Zariyat surəsinin 49-cu ayəsində elmi olaraq səhv vardır. Bu ayədə bütün canlıların cüt yaradıldığı deyilir və bu gün biz bütün canlıların cütlərdən formalaşmadığını bilirik.
Bu ayəyə görə bakteriya kimi cinsi olmayan canlıların (yəni cütlərdən formalaşmayan) çoxalması necə olar? Bu ayə elmlə ziddiyyət təşkil etmirmi?
Cavab
Quranda elmə zidd heç bir ayə yoxdur. Çünki elmi, kainatı, Quranı yaradan Allah’dır və yaratdıqları arasına ziddiyyət qoymayacağı aydındır.
Bəziləri bu ayəni bilərək təhrif edir, bəziləri isə həqiqətən də diqqətli baxmadıqları üçün bu ayədə səhv olduğunu deyirlər. Ayədəki detallara diqqət yetirmək çox əhəmiyyətlidir.
Ayənin geniş şərhi bu şəkildədir.
Zariyat surəsi 49-cu ayə:
Ayənin oxunuşu
Vemin qullu şeyin ḣalakna zevceyni le’allekum teżekkerun(e)
- ve : və
- min qullu şeyin : hər şeydən
- halakna : biz yaratdıq
- zevceyni : ikili, cüt
- lealle-kum : bəlkə siz
- tezekkerune : ibrət alıb düşünəsiniz
Tərcüməsi
İbrət almanız üçün hər şeyi cüt-cüt yaratdıq.
Bu ayənin nə tərcüməsində, nə də ərəbcəsində canlı sözü keçmir. Canlını ərəb dilində ifadə edən söz “hayyin” dir. Məsələn, bu söz ənbiya surəsinin 30-cu ayəsində keçir. Azərbaycan dilində “həyat” sözü ərəb mənşəli sözdür və eyni kökdən gəlir.
Halbuki zariyat surəsinin 49-cu ayəsində “hər şey” (min qullu şeyin) deyə keçir. Allah “hər şeyi cütlər halında yaratdıq” deyir. Əgər ayədə canlı nəzərdə tutulsaydı digər ayələrdə olduğu kimi burada da açıq yazılardı. Demək ki, Allah burada başqa bir şeyi nəzərdə tutur. Allah bu ayədə ümumiyyətlə hər şeyi nəzərdə tutur. Hər şey maddədən əmələ gəldiyi üçün bu ayə maddədən bəhs edir.
Başqa bir ayədə maddənin nəzərdə tutulduğu daha rahat aydın olur. Yasin surəsinin 36-cı ayəsində Allah belə buyurur:
“ Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir..”
Bu ayə 1400 il əvvəl gələcəkdə öyrənəcəyimiz cütlərdən bəhs edir. Bu gün elmin inkişafı sayəsində maddənin cütlərdən əmələ gəldiyi bilinir. Cütlərdən meydana gəlməyən canlılar da maddədən meydana gəldiyi üçün bu ayədə səhvdən söz gedə bilməz.
Əlavə məlumat :
NOBEL MÜKAFATI QAZANAN KƏŞF: MADDƏ-ANTİ MADDƏ, CÜTLƏR , BƏRABƏR HALDA YARADILIŞ
1928-ci ildə fizik Pol Dirak, nisbilik nəzəriyyəsini kvant fizikasıyla uyğunlaşdırmağa çalışmış və elektronların davranışının izah edildiyi məşhur Dirak tənliyini əmələ gətirmişdi.
Tənliyin daha geniş şərh olunması ilə, hər bir elektronun eyni kütləli lakin mənfi yüklü əkizinin olması üzə çıxdı. Bu anti-hissəciyə pozitron adı verildi. Son əsrin ən mühüm kəşflərindən birini yaradan Dirak tənliyiylə birlikdə, anti maddə həqiqəti də doğulmuş oldu. Pozitron adı verilən anti-elektron ilk dəfə yenə eyni il 1932-ci ildə kosmik şüalarda müşahidə edildi. Buna görə təbiətdəki hər təməl hissəciyə yoldaşlıq edən bir anti-hissəcik var. Bu kəşfləriylə Ervin Şrödinger və Pol Adrien Mauris Dirak 1933-cü ildə fizika üzrə nobel mükafatını qazandılar. Bu kəşfə görə
hər təməl hissəcik üçün onunla eyni kütləli və spinə malik lakin mənfi yüklü hissəcik vardır.
Təcrübələrdə müşahidə edilən 3 ədəd anti hissəscik var. Bunlar pozitron, anti proton və anti neytrondur.
Protona qarşı anti-proton, neytrona qarşı anti-neytron, neytrinə qarşı anti-neytrin və.s var. Bu kəşfə görə hər hissəciyin antihissəciyi var. Elektron, proton və neytronların maddəni əmələ gətirdiyi kimi, antihissəciklərdə da anti maddəni əmələ gətirirlər.
Yuxarıdakı məlumatlar işığında düşündükdə ayədə vurğulanan cütlər halında yaradılışa 1400 il əvvəl işarə edilməsinin qeyri-adiliyi özünü göstərir.