Allahın kəlamı olan Quranın bəzi ayələrində Yaradıcının müxtəlif vəsilələrlə, müxtəlif anlayış və hadisələr üzərinə and verdiyini görürük. Bu andları oxuyan kimi ateist və qeyri-müsəlmanlar, əsasən bəzi virtual müzakirə platformalarında bu mövzunu gündəmə gətirərək bu vəziyyət Allah kəlamı olan bir mətndə olmamalıdır deyib, and içməyin insani bir vəziyyət olduğunu söyləyirlər…
Hətta müxtəlif sosial media, forum və müzakirə platformalarında mövzunu bilməyən və ya ön mühakiməli bəzi insanlar bu mövzuya aid əvvəlcədən hazırladıqları qapaq şəkillərini də paylaşaraq Quranda, haşa bu məsələdə ziddiyət olduğunu söyləyərək, Quranın Allahın sözü olmadığını iddia edirlər.
Bəs həqiqət necədir?… İndi bunu araşdıraq….
Həqiqətən də Allah öz kəlamı olan Quranın müxtəlif ayələrində də göründüyü kimi birbaşa öz uca ismi üzərinə (Hicr, 15/92), peyğəmbərlərinə (Yasin, 36/1), peyğəmbərlərin yaşadığı və ya vəhyin gəldiyi məmləkətlərə (Tur, 52/1-3; Bələd,
90/1), mələklərə (Saffat, 37/1; Naziat, 79/1-2), Qurana (Vaqiə, 56/77; Tur, 52/2), Qiyamət gününə (Qiyamət, 75/1), kainatda olan əhəmiyyətli varlıqlar üzərinə, məsələn, qələmə (Qələm, 68/1), göy üzünə (Büruc, 85/1; Tariq, 86/1), səhər
vaxtına (Duha, 93/1), zamana (Əsr, 103/1), ulduza (Nəcm, 53/1), küləyə (Zəriyət,51/1) və bitkilərə (Tin, 95/1) and vermişdir.
Ərəbcədə andın türkcədə olduğu kimi yalnızca inandırmaq funksiyası yoxdur. Ərəbcədə and vermək eyni zamanda diqqət çəkmək üçün istifadə edilir. Allahın Quranda tez-tez and verməsinin səbəbi mövzuya diqqət çəkmək istəməsidir. İddia edildiyi kimi insanları inandırmaq üçün deyil. Onsuz da Qurana əsasən kor-koranə inanmağımız gözlənilmədiyi üçün belə olması da absurt olardı. And verərək insanların ayələrə inanmasını gözləmək əvəzinə, bir çox ayədə insana düşünməsi və sorğu-sual etməsi əmr edildiyi halda, bu arqument təbii ki, gülünc və ön mühakiməli bir bilgisizliyin nəticəsidir.
Eyni zamanda and diqqət çəkmək üçün də istifadə edilir. Məsələn, Nəcm surəsinin 1-ci ayəsində “ulduzlara and olsun” deyə keçir. Bu ifadə “üzərində dayanılmalı olan şeyə (ulduza) diqqət” mənasında istifadə edilir. Türkcədəki kimi burada
inandırmağı gücləndirmək funksiyası yoxdur.
Andın diqqət çəkmək üçün istifadə edildiyi, məsələn, Fəcr surəsinin 5-ci ayəsindən də çox rahat bir şəkildə aydın olur: “ağıl sahibləri üçün bunda bir and vardır”. Açıq-aydındır ki, bu ayədə AND kəlməsi İŞARƏ mənasındadır. Yəni türkcədəki
mənası ilə başa düşmək səhvdir. Adiyat surəsində isə surənin ardınca gələn, əsl bildirilməsi istənənə diqqət çəkmək
üçün söyləndiyini görürük.
Gördüyünüz kimi bu iddialar bir qisim təhrifdən kənara çıxmır. Ərəbcə və türkcədə and vermək arasında fərqlər vardır. And türkcədə yalnızca inandırmağı gücləndirmək üçün istifadə edildiyi halda, ərəbcədə diqqət çəkmək üçün də istifadə
edilir. Allah diqqət çəkmək istədiyi yerlərə və yerlərdə and verir. Allah insanların ayələrə olan iman və etibarını təmin etmək, verdiyi xəbərləri qüvvətləndirmək, əhəmiyyətli varlıqlar və cisimlər üzərində təfəkkürü təşviq etmək, vacib nemətləri xatırlatmaq; Quranın, verdiyi xəbərlərin, Qiyamət gününün, Axirət gününün, öldükdən sonra dirilişin, hesabın, cənnətin və cəhənnəmin haqq olduğu mövzusunda insanları inandırmaq və bunlarda ehtimal olunan şübhələri ortadan qaldırmaq kimi hikmətlərlə, ayələrini andlı ifadələrlə gücləndirmişdir. Türk dilinin məntiqi ilə ərəbcə yazılmış bir mətnə bilgisizcə və ön mühakimə ilə baxıb, “baxın, mən burda ziddiyyət tapdım” demək təbii ki, iddia sahibini çətin və gülünc vəziyyətdə qoyan bir haldır.
Çünki Allahın kəlamı olan Quranda heç vaxt ziddiyyət və xəta olmaz. Xəta
gördüyünü zənn edən insan öz vəziyyətinə nəzər yetirməlidir….