Əri ölən qadının gözləmə müddəti ilə bağlı ayələrdə uyğunsuzluq yoxdur

Əri ölən qadının gözləmə müddəti ilə bağlı ayələrdə uyğunsuzluq yoxdurQuranda əri ölən bir qadının vəziyyəti ilə bağlı bəzi hökmlər bildirilib. Bu hökmlərin bildirildiyi ayələrdə uyğunsuzluq olduğu iddia edilir. Bu barədə ayələrin birində bir il, digərində dörd ay on gün kimi bir müddətdən bəhs edilir.Müddətlərin fəqli olması uyğunsuzluq kimi göstərilməyə çalışılsa da, ayələrdə anladılan mövzular təhlil edildikdə hər hansı bir uyğunsuzluğun olmadığı görünür. Çünki bu fərqlilik dul qalmış qadınlar üçün fərqli mövzularda fərqli müddətlərin bildirilməsindən qaynaqlanır. Bu mövzu ilə bağlı ayələr belədir:

Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir. ( Bəqərə surəsi – 240)

Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti­ bitərkən (şəriətə) müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır. (Bəqərə surəsi – 234)

Bəqərə surəsinin 240-cu ayəsində dul qalmış qadınların özərlərinin evində bir il qalmaq hüququnun olduğu bildirilir. Əri öldükdən sonra mirasın bölünməsi zamanı ərə aid ev fərqli insanlara qala bilər. Bu halda qadının bu evdə bir il oturmaqhüququ var. Həmçinin, o, öz dolanışığını təmin etməlidir. “Bəqərə”surəsinin 234-cü ayəsində isə ərləri ölən qadınların dörd ay on gün müddətində gözləmələri və bu zaman ərzində evlənməmələri buyrulur. Dolayısilə ayələrdə qadın üçün ikifərqli hal haqqında hökm bildirilir. Ayələri mövzularla birlikdə təhlil etdikdə hər hansı bir uyğunsuzluğun olmadığı açıq görünür.