“Möminləri döyüşə təşviq et” ayəsi müharibə qızışdırıcılığı deyildir
İslam sülh mənşəli sözdür. Təməlində sülh olan İslamı müharibə və vəhşilik dini kimi göstərməyə çalışanların Quran ayələrindən xəbərsiz olduqları aşkardır. İslamda müharibə yalnız və yalnız hücum olduqda qəbul ediləndir. Təbii ki, hücum olduqda müdafiə məqsədilə bütün tədbirlər görülməlidir. İslamda müharibə və qisas xaricində bir canın alınması bütün bəşəriyyəti öldürməyə bərabər tutulur və ən böyük günahlardandır.…