Kəbə təhlükəsizlik baxımından etibarlı yerdir? Bu mövzudakı ayə necə izah olunur?

Iddia belədir:

Quran Kəbənin təhlükəsizlik baxımından etibarlı olduğunu bildirir. Halbuki vaxtaşırı sel kimi fəlakətlərə məruz qaldığını bilirik. Sel və ya ildırımın təsirinə məruz qaldığına görə Kəbənin etibarlı olduğunu bildirən ayə ziddiyyətlidir. Bu isə Quranın Allahın kəlamı olmadığını göstərə bilər.

Cavab:

Sözü gedən ayə Ali-imran surəsinin 97-ci ayəsidir. Bu ayədə belə yazır:

Ayənin oxunuşu belədir:

Fihi ayatun bəyyinatun məqamu İbrahim(ə) və mən dəxələhu kanə amina (aminən) və lilləhi ələn nasi hiccul beyti mənistətaa iləyhi səbilən və mən kəfərə fə innallahə qəniyyun anil aləmin(ə)

Ayənin sözlərinin təhlili:

 

  1. fihi : orada
  2. ayatun : ayələr, dəlillər, sübutlar
  3. bəyyinatun : açıq nişanə
  4. məqamu ibrahim (ə) : Hz. İbrahimin mövqeyi
  5. və mən : və kim (…olsa)
  6. dəxələhu : oraya girdi
  7. kanə : oldu (olar)
  8. amina : təhlükəsizlikdə, əmin
  9. və lilləhi : və Allah üçün
  10. ələn nasi : insanların üzəri (məsuliyyət)
  11. hiccul beyti : beytin həcc edilməsi
  12. mənistəttaa : gücü çatan kimsə
  13. iləyhi : ona
  14. səbilən : yol, yol tapma
  15. və mən : və kim
  16. kəfərə : inkar etdi
  17. fe inneallahə : o zaman, artıq şübhəsiz ki Allah
  18. gəniyyun : ganidir, heç bir şeyə möhtac deyil
  19. anil aləmin (ə) : aləmlərdən

Ayənin tərcüməsi:

Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur..

Ayədə TƏHLÜKƏSİZLİK mənasını daşıyan AMİNƏN kəlməsinin nə olduğunu bildikdə iddianın nə qədər zəif əsaslı olduğunu anlayırıq. Bu cür təzadlar yanlış məntiqlə düşünüb, sözün başqa mənasını ağılına gətirməyən insanların uydurmalarıdır.

“Aminən” sözünün digər ayələrdə hansı mənalarda bildirildiyinə baxaq. Bu söz Quranda 6 dəfə keçir.

Buradakı təhlükəsizlik kimi istifadə edilən “aminən” sözü 6 ayədən ikisində hansı mənaları daşıdığı izah edilir.

Məsələn fussilət surəsinin 40-cı ayəsinə baxaq:

Ərəb dilində aminən sözünə nəzər yetirək:

 (İnnəlləzinə yulhıdunə fi ayatina la yəxfəvnə ələyna, e fe mən yulka fin nari hayrun em  mən yəti AMİNƏN yevməl kıyaməh)

Tərcümə:

” Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda (deyingörək) oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür.?”

Bu ayədə təhlükəsizliyin hansı mənada istifadə edildiyi  açıq-aydın bildirilir. Burada fiziki təhlükəsizlikdən deyil axirətə əmin-amanlıqla getməkdən bəhs edilir. Kəbəyə gedən Allah rizası üçün gedir və Allah yolunda olan biri əmin-amanlıqdadır. Ölüm və ya hər hansı fiziki zərər bu adama heç bir qalıcı zərər verə bilməz.

Mövzuya aydınlıq gətirən bir başqa ayə ibrahim surəsinin 35-ci ayəsidir. Bu ayədə hz. İbrahimin duası yer alır:

Ərəb dilində:

(Və iz qalə ibrahimi rəbbical həzəl bələdə AMİNƏN vəcnubni və bəniyyə ən nəbudəl əsnam)

Tərcüməsi:

Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır..”

Bu ayədə isə doğru yolda olma nəzərdə tutulur. Hz. İbrahim kəbə və ətrafının axirətini qurtaran (əmin-amanlıqda olan) insanların diyarı olmasını istəyir.

Həmçinin klassik ərəb lüğətlərində bu sözün “qorxudan qorunma” və “şərdən qorunma” kimi mənalarının olduğuda yazılır. (ətraflı: Klassik ərəb lüğəti “Lane’s lexicon”, cild 1, səhifə 101)

Gördüyümüz kimi təhlükəsizlik sözü bir çox mənada istifadə edilir. Təhlükəsizlik sözünün mənalarını məhdudlaşdıraraq Quran səhvdir demək ağılsızlıqdır.

Kəbənin heç bir fəlakətə məruz qalmayacağını, sel və ildırımla qarşılaşmayacağını söyləmək imtahanın sirrinə də ziddir. Allah təbii ki, hər şeyə gücü çatandır. Kəbəni və ya istədiyi hər hansı bir yeri qoruya bilər və bunu Quranda bildirə bilərdi amma Sünnetullah bu şəkildə deyil və ağılın qavraya biləcəyi şeylərlə insanlar imtahan olunurlar.