Mirasda kişiyə iki, qadına isə bir pay düşməsi haqsızlıqdırmı?

Miras mövzusuna girmədən əvvəl Qurandan bir neçə şeyi xatırlatmaq istəyirəm. İslamda qadın və kişi əməl baxımından tam bərabərdir. Qurandakı xitab “mömin kişilər və mömin qadınlara söylə” şəklindədir. Heç kim heç kimdən üstün deyil. Allah ayədə belə buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə…