Allahdan başqa köməkçi varmı? Mələklər yardımçı ola bilərlərmi?

Allahdan başqa köməkçi varmı Mələklər yardımçı ola bilərlərmiQuranı tənqid etməyə çalışanların ən çox istifadə etdikləri üsul ayələrin ardıcıllığını pozaraq onlara müxtəlif mənaların verilməsidir. Bu nümunədə də eyni üsulla saxta ziddiyyət yaratmağa çalışılmışdır. Halbuki ayələrdəki ifadələr tam dəyərləndirilərsə, heç bir ziddiyyətin olmadığı məlum olar. Bu iddianın səbəb olduğu ayələr bunlardır:

Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır. (Bəqərə surəsi / 107)

Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”. (Ənkəbut surəsi / 22)

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi / 31)

Yuxarıdakı ayələrdən əvvəlki və sonrakı ayələri oxusaq mövzu tam aydın olacaqdır. Fusillət surəsinin 31-ci ayəsində mələklərin həm dünya, həm də axirətdə iman gətirənlərə yardım edəcəkləri bildirilir. Bu hal iman gətirənlərə aiddir, inkar edənlərə deyil.

Bəqərə və Ənkəbut surələrindəki ayələrin ardıcıllığına baxsaq görərik ki, burada inkar edənlərdən danışılır və qeyd edilir ki, əgər inkar etsələr, onlar üçün Allahdan başqa köməkçi yoxdur. Burada bildirilən odur ki, əgər inkar edərək bütlərə sitayiş etsələr, bu bütlərin heç bir yardımı olmaz, onların heç bir gücü yoxdur. İnkar edənlərə yardım edə bilən yalnızca Allahdır. Buna görə də Allah bütə sitayiş edənləri yalnızca Ona inanmağa çağırır.