Peyğəmbər qövmünə elçi olduğunu bildirib ayələri təbliğ etməyə başladıqda qövmün öndə gələnləri onu “yolundan azmış və ağılsız kimi görmüş və ona tabe olanların da ağıldankəm olduqlarını demişdilər. Peyğəmbərə itaət etməkdən imtina etmiş və səbəb kimi də atalarından öyrəndikləri ənənələrə sadiq qaldıqlarını irəli sürmüşdülər. Bəs atalarının dini onlara nəyi əmr edirdi və hz.Muhamməd onları nədən çəkindirirdi?
Müşrik sistemdə çoxarvadlılıq məqbul sayılırdı. Hz. Muhamməd evliliklərə sərhəd qoyur və təkarvadlılığı tövsiyə edirdi. Bu sistemdə qız uşaqları diri-diri quma basdırılırdı. Halbuki hz.Muhamməd qız uşaqlarınının quma basdırılmasının əleyhinə idi. Müşriklərin qulları vardı. Ancaq hz.Muhamməd İslamı seçən birinin digərindən fərqi olmadığını, üstünlüyün irqə və soya görə deyil, təqvaya görə olduğunu deyirdi. Müşriklərin sahib olduğu qulların sahibinə ödəniş edilərək azad edilməsini təbliğ edirdi. Qul və sahibin İslamda eyni hüquqlu olduğunu bildirirdi…
Əlbəttə ki, hz.Muhammədin təbliğ etdiyi din müşriklərin sistemini alt-üst edirdi. Bu səbəbdən Peyğəmbər və yanındakılara maddi-mənəvi təzyiq göstərilməyə başlandı və möminlər hicrət etmək məcburiyyətində qaldılar. Buna baxmayaraq təzyiqlər davam etdi. Onların canları və malları təhlükə altında qaldığına görə qarşı tərəf müharibə başlatdığı zaman müdafiə məqsədilə vuruşmağa məcbur oldular.
Kafirlərin vuruşa başladığı insanlara o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir. (Həcc surəsi, 39)
Ateistlərin iddia etdiyinə görə hz.Muhamməd güc və iqtidar əldə etmək və ya İslamı məcburən qəbul etdirmək üçün vuruşmuşdur. Məsələn, ateistlərin ən çox gündəmə gətirdikləri “Tövbə” surəsinin 5-ci ayəsində müqaviləni pozub möminləri öldürən müşrikləri haram aylar çıxana qədər siz də öldürə bilərsiniz, amma aman diləyərlərsə aman verin və gedəcəkləri yerə güvən içində çatdırın deyilir. Əgər Quranı hz.Muhamməd yazsaydı, özünün və səhabənin canına, malına, namusuna qəsd etmiş müşrik daha sonra “əfv diləsə əfv edin və onu evinə qədər güvən içində ötürün” deyərdimi? Bu əmr nəfsə ağır gəlib üsyana səbəb olmazdımı?
Həmçinin “Nisa”surəsinin 101-ci və 102-ci ayələrində Allah “döyüş zamanı namazı yarıya endirin və növbə ilə qılın” deyir. İqtidar əldə etmək istəyən bir insan Quranı özü yazmış olsaydı, döyüş zamanı namazı təxirə salan bir ayə bildirməzdimi? Niyə özünün və onunla birlikdə olan möminlərin canını təhlükəyə atsın?