“Möminləri döyüşə təşviq et” ayəsi müharibə qızışdırıcılığı deyildir

İslam sülh mənşəli sözdür. Təməlində sülh olan İslamı müharibə və vəhşilik dini kimi göstərməyə çalışanların Quran ayələrindən xəbərsiz olduqları aşkardır. İslamda müharibə yalnız və yalnız hücum olduqda qəbul ediləndir. Təbii ki, hücum olduqda müdafiə məqsədilə bütün tədbirlər görülməlidir. İslamda müharibə və qisas xaricində bir canın alınması bütün bəşəriyyəti öldürməyə bərabər tutulur və ən böyük günahlardandır.…

Hesab günü inkar edənlərin kitabları onlara necə veriləcək ?

Hesab günü cəhənnəm əhlinə kitablarının verilməsi ilə bağlı ayələrdə ziddiyət olduğu iddia edilir. İnşiqaq və Haqqə surələrində mövzu ilə bağlı ayələr belədir: “Kimin kitabı arxa tərəfindən veriləcəksə” ( İnşiqaq surəsi, 10) Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! (Haqqə surəsi, 25) İnşiqaq surəsinin 10-cu ayəsində kitabı arxa tərəfdən verilənlərdən bəhs edilir.…

XEYİR KİMİ ŞƏR DƏ ALLAHDANMI GƏLİR?

Tənqid edilən ən aktual mövzulardan biri də yaxşılıq və pisliklə bağlı olan ayələrdir. Əvvəlcə, Nisa surəsindəki bəzi ayələri müşahidə edək: Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki,…

Peyğəmbərlik hz.İbrahimin nəslindənmi gəlir ?

Ayələrdə bir-biri ilə qohumluq əlaqələri olan peyğəmbərlər haqqında məlumat verilir. Məsələn, bu mövzu ilə bağlı bir ayə belədir: Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır! (Ənkəbut surəsi, 27) Başqa ayədə isə hər bir qövmə elçi göndərildiyi bildirilmişdir: Biz hər ümmətə:…

HZ.MUSANIN ƏSASI İLANDIR, YOXSA ƏJDAHA?

İlan yoxsa əjdaha?… Quranda xətayamı yol verilmişdir? Həmçinin, mütəşabih olan bu ayələrin başqa mənası ola bilərmi? Musa qissəsi ilə bağlı ayələrdə keçən ifadələrdə ziddiyət olduğu iddia olunur. Ayələr belədir: Musa əsasını yerə atdı və o, dərhal açıq-aşkar bir əjdaha oldu. (Əraf surəsi, 107) Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.…

HZ.MƏRYƏMLƏ DANIŞAN MƏLƏKLƏRİN SAYI NƏ QƏDƏR İDİ?

Məryəmin mələklərlə danışığından bəhs edən ayələrdən birində tək mələyin olduğu, başqa bir ayədə isə mələklərin çox olduğu bildirilmişdir. Dolayısı ilə, bu iki Quran ayəsi arasında zididiyət olduğu iddia edilir. Bu iddianın nə qədər doğru olduğunu öyrənmək üçün əvvəlcə ayələri araşdıraq: Və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu Cəbraili onun yanına göndərdik.…

Allah şirki bağışlayırmı?

Allaha şərik qoşanlarla bağlı ayələrdə ziddiyyət olduğu iddiası vardır. Lakin burada da ayələrin ardıcıllığını pozaraq müəyyən qisimlərini götürüb, müxtəlif formada şərh verməyə çalışırlar. Lakin ayələri mövzuya uyğun ardıcıllıqla oxuduqda bu iddianın yanlış olduğu aydın olur. Ayələr belədir: Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha…

Allahdan başqa köməkçi varmı? Mələklər yardımçı ola bilərlərmi?

Quranı tənqid etməyə çalışanların ən çox istifadə etdikləri üsul ayələrin ardıcıllığını pozaraq onlara müxtəlif mənaların verilməsidir. Bu nümunədə də eyni üsulla saxta ziddiyyət yaratmağa çalışılmışdır. Halbuki ayələrdəki ifadələr tam dəyərləndirilərsə, heç bir ziddiyyətin olmadığı məlum olar. Bu iddianın səbəb olduğu ayələr bunlardır: Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə…

Qisasla bağlı ayədə ziddiyət yoxdur

Qisasla bağlı ziddiyətin olduğu iddia edilən Bəqərə surəsinin 178-ci ayəsində bildirilir: “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər (qatil) qardaşı ölənin varisləri tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz…

QURANDA TƏCAVÜZÜN CƏZASI VARDIRMI?

