostluğudur, din qardaşlığı deyil. Əks halda güvənmədiyi, düşmən olan biri ilə adam necə evlənə, süfrəsinə necə otura bilər? Mövzuyla əlaqədar olaraq Maidə surəsinin 51-ci ayəsinə baxaraq, Kitab əhli ilə əlaqədar digər ayələri görməməzlikdən gələnlər üçün bir neçə ayəni xatırlatmaq istəyirik.

 

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah‘ın ayələrini oxuyurlar. (Ali İmran surəsi / 113)

 

Onların hamısı bir deyildir…

 

Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. (Ali İmran surəsi / 75)

 

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allah‘a müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi / 199)

 

Allah Kitab əhlindən Allah’a, bizə endirdiyi Qurana və onlara nazil edilənə iman gətirənlər olduğunu bildirir.

Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi / 5)

 

Kitab əhlinin yeməkləri və qadınlarıyla evlənmək halal edilmişdir..

 

Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!” – deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi / 82)

 

Iman edənlərə sevgi baxımından ən yaxın Xristianlardır.

 

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allah‘a və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi / 62)

 

Kitab əhlindən Allah’a və axirət gününə iman gətirib yaxşı əməllər işləyənlərin Allah yanında mükafatları vardır və onlar kədərlənməyəcəklər – Allah buyrur.

 

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mumtəhənə surəsi / 8) ayəsinin gərəyi olaraq Allah, dinimiz mövzusunda bizimlə savaşmayanlara ədalətlə hökm etməmizi əmr edir…

 

Allah “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin.(Maidə surəsi / 8) deyə buyrur…