Allah niyə qadın peyğəmbər göndərməyib?

Allah niyə qadın peyğəmbər göndərmədiNiyə Allah qadın peyğəmbər göndərməyib?

Ateistlərin tez-tez verdiyi suallardan biri də İslamda qadın peyğəmbərin olmaması ilə bağlıdır. Qadın peyğəmbər olmadığına görə qadın və kişinin bərabər hüququlu olmadığını iddia edirlər.

 

Peyğəmbərlər haqq dini təbliğ etmək üçün göndəriliblər. Vəzifələri özlərindən əvvəl göndərilmiş peyğəmbərlərin təbliğ etdiyi, ancaq müşriklər tərəfindən dəyişdirilmiş dini əslinə qaytarmaqdan ibarətdir. Peyğəmbərlər dini təbliğ edərkən əsasən müşriklərin hücumuna məruz qalıblar. Müşriklərin yaşadığı din vəhyə bağlı haqq din deyil, xurafatlardan ibarət ənənəvi dindir. Allah bir ayədə belə buyurur: “Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən…” (Maidə surəsi, 82)

 

Başqa ayədə, “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz! (Həcc surəsi, 38) buyuraraq, müşriklərin nankor və xain olduqlarını və gizli hücumlar təşkil etdiyini bildirir. Müşriklərin başqa bir xüsusiyyəti isə möminləri sözləriylə təhqir edib, əziyyət vermələridir. ”…şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz…” (Ali İmran surəsi, 186)

 

Buna görə də peyğəmbərlik asan vəzifə deyil. Peyğəmbərlər İslamı insanlara təbliğ edərkən təhqirlərə və təzyiqlərə məruz qalıblar. ”Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.” (Qələm surəsi, 51). Hər dövrdə göndərilən peyğəmbərlərə ”Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan!” (Şuara surəsi, 153),-deyilmişdir.

 

Həmçinin peyğəmbərlər vuruşmaq məcburiyyətində də qala bilərlər. Bir ayədə belə xəbər verilir: ”…Peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə…” (Ali İmran surəsi, 21). Peyğəmbələrin canı və malı hər zaman təhlükə altında olmuşdur. Məsələn, Ənkəbut surəsinin 24-cü ayəsində qövmü hz. İbrahimin öldürülməsinə və ya oda atılmasına hökm etmişdir. ”Qövmünün cavabı isə ancaq: “Onu öldürün, yaxud da yandırın!”– deməkdən başqa bir şey olmadı. Lakin Allah onu oddan qorudu.” (Ənkəbut surəsi, 24)

 

Peyğəmbərlərin üzləşdiyi çətinlikləri göstərən bir neçə ayəni izah etdik. Yüzlərlə ayədə peyğəmbərlərə atılan zina böhtanı, dəlilik,təhqir və təzyiqlərdən bəhs edilir. Buna görə də Allah’ın qadınlara peyğəmbərlik vəzifəsi verməməsi qadınlara olan mərhəməti və qorumasının dəlilidir. Quranda qadın daim qorunmuşdur. ”Kişilərin qazandıqlarından öz payı, qadınların da qazandıqlarından öz payı vardır.” (Nisa surəsi, 32), “öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər.” (Nisa surəsi, 34) ayələrindən də göründüyü kimi qadın da işləyib pul qazana bilər. Amma ailəni dolandırmaq məsuliyyəti kişiyə verilir. Qadın psixoloji və fiziki təzyiqə məruz qalacağı hər yerdə qorunur. Əgər Allah bu qədər böyük məsuliyyəti qadınlara da vermiş olsaydı, onda ateistlər: “kişilər varsa qadınlara belə bir vəzifə necə verilir”-deyərdilər.

 

“History” kanalında “Bədən dili” sənədli filmində, kişi və qadın siyasətçilərinin insanlara təsiri elmi cəhətdən izah edilmişdir. Alimlərin apardığı tədqiqatlar göstərib ki, qadın səsi kişi beyninin hissi nahiyəsinə təsir edir. Bu səbəbdən qadınlar danışdıqları zaman kişilər onların romantik olduqlarını düşünürlər. Qadınlar danışıqları ilə yalnız qadınlara təsir edə bilir. Amma kişilər həm qadınlar, həm də kişilərə təsir edir. Insanlara təbliğdə ən təsirli olanın kişilər olduğu da elmi cəhətdən sübut olundu. Bu da Quranın hər şeyi bilən və xəbərdar olan Allah tərəfindən göndərilmiş Haqq Kitab olduğunun dəlillərindən biridir.

 

Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun. (Nəhl surəsi, 43)