Quranda təcavüzün cəzası vardırmı? Ənənəvi din və ateizm tərəfdarları “Quranda təcavüzə qarşılıq hər hansı bir cəza hökmünün olmadığı ilə bağlı iddia irəli sürürlər. Halbuki, iddianın tam əksinə Quranda təcavüzə təşəbbüs də daxil olmaqla, təcavüz günahını işləyənə HƏBS CƏZASI VERİLMƏSİ hökmü var. Mövzunu çox uzatmayaraq birbaşa Qurana və orda bizim üçün verilən insanlıq örnəyinə baxaq. Əvvəla…

Qütblərdə namaz və orucun vaxı necə müəyyən edilir?

Bəzi insanlar tərəfindən səmimi olaraq soruşulsa da, əslində İslamda axtarış məqsədi ilə soruşulan bu sual bir neçə texniki məlumat çatışmazlığından qaynaqlanır. Allah ayələrində namaz və orucla bağlı vaxtların başa düşülməsi üçün Günəşin hərəkət istiqamətindən zamanın müəyyən olunmasına diqqət çəkmişdir. Qütblərlə bağlı 6 ay gündüz, 6 ay gecə fikri əslində yalnışdır.Əslində, 6 ay qaranlıq, 6 ay…

Cəhənnəm əhlinə kitabları hansı tərəfdən veriləcək?

Qiyamət günü cəhənnəm əhlinə kitablarının verilməsi ilə bağlı ayələrdə bir çox ziddiyyət olduğu iddia edilir. İddialar hər zamankı kimi ön mühakimədən və məlumatsızlıqdan qaynaqlanır. Qurana aid bir mövzunun, yaxud sualın cavabı və həll yolu yenə də Qurandadır. Çünki Quran bir bütündür və öz-özünü təfsir etmə xüsusiyyətinə sahib olan mükəmməl Kitabdır. Qiyamət günü cəhənnəm əhlinə kitablarının…

Quranda mövzuların pərakəndə olması iddiasına cavab

Quranda bir mövzudan bəhs edilərkən başqa mövzuya keçilməsi və yenidən əvvəlki mövzuya qayıdılması bir çoxlarının tənqidi fikirlər irəli sürməsinə səbəb olur. Onlar Quranın (haşa) qarışıq, mövzularının isəpərakəndə olduğunu deyirlər. Əslində belədir, yoxsa burada üstün izah xüsusiyyəti, sənət və riyazi nizam var? Əvvəla, Quran təkcə elmi, hüquqi, və ya sadəcə əxlaqi kitab deyil. Quran insanlara ən…

Quranda köləlik varmı?

Ateist forumlarında və müzakirələrində Quranın köləliyi qadağan etmədiyi, hətta köləliklə bağlı ayələrin İslamın köləliyi məqbul saymasına dəlil olduğu iddialarına tez-tez rast gəlirik.Bəs, həqiqətən, bu belədirmi? Quranda köləliklə və ya bu vəziyyətdə olan insanlarla bağlı ayələri tək-tək təhlil etdiyimiz zaman Allahın Quran yolu ilə insanlara köləliyi təbliğ etmədiyini görürük.Bunu aşağıdakı ayələri təhlil etdikcə daha aydın başa…

Əri ölən qadının gözləmə müddəti ilə bağlı ayələrdə uyğunsuzluq yoxdur

Quranda əri ölən bir qadının vəziyyəti ilə bağlı bəzi hökmlər bildirilib. Bu hökmlərin bildirildiyi ayələrdə uyğunsuzluq olduğu iddia edilir. Bu barədə ayələrin birində bir il, digərində dörd ay on gün kimi bir müddətdən bəhs edilir.Müddətlərin fəqli olması uyğunsuzluq kimi göstərilməyə çalışılsa da, ayələrdə anladılan mövzular təhlil edildikdə hər hansı bir uyğunsuzluğun olmadığı görünür. Çünki bu…

Quran İslamı yaşamaq üçün yetərlidir

Quran Allahın insanlara hidayət və rəhbər olaraq endirdiyi möhtəşəm Kitabdır. “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. (Mülk surəsi, 2) Allah insanları sınamaq üçün onlara öyüd və nəsihət olaraq Quranı endirmişdir. “(Bu) mübarək Kitabı (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi…

Quranda köləlik varmı?

