Hesab günü cəhənnəm əhlinə kitablarının verilməsi ilə bağlı ayələrdə ziddiyət olduğu iddia edilir. İnşiqaq və Haqqə surələrində mövzu ilə bağlı ayələr belədir:
“Kimin kitabı arxa tərəfindən veriləcəksə” ( İnşiqaq surəsi, 10)
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! (Haqqə surəsi, 25)
İnşiqaq surəsinin 10-cu ayəsində kitabı arxa tərəfdən verilənlərdən bəhs edilir. Ayədə bəhsi keçən bu insanların cəhənnəm əhli olduqları aydındır. Haqqə surəsinin 25-ci ayəsində isə cəhənnəm əhlinin kitablarının sol tərəfdən veriləcəyi bildirilmişdir. Bu iki ayə arasında isə heç bir ziddiyət yoxdur.
Ayələrin birində kitabın necə verilməsi ilə əlaqədar “arxalarından” ifadəsi işlənir, digərində isə cəhənnəm əhlinin kitabının sol əllərinə verilməsindən bəhs edilir. Yəni cəhənnəm əhlinin kitabı arxalarından uzadılaraq sol əllərinə veriləcəkdir. Ayələrdə heç bir ziddiyət olmadığı kimi işlədilən ifadələr də birbirini tamamlayır.