Axirətdə xristian və yəhudilərin vəziyyəti necə olacaq ? Onlar da Cənnətə gedə biləcəklərmi ?

Axirətdə xristian və yəhudilərin vəziyyəti necə olacaq Onlar da Cənnətə gedə biləcəklərmiXristian və yəhudilərlə bağlı ayələrin bir -birinə zidd olduğu iddia edilir. Bəzi ayələrdə təriflənir , bəzilərində isə tənqid olunur.Ayələrdəki ifadələr ümumi ardıcılıqladan qoparılaraq şərh edildikdə , yalnış nəticələr ortaya çıxır .Halbuki, ayələri bütünlükdə dəyərləndirsək, hər hansı bir ziddiyyətin olmadığını görərik.Əsas bunu bilməliyik ki , Allah Qatında din İslamdır.

“İslam “kəlməsi xüsusi isim olması ilə yanaşı eyni zamanda da ad bildirir və Allaha “təslim olmaq “mənasını verir.Bu aşağıdakı ayədə də bildirilir və Allahdan başqasına təslim olunan , çox tanrılı dinlər açıq şəkildə rədd edilir.

İslamdan başqa bir din axtaran şəxsdən , o din heç vaxt qəbul olunmaz və o axirətdə ziyana uğrayanlardan olur. (“Ali – İmran “surəsi , 85 )

Allah bundan əvvəl də bir çox Elçi və Kitab göndərmişdir.Bunlarda insanları Allaha təslim olmağa çağırmışlar.İslam dini …və bu ad yalnız Peyğəmbərimizə aid olan din deyil.Bütün peyğəmbərlər və onlara tabe olanlar da müsəlmandır.
Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq Ibrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur. (” Nisa ” surəsi /125 )

Bu baxımından tarix boyunca müxtəlif dinlərə iman gətirənlər olsa da , özünü Allaha təslim edən bir çox insanlar da olmuşdur. Buna görə də Allah onların etdikləri yaxşılıqların qarşılığını mütləq verəcəkdir.

Şübhəsiz ki, möminlərin , yəhudi , nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır.Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. ( “Bəqərə “surəsi /62 )

İman gətirənlərin , habelə, yəhudi , sabii və nəsranilərdən Allaha və Axirət gününə iman gətirib , yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. ( “Maidə “surəsi / 69 )

Lakin bunların arasında Allaha təslim olmayan , Ondan başqa ilahlar qəbul edənlər isə açıq şəkildə inkar edənlərdir.Bunlar da hesab günü etdiklərinin qarşılığını alacaqlar. Bu bir ayədə belə bildirilir :

Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir- deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları ! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin ! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur.Zalımlara kömək edən olmayacaqdır. ( “Maidə “surəsi /72 )

Yəhudilər :Üzeyr Allahın oğludur”-dedilər.Xaçpərəstlər də :”Məsih Allahın oğludur “-dedilər.Bu onların ağızlarından çıxan sözlərdir.Bu daha əvvəlki kafirlərin sözlərinə oxşayır.Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər. (“Tövbə “surəsi / 30)

Nəticə etibarilə bu ayələr arasında heç bir ziddiyyət yoxdur. Yalnış düşüncə ilə şərh edildikdə yalnış nəticələr əldə edilir.Tarix boyunca müxtəlif din mənsubları Allaha təslim olmuşlar.Məsələn:Hz.İsaya tabe olan həvarilər Allaha və Onun peyğəmbərinə iman gətirmişlər.Allah onların saleh əməllərinin qarşılığını verəcək.Lakin bununla yanaşı Hz.İsanı ilah qəbul edən və ona ibadət edənlər də olmuşdur. Bunların da qarşılığını Allah verəcək. Ayələrdə də bu həqiqətlər bildirilir.Göründüyü kimi Quranda bu mövzu çox açıq və ziddiyyətsizdir.