Ateist forumlarında və müzakirələrində Quranın köləliyi qadağan etmədiyi, hətta köləliklə bağlı ayələrin İslamın köləliyi məqbul saymasına dəlil olduğu iddialarına tez-tez rast gəlirik.Bəs, həqiqətən, bu belədirmi? Quranda köləliklə və ya bu vəziyyətdə olan insanlarla bağlı ayələri tək-tək təhlil etdiyimiz zaman Allahın Quran yolu ilə insanlara köləliyi təbliğ etmədiyini görürük.Bunuaşağıdakı ayələri təhlil etdikcə daha aydın başa düşəcəyik.…

Tövratda Üzeyir adı çəkilirmi?

Tövratda Üzeyir adlı bir şəxs vardırmı, yəhudilər kimə Allahın oğlu deyirlər? “Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. (Bu,) daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər! Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar…

Quranda bəhs edilən hz. Musa qissələrini necə başa düşməliyik?

Rəbbimiz inananları Quranı oxuyub anlamağa çağırır. Quran, əslində, çox asan anlaşılan kitab olmasına baxmayaraq, (Qəmər surəsi, 17….) müəyyən bölümünün, yəni mütəşabeh ayələrinin anlaşılması üçün ağır, sistemli iş və analiz tələb edir. Quranda bir çox qissədə mütəşabeh ayələr vardır və bu ayələr haqqında yetərli bilgiyə sahib olmadan tam qənaətə gəlməməyimiz tövsiyə olunur. (Ta ha surəsi, 114)…

Hz.Muhammədin güc və iqtidar sahibi olmaq üçün döyüşlə bağlı ayələr yazdığı iddiasına cavab

Peyğəmbər qövmünə elçi olduğunu bildirib ayələri təbliğ etməyə başladıqda qövmün öndə gələnləri onu “yolundan azmış və ağılsız kimi görmüş və ona tabe olanların da ağıldankəm olduqlarını demişdilər. Peyğəmbərə itaət etməkdən imtina etmiş və səbəb kimi də atalarından öyrəndikləri ənənələrə sadiq qaldıqlarını irəli sürmüşdülər. Bəs atalarının dini onlara nəyi əmr edirdi və hz.Muhamməd onları nədən çəkindirirdi?…

Edib Yüksəlin“Tövbə” surəsinin son iki ayəsinin sonradan əlavə edilməsi iddiasına cavab

Edib Yüksəl “Tövbə” surəsinin son 2 ayəsinin Qurana sonradan əlavə olunduğunu, Quranın 19 möcüzəsinə əsaslandığını, lakin son 2 ayənin 19 say möcüzəsinə uyğun gəlmədiyini bildirir. Rəvayətlər ziddiyyətli olduğundan son iki ayənin Qurana aid olmayacağı fikrini irəli sürür. Bu iddianı irəli sürən Edib Yüksəl, əslində, rəvayətləri qəbul etmir. Amma “Tövbə” surəsinin son iki ayəsinə aid rəvayətləri…

“Şəfaətlə bağlı ayələrdə ziddiyyət vardır” iddiasına cavab

Şəfaət mövzusu ilə bağlı aylərdə ziddiyyət olduğunu iddia edən bəzi ateistlərin bu düşüncələrinə səbəb olan ənənəvi düşüncə sistemi bu ayələrin mənalarını təhrif etmişdir. Kitabın özünü dəyişdirə bilmədiklərinə görə rəvayətlərlə, bəziləri isə pis niyyətli düşüncələrinə görə ayələrin mənalarını təhrif etmişdir.   Bu məqaləmiz izin və istisnalı şəfaət ayələri haqqında olub, bəzi tərcümələrdə necə təhrif edilərək səhv…

Qurana görə “Kimlərlə evlənmək olmaz ? “

İddia: Qurana qarşı olan səmimiyyətsiz insanların iddiasına görə “Nisa” surəsinin 23-cü ayəsində bir kişinin kimlərlə evlənə bilmədiyi tək-tək bildirilmişdir. O qədər ətraflı izah edilib ki, bir kişinin onsuz da evlənməyəcəyi anası və bacısı da siyahıya daxil edilmişdir. Lakin bunların içində nəvələrin və nənələrin qeyd edilməməsi təəccüblüdür.Bu da Quranın ya əksik, ya da əxlaqa zidd olan…

