HZ.MƏRYƏMLƏ DANIŞAN MƏLƏKLƏRİN SAYI NƏ QƏDƏR İDİ?

HZ.MƏRYƏMLƏ DANIŞAN MƏLƏKLƏRİN SAYI NƏ QƏDƏR İDİMəryəmin mələklərlə danışığından bəhs edən ayələrdən birində tək mələyin olduğu, başqa bir ayədə isə mələklərin çox olduğu bildirilmişdir. Dolayısı ilə, bu iki Quran ayəsi arasında zididiyət olduğu iddia edilir. Bu iddianın nə qədər doğru olduğunu öyrənmək üçün əvvəlcə ayələri araşdıraq:

Və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu Cəbraili onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. Məryəm dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, mənə toxunma”. Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi,17-19)

O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. (Həmin vaxtda) Rəbbini çox yad et və səhər-axşam (Onun şəninə) təriflər de!”. Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” ( Ali İmran surəsi, 41-43)

Bu bir-birindən fərqli ayələri oxuduğumuz zaman ayələrdə anladılan hadisələrin də fərqli olduğunu görürük. Məryəm surəsindəki ayədə hz.Məryəmin Cəbraillə (əs) qarşılaşmasından bəhs edilir. Ali İmran surəsində isə tamamilə fərqli bir zamanda hz.Məryəmin mələklərlə söhbəti bildirilir. Dolayısı ilə bir ayədə Məryəmin bir mələklə, başqa bir ayədə isə bir neçə mələklə söhbət etməsi arasında heç bir ziddiyət yoxdur.