Edib Yüksəl “Tövbə” surəsinin son 2 ayəsinin Qurana sonradan əlavə olunduğunu, Quranın 19 möcüzəsinə əsaslandığını, lakin son 2 ayənin 19 say möcüzəsinə uyğun gəlmədiyini bildirir. Rəvayətlər ziddiyyətli olduğundan son iki ayənin Qurana aid olmayacağı fikrini irəli sürür.
Bu iddianı irəli sürən Edib Yüksəl, əslində, rəvayətləri qəbul etmir. Amma “Tövbə” surəsinin son iki ayəsinə aid rəvayətləri dəlil kimi göstərməklə özü özünə qarşı çıxır.
Quran Allahın vəhyidir, rəvayətlərlə günümüzə gəlib çatmamışdır. Quran həzrəti Muhammədin dövründə Kitab şəklinə salınıb. Bütün Quran ayələri də buna işarə edir. Bu həqiqəti bilən Edib Yüksəlin “Tövbə” surəsinin son iki ayəsində (və ya 19 sistemi üçün) bunu gözardı etməsi səmimiyyətsiz davranışdır.
…Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz?… (Bəqərə surəsi, 85)
Quranda 19 möcüzəsi ilə yanaşı, bir çox riyazi, məntiqi, həyati və 1400 il əvvəl məlum olmayan elmi möcüzələr vardır. Elmə zidd olan heç bir ifadə yoxdur. Həmçinin “Tövbə” surəsinin son 2 ayəsində başqa bir 19 möcüzəsi var.
Quranın ən qədim nümunəsi Yəməndə Sana məscidində tapılan və eyni adla adlanan Sana nüsxəsidir. Karbon testi vasitəsilə bu kitabın Hz.Muhammədin vəfatından 27 il sonraya aid olduğu sübut edilib. Bu müqəddəs kitab araşdırılıb və onun günümüzün Quranı ilə uyğunluq təşkil etdiyi aşkarlanıb. Bir neçə orfoqrafik və xəttat səhvindən başqa hər hansı bir dəyişiklik və ya fərq yoxdur. İddiaların əksinə olaraq, “Tövbə” surəsi bütöv və səhvsizdir. Rəsmdən də göründüyü kimi, son iki ayə (128 və 129-cu ayələr) bütöv və qüsursuz şəkildə oxunur.
Allah uca kitabında Quranın qorunacağına zəmanət vermişdir.
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Edib Yüksəlin iddia etdiyi ziddiyyətli fikirlərə ehtiyac yoxdur. 19 möcüzəsindən başqa, yüzlərlə riyazi və ədəbi möcüzənin olduğu Quran ilk günkü kimidir. Ona əlavə və əksiltmə edilməyib.
Qədim dövrə aid olan bu nüsxə göstərilən iddianın əsassız olduğunu sübut edir. Edib Yüksəl bu iddiasından əl çəkib, tövbə etməlidir. Fəzilətli insan olmağın vacibliyini yerinə yetirməlidir.