” Quran və digər səmavi kitablar nə üçün həmişə Yaxın Şərq coğrafiyasına göndərilmişdir? ” iddiasına cavab

Yaxın Şərq coğrafiyasında hazırki insanların inanclarının əsası olan dinlərin göndərdiyi, lakin dünyanın digər bölgələrində bu təbliğin aparılmadığı iddiası, bəlkə də edilən ən böyük səhvlərdən biridir.Allah Quranda bütün ümmətlərə ” tövhid dini “ni təbliğ edən elçilər göndərdiyini bildirir: Biz hər ümmətə: ” Allaha ibadət edin, tağutdan uzaq olun ” – deyə, elçi göndərdik. Onlardan kimisini Allah…

İblis (şeytan) cindir, yoxsa mələk?

Quranda ziddiyyətin olduğunu iddia edən insanlar “Bəqərə” surəsi 34-cü ayəni öz iddialarına dəlil kimi göstərirlər. İddiaya görə, “Quran insan tərəfindən yazılıb və şeytanın mələk və ya cin olduğu məsələsində ziddiyyət vardır”! (Quranı tənzih edirik). “Bəqərə” surəsi 34-cü ayədə belə deyilir: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina…

Quranı başa düşmək çətindirmi?

Bəzi ateistlər və ənənəvi din anlayışına sahib şəxslər “Quranın çətin başa düşüldüyünü, ayələrin açıq olmadığı” fikrini irəli sürürlər. Bu iddialar keçmişdən günümüzə qədər gələn yanlış, əsassız və səmimiyyətsiz iddialardır. Quran elə bir xüsusiyyətə və dilə sahibdir ki, hər yaşdan və mədəniyyətdən insan onu asanlıqla anlaya bilər. Qurana görə, Quran “beyyinə”dir (açıq dəlildir). Quranda beyyinə ifadəsi…

Quranda keçən “Elçinin sözü” sözü ifadəsi ziddiyyət deyil

Quranda səhv tapmaq istəyənlərin qeyri-peşəkar iddialarından biri də Qurandakı “elçinin sözü” ifadəsinə verilən yalnış şərhdir.Ayə bu şəkildədir: Bu, möhtərəm bir Elçinin sözüdür. ( “Haqqə” surəsi / 40 ) İlk baxışdan ayədən belə başa düşülür ki, Quran “elçi” tərəfindən yazılmışdır.Lakin ayənin ardına baxaq: O, şair sözü deyildir! Necə də  az inanırsınız! O, kahin sözü də deyildir!…

Mərcanlar şirin suda yaşaya bilir?

Quranda digər bir ziddiyyət iddiası isə “Rəhman” surəsi 19-ci ayədə iki fərqli dənizin xüsusiyyətlərinin bildirildiyinə dairdir..   Bis sıra Quran tərcümələrində  “acı və şirin” sözləri mötərizə daxilində verilməsinə baxmayaraq şirin suyu olan dənizdə mərcan yetişdiyi qeyd edilir. Şirin suda hətta süni yola olsa belə mərcan yetişdirilsə yenə də çoxalib inkişaf etmir. Bu məsələ Qurandakı iki…

Elçi ilə görüşdən əvvəl sədəqə vermək nə deməkdir?

“Mucadilə” surəsinin 12-ci ayəsində peyğəmbərlə görüşməzdən əvvəl sədəqə verməklə bağlı olan mövzu Quranda ziddiyyət axtaran şəxslərin iradlarından biridir. Peyğəmbərin sanki görüşmək istəyənlərdən sədəqə istəməsi kimi məna verilən ayənin mənası məlum olduqdan sonra bu böhtan aradan qalxacaq. İddia edilən məsələ ilə bağlı ayələr aşağıdakı kimidir:   Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən…

QURANDA SEVGİDƏN BƏHS EDİLİRMİ?

Allah insanları gözəl əxlaq sahibi etmək üçün Haqq Kitabı ol2 Quranı nazil etmişdir. Bu əxlaqın əsasını sevgi, mərhəmət, xoş xasiyyət və ən gözəl söz təşkil edir. “İslam”sözü ərəb dilində “sülh” sözündən gəlib. Allah insanların “sevgi və sülh “içində yaşaması üçün İslam dinini göndərmişdir. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə…

Quranda Bildirilən Məsciduləqasa Qüdsdəki Məsciddirmi?

