İlan yoxsa əjdaha?… Quranda xətayamı yol verilmişdir? Həmçinin, mütəşabih olan bu ayələrin başqa mənası ola bilərmi?
Musa qissəsi ilə bağlı ayələrdə keçən ifadələrdə ziddiyət olduğu iddia olunur. Ayələr belədir:
Musa əsasını yerə atdı və o, dərhal açıq-aşkar bir əjdaha oldu. (Əraf surəsi, 107) Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Ta ha surəsi, 107)
Əraf surəsində Musa əsanı yerə atdığı anda onun əjdahaya çevrildiyi bildirilsə də, Ta ha surəsində böyük bir ilana çevrildiyi ifadə edilir. Bu ayələrdə bir-birindən fərqli iki heyvandan bəhs edilir.
Burada diqqət edilməli məqam isə Əraf və Taha surələrində bəhsi keçən bu iki hadisənin bir-birindən fərqli olmasıdır.
Əgər həmin ayələrdən əvvəlki bir neçə ayə oxunarsa vəziyyət daha da aydın olar.
Əraf surəsinin 107-ci ayəsində Musanın fironla qarşılaşdığı zaman baş verən bir hadisədən bəhs edilir və bu zaman Musa Fironun qarşısında əsasını yerə atır. Taha surəsinin 20-ci ayəsində isə Allahın Firon getmədən öncə Musaya verdiyi möcüzələri göstərmək üçün əsanı yerə atmasını istədiyi andan bəhs edilir. Bu iki fərqli vəziyyətdə əsa ölçücə bir-birindən fərqli olan heyvanlara çevrilmişdir. Hadisələr fərqli olduğu üçün də ziddiyətin olması mümkün deyil.
Bundan başqa ayələrdə bir-birindən fərqli kəlmələr işlənsə də bu kəlmələrin ortaq mənaları vardır. Lüğətə baxıldığı zaman ikisinin də ” ilan” mənasını da daşıdığı aydın olur. Məsələn, Taha surəsi 20-ci ayəsində keçən kəlmə “Həyyatun” “ilan” deməkdir. (Mənbə: Qurani Kərim lüğəti, Timaş yayınları, səhifə, 160)
Əraf 107-dəki ” Suaba” kəliməsinin də “ilan” mənası vardır. (Mənbə: Qurani Kərim lüğəti, Timaş yayınları, səhifə,112) Ancaq bəzi qaynaqlarda ilan deyil, əjdaha kimi tərcümə olunur. Bunlar bir-birinin sinonimi olduğu üçün yenə də ortada bir ziddiyət yoxdur.
Bu qissədə hər dövrdə yaşamış və yaşayacaq küfr və təzyiqçı rejimin simvolu olan Firon və onu dəstəkləyənlər ilə yaradılış və haqqın simvolu olan hz.Musa ilə onu müdafiə edənlərdən bəhs edilir. Firon dövrümüzdə yaşayan təkamül tərəfdarları kimi yaradılışı rədd edərək xalqı onların Nil çayı ətrafında təsadüfən yaşamağa başladıqlarına inandırmağa çalışır. Yəni dövrümüzün təkamülçüləri kimi yaradılışı rədd edirdi.
Yəni firon dəstəkçilərinin ortaya atdığı və elmi don geydirdikləri bu inkarçı sistem ilanla təsvir edilir. Halbuki peyğəmbərlə göndərilən həqiqət bu deyil. Dövrümüzdə yaradılış müdafiəçilərinin gün üzünə çıxardıqları elmi dəlillər də fironun yalanlarını alt-üst edir. Ayənin təsviri qısaca belədir. Siz də bilirsiniz ki, ilan/əjdaha hər dövrdə tibb sahəsinin simvolu kimi qəbul edilmişdir. Ən doğrusunu Allah bilir.