Hesab günü inkar edənlərin kitabları onlara necə veriləcək ?

Hesab günü cəhənnəm əhlinə kitablarının verilməsi ilə bağlı ayələrdə ziddiyət olduğu iddia edilir. İnşiqaq və Haqqə surələrində mövzu ilə bağlı ayələr belədir: “Kimin kitabı arxa tərəfindən veriləcəksə” ( İnşiqaq surəsi, 10) Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! (Haqqə surəsi, 25) İnşiqaq surəsinin 10-cu ayəsində kitabı arxa tərəfdən verilənlərdən bəhs edilir.…