Bəzən ateist form və müzakirə qruplarında yalnış məlumata əsaslanan iddialarla qarşılaşırıq. Bu iddiaya görə, “İsra” surəsinin 1-ci ayəsində bildirilən “Məsciduləqsa” Quranın vəhyindən sonra tikilmiş ibadət yeridir.Buna görə də iddia edirlər ki, Quran Hz, Məhəmmədin (səv) vəfatından sonra yazılmışdır. Bəs həqiqət necədir? İndi isə bunu araşdıraq… Həmin ayənin kəlimə açılışına baxaq: Subhânellezî esrâ bi abdihî leylen…

Qurana görə araşdırmaq qadağandırmı?

Ateistlərin iddialarına görə, Quranda “Maidə” surəsinin 101-ci ayəsində “sorğu- sual etmək”, başqa ayələrdə isə “düşün” deyilir. Quran sual verməyi qadağan edərək, eyni vaxtda da düşünün deyir? Bəs bu ziddiyyət deyil? Ətraflı məlumat üçün “Maidə” surəsinin 101-ci ayəsini araşdıraq. “Maidə” surəsi, 101-ci ayə: Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran…

Nə üçün Quranda bəzi insan xarakterləri heyvan davranışlarına bənzədilmişdir ? Bunu təhqir olaraq qəbul etmək olarmı ?

Quranda bəzi insan xarakterləri heyvanların hərəkətlərinə bənzədilərək ifadə edilmişdir. Ateistlər bunu təhqir olaraq qəbul edir və tənqidlər irəli sürürlər. Bəs, həqiqətən də bu belədirmi? Bununla bağlı ayələri birlikdə həll edək.İ nsan xarakterlərini anlamağın bir yolu da heyvanların davranışlarını araşdırmaqdır.İnsanların bəzi mənfi xüsusiyyətləri və ya davranışları heyvanlara bənzədərək izah etməyə çalışırlar. İnsanların bu effektli ifadə şəkli…

“Talaq “surəsinin 4 -cü ayəsində hələ “heyz görməyənlər” kimlərdir?

Bəzi çirkin düşüncəli insanlar Quranda dəlil axtarıb saxta hökmlər çıxararaq insanların fikirlərini qarışdırmışlar. Əlbəttə ki , səhvən belə edənlər istisnadır. Diqqət yetirsəniz görərsiniz ki , bütün təfsirçilər kişilərdir. Hamilə qadının çölə çıxmasını tərbiyəsizlik hesab edən zehniyyətin hazırladığı məallarda qadın arxa plana atılmış , mənanı tamamilə dəyişdirən kiçik əlavələrlə kişi hakimiyyəti qurulmuşdur.Allah hər bir şeyi Quranda…

” Məhəmməd “surəsinin 4-cü ayəsində ” boyunlarını vurun “ifadəsi varmı ?

(Döyüşdə) kafirlərlə qarşı -qarşıya gəldiyiniz zaman boyunlarını vurun.Nəhayət , onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız ) kəndirləri bərk çəkin.Sonra da onlara ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin.Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin )… ( “Məhəmməd “surəsi / 4 ) Bir çox ateist bu ayəyə istinad edərək İŞİD düşüncəsində olanların həqiqi müsəlman…

“Məsəd” surəsində bəd dua edilir, yoxsa İslamın əsas mübarizəsi izah edilir?

Ənənəvi Quran tərcümələrinə görə, Əbu Ləhəb övrəti ilə birlikdə hz.Muhəmmədin yolunun üzərinə tikan tökdüyünə və Rəsulullahın qohumlarına təbliğ etdiyi tədbirdə çirkin ifadələr işlədərək yığıncağı tərk etdiyinə görə Məsəd surəsi etmişdir. Quran tərcümələrində tez-tez rast gəlinən yanılma ilə rastlaşırıq. Hətta tərcümə səhvinə görə dindən çıxan insanlar da olur. Allahın elçisinə əziyyət verən və təhqir edən bu…

Axirətdə xristian və yəhudilərin vəziyyəti necə olacaq ? Onlar da Cənnətə gedə biləcəklərmi ?

Xristian və yəhudilərlə bağlı ayələrin bir -birinə zidd olduğu iddia edilir. Bəzi ayələrdə təriflənir , bəzilərində isə tənqid olunur.Ayələrdəki ifadələr ümumi ardıcılıqladan qoparılaraq şərh edildikdə , yalnış nəticələr ortaya çıxır .Halbuki, ayələri bütünlükdə dəyərləndirsək, hər hansı bir ziddiyyətin olmadığını görərik.Əsas bunu bilməliyik ki , Allah Qatında din İslamdır. “İslam “kəlməsi xüsusi isim olması ilə yanaşı…

Quranda “de və de ki” ifadələrinin keçmədiyi ayələr ziddiyyətlidirmi?

Quranın bəzi ayələrdə “De ki” ifadəsinin işlənməməsini arqument kimi göstərən insanlar araşdırma aparmadan onu kor-koranə tənqid edirlər. Məsələn: “Ənam” surəsinin 104-cü və “Nəml” surəsinin 91-ci ayələrində, həmçinin digərlərində “De ki” ifadəsi örtülü şəkildə mövcuddur. Bu, Qurana aid xüsusiyyətdir. Ərəb dilini bilən insanlar bu mətnlərdə heç vaxt çatışmazlıq görməzlər. Sözün təbii axarından ifadənin Allahın kəlamı olduğunu…

Quranda dağların həm sabit olması, həm də yeriməsi ziddiyyətlidir?

Dağların sabit olması Quranda dağların əsas geoloji funksiyası bildirilir: Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq…(Ənbiya surəsi, 31) Ayədə dağların Yer üzündəki silkələnmənin qarşısını alan xüsusiyyətindən xəbər verilir. Quranın nazil olunduğu dövrdə bilinməyən bir həqiqət dövrümüzdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxıb. Qədimdən dağların yalnız Yer kürəsinin səthində olan yüksəkliklər olduğu düşünülürdü. Ancaq elm…

Mirasda kişiyə iki, qadına isə bir pay düşməsi haqsızlıqdırmı?

Miras mövzusuna girmədən əvvəl Qurandan bir neçə şeyi xatırlatmaq istəyirəm. İslamda qadın və kişi əməl baxımından tam bərabərdir. Qurandakı xitab “mömin kişilər və mömin qadınlara söylə” şəklindədir. Heç kim heç kimdən üstün deyil. Allah ayədə belə buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə…

Qurana əsasən qadınlar kişilərin tarlasıdırmı?

Allahın kəlamı olan Quranda həyatla və insanın vicdanı ilə ziddiyyət təşkil edən heç bir izah və bənzətmə yoxdur. Çünki Quran bütün kainatı və bizi yaradan Allahın göndərdiyi mesajdır. İçindəki ayələrlə zidd olmadığı kimi, başqa bir ziddiyyət də təşkil etməz. Bəzi ateist platformalarda Bəqərə surəsinin 223-cü ayəsi ilə bağlı, ayədə qadınların təhqir edildiyi, sosial həyatda ikinci…

Quranda rəcm varmı?

İslama görə bir mövzunun əslini öyrənmək istəyiriksə, Qurana baxmalıyıq. Allah Quranı qoruyacağını və insanlardan istədiyi hər şeyi Quranda bildirdiyini xəbər verib. Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. [Ənam surəsi, 115] Buna görə də Qurandan kənar hər hansı bir hökm etibarsızdır. Hətta Quranda açıq…

Oryantalistlərin iddialarına cavab – 1

Oryantalistlərin səmimi olmayan iddialarına düzgün cavablar – 1 Bu yazı Allahın kəlamı olan Quran üzərində fikir müxtəlifliyi yaratmaq üçün hazırlanmış bəzi paylaşım və şərhlərə qarşı qələmə alındı. Son vaxtlar, xüsusən də, bəzi oryantalistlər Quranın 7-ci əsrdə deyil, daha gec, 10-cu və 11-ci əsrlərdə bəzi xristian dua kitabçalarından istifadə edilərək hazırlandığı kimi bir qisim xəyali iddiaları…

Kəbə təhlükəsizlik baxımından etibarlı yerdir? Bu mövzudakı ayə necə izah olunur?

Iddia belədir: Quran Kəbənin təhlükəsizlik baxımından etibarlı olduğunu bildirir. Halbuki vaxtaşırı sel kimi fəlakətlərə məruz qaldığını bilirik. Sel və ya ildırımın təsirinə məruz qaldığına görə Kəbənin etibarlı olduğunu bildirən ayə ziddiyyətlidir. Bu isə Quranın Allahın kəlamı olmadığını göstərə bilər. Cavab: Sözü gedən ayə Ali-imran surəsinin 97-ci ayəsidir. Bu ayədə belə yazır: Ayənin oxunuşu belədir: Fihi…

Hər şey cüt formada yaradılıb?

Ateistlərin iddiası: Zariyat surəsinin 49-cu ayəsində elmi olaraq səhv vardır. Bu ayədə bütün canlıların cüt yaradıldığı deyilir və bu gün biz bütün canlıların cütlərdən formalaşmadığını bilirik. Bu ayəyə görə bakteriya kimi cinsi olmayan canlıların  (yəni cütlərdən formalaşmayan) çoxalması necə olar? Bu ayə elmlə ziddiyyət təşkil etmirmi? Cavab Quranda elmə zidd heç bir ayə yoxdur. Çünki…

Qurana əsasən Cəhənnəmliklər zəqqum, darı tikanı, yoxsa irinmi yeyəcəklər?

Qurana əsasən Cəhənnəmliklər zəqqum, darı tikanı, yoxsa irinmi yeyəcəklər? Onlara darı tikanından başqa bir yemək verilməyəcəkdir. (Ğaşiyə surəsi 6) Qanlı irindən başqa yeməyi də yoxdur. (Haqqə surəsi / 36) Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. (Duxan surəsi / 43-44) Üç müxtəlif ayədə üç müxtəlif yeməkdən bəhs edilir. Bu ayələrdə ziddiyət yoxdurmu? Ateistlerin iddiası: Cəhənnəmdəkilər zəqqummu,…

Allah Quranda nə üçün and verir?

Allahın kəlamı olan Quranın bəzi ayələrində Yaradıcının müxtəlif vəsilələrlə, müxtəlif anlayış və hadisələr üzərinə and verdiyini görürük. Bu andları oxuyan kimi ateist və qeyri-müsəlmanlar, əsasən bəzi virtual müzakirə platformalarında bu mövzunu gündəmə gətirərək bu vəziyyət Allah kəlamı olan bir mətndə olmamalıdır deyib, and içməyin insani bir vəziyyət olduğunu söyləyirlər… Hətta müxtəlif sosial media, forum və müzakirə platformalarında mövzunu bilməyən və…

Quran Kitab şəklinə hz.Muhammədin (səv) vəfatından sonra gətirilib?

İslam dünyasında, xüsusilə yaxın sünni coğrafiyada Quranın günümüzə qədər necə gəldiyiylə əlaqədar məşhur qənaət belədir. Uca Allah’dan aldığı vəhyini Hz.Muhamməd güvəndiyi səhabələrə əzbərlətmiş, sümük, dəri və perqament parçalarında dağınıq halda yazılı olaraq mühafizə etdirmişdir. Elçinin vəfatından sonra əvvəl Əbubəkr tərəfindən müxtəlif səhabələrin evlərində parçalar halında olan bu materiallar yığılaraq kitab şəklinə gətirilmiş sonra isə Ömər…

Quranda ərəb irqçiliyinin olduğu iddiası

Quranda ərəb irqçiliyinin olması iddiası ilə çox tez-tez rastlaşırıq. Xüsusilə avropalı şərqşünasların dedikləri bu əsassız iddianı araşdıraq ….   Əvvəlcə bu iddianın etimologiyasını bilmək üçün ‘irqçilik’ nə deməkdir , ona baxmalıyıq. İrqçilik anlayışının  tərcüməsi:   * İnsanların ictimai, bioloji, irqi xüsusiyyətlərinin bərabərsizliyi:rasizm   İşlək türk lüğəti * İnsanın aid olduğu xalq və ya irqin üstünlüyünə…

Quranda günəşin suda batdığı və dünyanın düz olduğu iddialarına cavab

Kəhf surəsi 86-cı ayəyə görə Quranda günəşin suyun içinə batdığı və dünyanın düz olduğu iddia edilir. Lakin digər iddialar kimi bunlar da doğru olmayan iddialardır. Bu səhv fikir sözlərin mənalarını düzgün başa düşməməkdən irəli gəlir. Aydın olmaq üçün Kəhf surəsi 86-cı ayəyə ətraflı baxaq. Nəhayət, günəşin batdığı (məğrib) (مغرب) yerə gəlib çatdıqda onu qara palçıqlı…